Məhkəmə qərarları › İş №2(052)-12/2023

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-12/2023

12.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-12/2023 12.01.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X9 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh, X4 və maraqlı şəxs Naftalan şəhər Polis şöbəsinin Şəxsiyyət və Qeydiyyat şöbəsinə qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh, X4 və maraqlı şəxs Naftalan şəhər Polis şöbəsinin Şəxsiyyət və Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdehlər isə onun övladlarıdır. Övladları uzun müddətdir Azərbaycan Respublikasından köçüb getmiş və ailə quraraq xarici dövlətdə yaşayırlar. Buna baxmayaraq hazırki günədək övladları ona məxsus mənzildə passport qeydiyyatında qalmaqdadırlar. Mənzilin qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdehlər isə xarici ölkədə yaşadıqlarından onun mənzilindən qeydiyyatdan çıxmırlar. O isə mənzilin kommunal xərclərinin ödənilməsində çətinlik çəkir. Hazırda cavabdehlərin formal olaraq ona məxsus mənzildə passport qeydiyyatında olmaları bir mülkiyyətçi kimi onun hüquqlarını pozur. Odur ki, cavabdehlərin ona məxsus mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs Naftalan Şəhər Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 19 noyabr 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, xidməti zərurətlə əlaqədar şobənin əməkdaşlarının məhkəmə iclasında iştirak etməsi mümkün deyildir. Odur ki, məhkəmə iclaslarının Naftalan ŞPŞ-nin Q və ŞVQ-nin əməkdaşlarının iştirakı olmadan keçiriməsi xahiş olunur. Cavabdehlər Cavabdeh və X5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, X1 və Mülkiyyət Hüquqların Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X5 və Cavabdeh 31 mart 2010-cu il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş cavabdeh Əsgərzadə (Nəbiyeva) Nərmin Taryel qızının notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Gürcüstan Respublikasında yaşayır və ünvan 1 ünvanından qeydiyyatdan çıxmağa razıdır. İş materiallarına əlavə edilmiş Cavabdeh Rusiya Federasiyasından məhkəmənin ünvanına göndərdiyi teleqramdan görünür ki, o, ünvan 1 ünvanından qeydiyyatdan çıxmağa razıdır. Məhkəmə iclasında işin araşdırılan halları ilə müəyyən olundu ki, ünvan 1 ünvanda yerləşən mənzil iddiaçının mülkiyyətindədir. Cavabdehlər isə mülkiyyətçinin ailə üzvləri olmaqla həmin mənzildə yaşamış və qeydiyyata alınmışlar. Daha sonra cavabdehlər həmin mənzildən çıxaraq ölkə hüdudlarından kənarda yaşamağa davam etsələr də, formal olaraq mənzildə pasport qeydiyyatında qalmışlar. Qeyd edilən hal isə iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarını tam şəkildə həyata keçirməsinə mane olur. Yaşayış sahəsindən istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, istifadə hüququ olan şəxsin digər yaşayış sahəsinə könüllü surətdə daimi olaraq köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, cavabdehlər uzun müddətdir ki, iddiaçıya məxsus mənzildə yaşamır və yaşamaq üçün özlərinə daimi olaraq başqa yaşayış yeri seçmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.2-ci maddəsinin mənasına görə, yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlər daimi yaşamaq üçün başqa yerə getdiyindən və iddiaçıya məxsus yaşayış evində yaşamaması müəyyən edildiyindən, onların həmin yaşayış evindən əvvəllər mövcud olan istifadə hüquqları itirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, cavabdehlərin yaşayış evində qeydiyyatda qalmaları iddiaçıya öz mülkiyyətindən istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququna məhkəmə qaydasında itirilmiş hesab edilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh və X2 ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayaz Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar