Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-139/2025 14.08.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X15 Aydın oğlunun sədrliyi, Əmrahov Elnur Qayim oğlunun katibliyi, İddiaçı Rafı̇ q oğlunun iştirakı ilə, İddiaçı Rafı̇ q oğlunun Cavabdeh Farı̇ z qızına və maraqlı şəxs Naftalan şəhər polis şöbəsinin Şəxsiyyət və Qeydiyyat Şöbəsinə qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Rafı̇ q oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh və onun övladları - X3, X5 və X4 onun mülkiyyətində olan Naftalan şəhəri, Ş.Qurbanov küçəsi, 02 saylı evin, 30 saylı mənzilinə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2-da yaşayır. Həmin mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdeh isə qardaşının keçmiş həyat yoldaşıdır. Cavabdeh övladları ilə birlikdə əvvəllər onun evində qalsalar da, hazırda onun evində yaşamırlar. X2 ilə Cavabdeh arasında olan nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. Hazırda o, övladları ilə birlikdə özünə məxsus evdə yaşayır. Cavabdeh və övladları isə hələ də ona məxsus mənzildə pasport qeydiyyatındadırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlər Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, Naftalan şəhəri, Ş.Qurbanov küçəsi, 02 saylı evin, 30 saylı mənzili mülkiyyət hüququna əsasən onun adına qeydə alınmışdır. Cavabdeh isə könüllü olaraq onun mənzilindən qeydiyyatından çıxmır. O, mənzilin kommunal xərclərininin ödənilməsində çətinlik çəkir. Hazırda cavabdeh və övladları ona məxsus mənzildə formal olaraq pasport qeydiyyatında qalırlar. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması bir mülkiyyətçi kimi onun hüquqlarını pozur. Məhkəmə iclasında İddiaçı Rafı̇ q oğlu izahat verərək bildirdi ki, ünvan 2 onun xüsusi mülkiyyətindədir. Həmin mənzili vaxtı ilə anası ona bağışlamışdır. Cavabdeh onun qardaşının keçmiş həyat yoldaşıdır. Cavabdeh qardaşı ilə təxminən 2017-ci il tarixdə evlənmiş və 2018-ci ildə mübahisəli mənzilə qeydiyya düşmüşdür. Cavabdehdən başqa həmçinin onun 3 nəfər azyaşlı uşağı da hazırda ona məxsus evdə qeydiyyatdadır. Cavabdeh və uşaqlar ümumiyyətlə ona məxsus ünvan 2-da yaşamamışlar. Belə ki, cavabdeh qardaşı ilə ailə qurduqdan sonra qardaşına məxsus fərdi yaşayış evinə gəlin gəlmiş və nikah pozulana kimi orada yaşamışdır. Qardaşının evi rəsmi qeydiyyatdan keçmədiyi üşün cavabdeh uşaqları ilə ona məxsus evə qeydiyyata düşmüş, lakin onun evində ümumiyyətlə yaşamamışlar. Lakin buna baxmayaraq onun evində formal pasport qeydiyyatındadırlar. Bu isə onun bir mülkiyyətçi kimi mənzildən sərbəst istifadə etmək, mənzil barəsində sərəncam vermək hüquqlarını pozur. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 05 avqust 2025-ci il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir və hazırda ünvan 2-dan pasport qeydiyyatından çıxmaq niyyətində deyil. Belə ki, o, 2017-ci ildə iddiaçının qardaşı Elxan Babayev ilə rəsmi nikaha girmiş və həmin ildə Elxanın yaşadığı fərdi yaşayış evinə gəlin köçmüş və Elxan ilə nikahları pozulana kimi həmin evdə yaşamışdır. 2018-ci ildə isə Elxanın qardaşı Orxana məxsus evə pasport qeydiyyatına düşmüşdür. Daha sonra isə onun Elxan ilə nikahından anadan olmuş 2 nəfər və birinci nikahından anadan olmuş 1 nəfər uşaqları da, həmin evə qeydiyyata düşmüşlər. Lakin iddiaçıya məxsus ünvan 2-da ümumiyyətlə yaşamamışlar. Bu isə onu deməyə əsas verir ki, onun və uşaqlarının həmin mənzilə dair ümumiyyətlə istifadə hüququ yaranmamışdır. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Maraqlı şəxs Naftalan şəhər polis şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 30 iyul 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, xidməti zərurətlə əlaqədar şobənin əməkdaşlarının məhkəmə iclasında iştirak etməsi mümkün deyildir. Odur ki, məhkəmə iclaslarının Naftalan ŞPŞ-nin Q və ŞVQ-nin əməkdaşlarının iştirakı olmadan keçiriməsi xahiş olunur. Məhkəmə iddiaçı izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Naftalan şəhəri, Ş.Qurbanov küçəsi, 02 saylı evin, 30 saylı mənzili İddiaçı Rafı̇ q oğlunun adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Naftalan şəhər 1 saylı MİS tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, İddiaçı Rafı̇ q oğlu ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. Cavabdeh və onun övladları - X7, X9 və X1 şəhəri, Ş.Qurbanov küçəsi, ev 02, mənzil 30 ünvanında qeydiyyatda olmalarına baxmayaraq, hal-hazırda həmin ünvanda yaşamırlar. İş materiallarında olan Naftalan şəhər polis şöbəsindən İddiaçı Rafı̇ q oğluna ünvanlanmış məktubda Cavabdeh, X7, X9 və X4 Naftalan şəhəri, Ş.Qurbanov küçəsi, 02 saylı evin, 30 saylı mənzildən pasport qeydiyyatından çıxarılması üçün məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. Məhkəmə iclasında işin araşdırılan halları ilə müəyyən olundu ki, ünvan 2 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı Rafı̇ q oğlu məxsusdur. Cavabdeh isə mülkiyyətçinin qardaşının keçmiş arvadı olmuş və 2018-ci ildən azyaşlı uşaqları ilə birlikdə mübahisəli mənzildə pasport qeydiyyatındadır. Cavabdeh və uşaqları qeyd edilən ünvanda pasport qeydiyyatında olsalar da, həmin mənzildə yaşamamış, 2017-ci ildə ərinə məxsus qeydiyyatsız evə gəlin köçmüş və daimi olaraq həmin evdə yaşamamışdır. İddiaçı isə hazırda cavabdeh və azyaşlı uşaqlarının ona məxsus mənzildə pasport qeydiyyatında olmasını mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirilməsinə mane olduğunu bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. İstinad edilən normadan göründüyü kimi, mənzildən istifadə hüququnun yaranması üçün köçürülən şəxslər ya ailə üzvləri (arvadı, uşaqları, valideynləri), ya mülkiyyətçinin digər qohumları və yaxud da mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülmüş onun himayəsində olan əmək qabiliyyəti olmayanlar olmalıdırlar. Əlavə olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Cavabdeh və onun azyaşlı uşaqları isə qeyd edilən şəxslərin dairəsinə aid deyildir. Belə ki, cavabdeh iddiaçının qardaşının keçmiş arvadı, azyaşlı uşaqların isə iki nəfəri qardaşının uşaqları, digər bir nəfəri isə cavabdehin birinci nikahında doğulmuş uşaq olmaqla, iddiaçıya münasibətdə nə əri (arvadı), nə qohumu, nə himayəsində olan əmək qabiliyyəti olmayan şəxs, nə də ki, Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin siyahısına aiddir. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, cavabdehin və onun azyaşlı uşaqlarının mübahisəli evə münasibətdə istifadə hüquqları mövcud olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh və onun azyaşlı uşaqları mübahisəli mənzildə ümumiyyətlə yaşamamış, yalnız həmin mənzildə formal olaraq pasport qeydiyyatına düşmüşlər. Şəxsin hər hansı ünvanda pasport qeydiyyatında olması isə, onun birmənalı olaraq həmin mənzilə dair istifadə hüququnun olmasını deməyə əsas vermir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Rafı̇ q oğlunun Cavabdeh Farı̇ z qızına qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X16
Məhkəmə qərarları › İş №2(052)-139/2025
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-139/2025
14.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver