Məhkəmə qərarları › İş №2(052)-1/2023

Naftalan Şəhər Məhkəməsi Qərardad — İş №2(052)-1/2023

26.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naftalan şəhəri İş № 2(052)-1/2023 26.01.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X4 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi və çıxarışın ləğv edilməsi, icarə hüququna xitam verilməsi və torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi və çıxarışın ləğv edilməsi, icarə hüququna xitam verilməsi və torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naftalan şəhəri, İ.Həsənzadə küçəsi, Səfikürd yolunun solunda, 31 nömrəli yaşayış binasına gedən yolun sağ tərəfindəki ərazidə yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsinə dair cavabdeh ilə iddiaçı arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 12 №li torpaq icarəsi müqaviləsinin və həmin torpaq sahəsi üzərində icarə hüququna dair cavabdehin adına DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* №li çıxarışın ləğv edilməsi, icarəyə verilmiş həmin torpaq sahəsi üzərində cavabdehin icarə hüququna xitam verilməsi və həmin torpaq sahəsinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək işin baxılmamış saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi işin baxılmamış saxlanılmasını xahiş etdiyi və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 259-260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi və çıxarışın ləğv edilməsi, icarə hüququna xitam verilməsi və torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayaz Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar