Məhkəmə qərarları › İş №2(051)-999/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-999/2021

25.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-999/2021 25.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Kərimova(İsmayılova) Aygün Seyfəddin qızı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Kərimova(İsmayılova) Aygün Seyfəddin qızı və Cavabdeh1 və Cavabdeh3 qarşı miras əmlakın bütövlükdə qəbul edilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Kərimova(İsmayılova) Aygün Seyfəddin qızı və Cavabdeh1 və Cavabdeh3 qarşı miras əmlakın bütövlükdə qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müracət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı 28 avqust 1960-cı ildə anadan olmuşdur. Uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə Mingəçevir şəhərində yaşayır. İddiaçının arvadı İsmayılova Cəmilə Nəbi qızı 23 yanvar 2018-ci il tarixdə vəfat etmişdir. İddiaçı S.X9 Nəbi qızı ilə 30 aprel 1982-ci ildə ailə qurmuşlar və mehriban ailə kimi bir yerdə yaşamışlar. İddiaçı Mingəçevir şəhəri H.Əliyev prospekti 90 №-li evin 11 №-li mənzilini mərhum arvadı İsmayılova Cəmilə Nəbi qızının adına almışdır. Həmin mənzil 29 oktyabr 2016-cı ildə ********** №-ilə dövlət qeydiyyatına alınmış və RX ******* №-li Çıxarış verilmişdir. İddiaçı 2017-ci ildən həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. Cavabdehlər ailəlidirlər və miras qoyanın vəfatından sonar mənzildə yaşamamışlar. Miras əmlakı faktiki qəbul edən iddiaçı miras əmlaka vərəsəlik şəhadətnaməsi almaq üçün Mingəçevir Regional “Asan xidmət” mərkəzində Notariat ofisinə müraciət etmiş, notarial ofisi miras şərikləri arasında mirasın bölünməsi ilə bağlı ixtilaflar olmasını əsas gətirərək vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Arvadından miras qalan əmlakı faktiki olaraq iddiaçı qəbul etmşdir. Hazırda miras əmlak iddiaçının sahibliyindədir, mənzildə yaşamaqla təsərrüfatı idarə edir və kommunal xərclərini ödəyir. İddianın təmin olunmasını, İsmayılova Cəmilə Nəbi qızından miras qalmış Mingəçevir şəhəri H.Əliyev prospekti 90 №-li evin 11 №-li mənzili bütövlükdə İddiaçı tərəfindən qəbul edildiyinə görə ona həmin mənzilə vərəsəlik şəhadətnaməsi verilməsi barədə qətnamə çıxrılmasını xahiş edir. Cavabdeh1 iddianı qəbul edərək məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, anası X10 19 yanvar 2018-ci ildə vəfat edib. Anasından miras əmlak qalmışdır. Həmin mirası qəbul etmir və etməyəcəkdə. Ona miras qalan əmlakdan qalmış pay istəmir və gələcəkdə bu barədə iddia qaldırmayacaq. Miras əmlakın bütövlükdə atası İddiaçı adına keçməsinə razıdır. Cavabdeh Kərimova(İsmayılova) Aygün Seyfəddin qızı iddianı qəbul edərək məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, anası X10 19 yanvar 2018-ci ildə vəfat edib. Anasından miras qalımış Mingəçevir şəhəri H.Əliyev prospekti 90 №-li evin 11 №-li mənzildən pay istəmir. Miras əmlakın bütövlükdə atası İddiaçı adına keçməsinə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hesab edir ki, Mülki Prossesual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, ərizəçi ilə qonşudur. 6 ildir ki, Seyfəddin kişi tək yaşayır. Ərizəçinin arvadı öləndən sonra uşaqlardan yalnız Jalə gəlib ərizəçiyə kömək edirdi. X3 məhkəmə iclasında ifadəsində bildirdi ki, ərizəçi ilə 6 ildən çoxdur ki, qonşudur. Həqiqətən də, ərizəçi arvadının ölümündən sonra Mingəçevir şəhəri H.Əliyev prospekti 90 №-li evin 11 №-li mənzilində tək yaşayır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri H.Əliyev prospekti, 90 №li evin 11 №-li mənzili 26.10.2016-cı ildə mülkiyyət hüququ ilə X6 adına qeydə alınmışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1983cü il təvəllüdlü X7, xx xxxxxx 1986-cı il təvəllüdlü Cavabdeh1 atası İddiaçı, anası X16 qızıdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İsmayılova Cəmilə Nəbi qızı 19 yanvar 2018-ci il ildə vəfat etmişdir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X15 arasında 31 aprel 1982-ci ildə rəsmi nikah qeydə alınmış, nikah bağlandıqdan sonra arvad “İsmayılova” soyadını qəbul etmişdir. İşdə olan Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20.04.2021-ci il tarixli arayışdan görünür ki, 12.04.1962-ci ildə Yevlax 28 Aprel sovxozunda anadan olmuş X10 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 20 aprel 2021-ci ilədək aparılmış, əri 28 avqust 1960-cı il təvəllüdlü İddiaçı, qızları xx xxxxxx 1986-cı il təvəllüdlü Cavabdeh1 və 02 aprel 1989-cu il təvəllüdlü X5 olması barədə məlumatlar aşkar edilmişdir. İşə əlavə olunmuş 16.06.2021-ci il tarixli 336 № li forma 2 arayışdan görünür ki, Mingəçevir şəhəri H.Əliyev pr. 90 № li evin 11 № li mənzili X16 mülkiyyətindədir, mənzildə İddiaçı qeydiyyatdadırlar. İşə əlavə olunmuş Cavabdeh3 qızı, Cavabdeh1 notarial qaydda təsdiqlənmiş ərizələrində göstərilir ki, onlar 19 yanvar 2018-ci ildə vəfat etmiş X4 qalmış mirasdan digər vərəsə İddiaçı xeyrinə imtina edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən ölənin uşaqları, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbəli vərəsələr sayılırlar. İş materialları ilə müəyyən edilir ki, İddiaçı X6 birinci növbəli vərəsəsidir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, mülkiyyət hüququnu təsdiq edən Çıxarışa əsasən X6 mülkiyyətində olmuş və miras kütləsinə daxil olan Mingəçevir şəhəri H.Əliyev pr. 90 №-li evin 11№-li mənzilinə iddiaçı İsmayılov Seyfəddin Firəddin oğlu sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsində qeyd edilir ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfinən təsdiq edildikə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, miras əmlakın ailə üzvlərinin iddiaçının xeyrinə imtina etməsi, iddiaçının isə mirası qəbul etməsi, iddianın təmin edilməsi üçün əsasdır və iddia təmin edilməlidir. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, notarius iddiaçıya miras əmlaka dair miras şərikləri arasında ixtilaflar olması səbəbini göstərməklə vərəsəlik şəhadətnaməsi verməkdən imtina etməkdə haqlı olmamışdur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, miras əmlakın qəbulu ilə əlaqədar olaraq miras şərikləri arasında hər hansı anlaşılmamazlıq olmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia təmin olunsun. X4 miras qalmış Mingəçevir şəhəri H.Əliyev prospekti 90 №-li evin 11№-li mənzili miras əmlak kimi bütövlükdə qanuni vərəsə İsmayılov Seyfəddin Firəddin oğlu tərəfindən qəbul edildiyinə görə ona Mingəçevir şəhəri H.Əliyev prospekti 90 №-li evin 11 №-li mənzilinə vərəsəlik şəhadətnaməsi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar