Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-133/2023 04.07.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X3 Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 345 manat ərzaq məhsullarına görə borc pulun, iddia ərizəsinin yazılmasına görə 50 manat və dövlət rüsumuna görə ödədiyi 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, cavabdehdən 245 manat borc və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğuldur və ərzaq mağazası işlədir. Naftalan şəhər sakini olan, yaxından tanıdığı Cavabdeh 2021-ci il tarixdən başlayaraq müxtəlif vaxtlarda sonradan ödəyəcəyini söz verməklə onun mağazasından nisyə ərzaq məhsulları almışdır. Cavabdeh həmin ərzaq məhsullarının pulundan əvəllər az-az ödəniş etdiyindən, ona inanaraq mağazadan nisyə ərzaq məhsuları satmışdır. Cavabdehin hal-hazırda ərzaq məhsullarına görə ona borcu vardır. Dəfələrlə edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh onun pulunu qaytarmır. Müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən boyun qaçırır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, iş materiallarına əlavə edilmiş əlyazma qeydlərdən görünür ki, cavabdeh ondan qeyd edilən məbləğlərdə ərzaq məhsulları almış, lakin ödəməli olduğu malların dəyərini tam şəkildə ona ödəməmişdir. Bir müddət əvvəl isə, yəni o, iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh 345 manat borcdan 100 manat hissəsini ona ödəmişdir. Bu səbəbdən o, hazırda iddia tələbinin həcmini azaldaraq 245 manat etmişdir. Həmçinin o, ödəmiş olduğu dövlət rüsumunu da cavabdehdən tələb edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı təşəbbüsü ilə dindirilmiş şahid X1 ifadə verərək bildirdi ki, cavabdeh Sadıq onun qardaşıdır. O, təxminən 1 il müddətində iddiaçıya məxsus mağazada satıcı kimi işləmişdir. Lakin hazırda orada işləmir. İşlədiyi dövrdə qardaşı Sadıq həmin mağazadan ümumilikdə 345 manat dəyərində ərzaq mallarını nisyə almış olmasına baxmayaraq, malların dəyərini tam şəkildə ödəməmişdir. Hazırda qardaşı Sadıqın iddiaçıya cəmi 245 manat borcu qalmaqdadır. Sadıq bir neçə gün əvvəl isə işləmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında şərtləri şifahi şəkildə razılaşdırılmış öhdəlik münasibətləri yaranmış, cavabdeh iddiaçıdan ümumi dəyəri 345 manat olan ərzaq məhsullarını nisyə almış, ərzaqların müəyyənləşdirilmiş dəyərini müəyyənləşdirilmiş müddət ərzində ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüş, müəyyən ödənişlər etmiş, lakin öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Hazırda iddiaçı cavabdehdən almış olduğu ərzaq məhsullarının dəyərinin tam şəkildə ona ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması hissəsinə münasibətdə də iddianı tam əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 245 (iki yüz qırx beş) manat borc məbləği və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(052)-133/2023
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-133/2023
04.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver