Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-116/2023 13.06.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X5 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “itirilmiş təbii qazın dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 518.40 manat təbii qazın dəyərinin və ödənilmiş 30.40 manat dövlət rüsumunun alınaraq İddiaçı İB-nin ABB Sabunçu filialı, kod 805573, VÖEN ********** M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Gəncə X3 İdarəsi ilə Cavabdeh (kod:**********00032) arasında 19 aprel 2019-cu il tarixli, 44xx-xx- 2019 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı, onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün istehlakçı ilə paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmışdır. Müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vardır (sayğaca dəymiş zərər, itirilmiş qazın dəyəri və s). Belə ki, Gəncə RQİİ-nin istehlakçılara satılan qaza nəzarət şöbəsinin əməkdaşları tərəfindən cavabdehin yaşadığı ünvana quraşdırılmış qaz sayğacı şəbəkədən açılaraq növbədən kənar dövlət yoxlamasına göndərilmişdir. **********8 saylı qaz sayğacı 07 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsində yoxlamadan keçirilərkən sayğacın keçən qazın həcmini qeyd etmədiyi, sayğaca müdaxilə edildiyi məlum olmuşdur. Bu barədə tərtib edilmiş 07 fevral 2023-cü il tarixli, MSK-29/1710-04863-1 saylı akta əsasən sayğaca müdaxilə edildiyi təsdiqini tapdığından qazdan istifadə qaydalarının pozulması haqqında 13 fevral 2023-cü il tarixli, ******* saylı akt tərtib edilərək 4320 m3 itirilmiş qazın bərpası üçün 518.40 manat dəymiş ziyan müəyyənləşdirilmişdir. Borcun ödənilməsi barədə 19 aprel 2023-cü il tarixli xəbərdarlıq göndərilməsinə baxmayaraq ödəniş təmin edilməmişdir. Hal-hazırda cavabdehin İddiaçı İB-yə ödənilməmiş 518.40 manat borcu vardır. Borc əsaslıdır və ödənilməlidir. Cavabdehin göstərilən məbləğdən hal-hazırkı vaxta qədər ödənişdən yayınması İddiaçı maliyyə dayanıqlığına mənfi təsir göstərir və işlərin görülməsində çətinlik yaradır. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, iş materiallarına əlavə edilmiş “abonentin saldosundan” görünür ki, Cavabdeh məxsus mənzilə quraşdırılmış sayğac 2022-ci ilin mart və aprel aylarında işləməmişdir. Halbuki həmin aylardan əvvəlki aylar ərzində sayğac işlədiyi üçün sərfiyyatın məbləğləri hesablanmışdır. Qeyd edilən sayğac sərfiyyatı qeyd etmədiyi üçün Zenner tipli sayğac ilə əvəz olunmuş, yararsız vəziyyətdə olan sayğac isə laboratoriyaya göndərilmişdir. 13 fevral 2023-cü il tarixdə isə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş, aktda aşkar edilmiş qüsur kimi sayğacdan qazın keçdiyi, hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, sayğacın daxilinə baxış keçirildiyi, kənar təsirlərin aşkar edilmədiyi və sayğacın istismara yararsız vəziyyətdə olduğu qeyd edilmişdir. Odur ki, iki ay ərzində istifadə edilmiş təbii qazın dəyəri sayğac tərəfindən qeyd edilmədiyi üçün həmin məbləğ cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 10 may 2022-ci il tarixli, ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, sayğac sərfiyyatı qeyd etmədiyi üçün çıxarılmış və zenner tipli sayğac quraşdırılaraq qaz təchizatı bərpa edilmişdir; 13 fevral 2023-cü il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda aşkar olunan nöqsan kimi qeyd edilmişdir ki, sayğaca ümumi baxış keçirildi. Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Xətalar təyin edilə bilmədi. Hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirildi. Kənar təsir izləri aşkar edilmədi. Sayğac istismara yararsızdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən maddi hüquq normasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 5.5-ci bəndində qeyd edilmişdir ki, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin qərarda qeyd edilmişdir ki, qaz paylayıcısı alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs, istehlakçı isə alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qərarın 4.9-cu bəndində qeyd edilmişdir ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə iddiaya münasibətdə qeyd edir ki, cavabdehə məxsus ünvan 1 ünvanına aid sayğac mənzildən kənarda quraşdırılmış, həmçinin sayğac kənar müdaxilədən qorunması üçün müvafiq örtüklə örtülməmiş, sayğacın təhlükəsizliyi təmin edilməmişdir. Halbuki fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Belə olan halda sayğacın müvafiq qoruyucu örtüklə örtülməsini təmin etməməklə İddiaçı qaz paylayıcısı kimi öz üzərinə düşən vəzifəsini icra etməmiş və bununla da qanunvericiliyin tələbini pozmuşdur. Bundan başqa “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktda kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirildiyi, lakin sayğacda hər hansı kənar təsir izlərinin aşkar edilmədiyi qeyd edilmişdir. Odur ki, sayğacın naməlum səbəbdən sərfiyyatı qeyd etməməsi və bunun nəticəsində itirilmiş təbii qazın dəyərinin istehlakçıdan tələb edilməsi əsaslı hesab edilə bilməz. Odur ki, qeyd edilənlərə əsasən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Eyni Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edilmədiyindən iddiaçı təşkilat tərəfindən ödənilmiş rüsum təşkilatın özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “itirilmiş təbii qazın dəyərinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30.40 manat dövlət rüsumu təşkilatın özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X6
Məhkəmə qərarları › İş №2(052)-116/2023
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-116/2023
13.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver