Azərbaycan Respublikası adından QƏRARDAD Naftalan şəhəri İş № 2(052)-114/2023 01.05.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ Naftalan Şəhər Məhkəməsinin hakimi X1. İddiaçı cavabdeh "xxxx" ASC-nin 7 nömrəli Regional Sukanal idarəsinə qarşı “pul tələbi” barədə” iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nin 7 nömrəli Regional Sukanal idarəsinə qarşı “pul tələbi” barədə” iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən ona vurulmuş maddi ziyanın əvəzi olaraq 3000 manat pulun, həmçinin dövlət rüsumunun əvəzi kimi 50 manat olmaqla, cəmi 3050 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.2-ci maddəsində qeyd edilmişdir ki, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53-cü maddəsində qeyd edilmişdir ki, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Məhkəmə qeyd edir ki, iddia ərizəsində cavabdeh təşkilat olarq "xxxx" ASC-nin 7 nömrəli Regional Sukanal idarəsi göstərilmiş olsa da, cavabdeh həmin idarə deyil, hüquqi şəxs (Açıq Səhmdar Cəmiyyət) kimi "xxxx" ASC-nin özü göstərilməli idi. Belə ki, 7 nömrəli Regional Sukanal idarəsi "xxxx" ASC-nin tabeliyində olan idarə olmaqla, müstəqil hüquqi şəxs deyildir. Odur ki, hazırki iddia ərizəsi ilə aidiyyəti üzrə Naftalan Şəhər Məhkəməsinə deyil, hüquqi şəxs "xxxx" ASC-nin ünvanının olduğu yer üzrə müvafiq məhkəməyə müraciət edilməli idi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman 50 (əlli) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş həmin məbləğ də geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsinə əsasən, QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nin 7 nömrəli Regional Sukanal idarəsinə qarşı “pul tələbi” barədə” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Yevlax filialı vasitə ilə Naftalan Şəhər Məhkəməsinə ödənilmiş (26 aprel 2023-cü il tarixli, qəbz nömrəsi **********, əməliyyat İD: 189003094, büdcə səviyyə kodu 142211) 50 (əlli) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayaz Səlimov
Məhkəmə qərarları › İş №2(052)-114/2023
Naftalan Şəhər Məhkəməsi Qərardad — İş №2(052)-114/2023
01.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver