Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-1156/2025 23.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızı, İddiaçı X2 cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Xanbab oğluna və Cavabdeh5 qarşı çıxarışların, olan və ölçülərin etibarsız hesab edilməsi, onun mülkiyyət hüquqlarının bərpa edilməsi və əldə çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı çıxarışların, olan və ölçülərin etibarsız hesab edilməsi, onun mülkiyyət hüquqlarının bərpa edilməsi və əldə çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 adına olan xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli, Cavabdeh3 adına olan xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli və Cavabdeh4 adına olan xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışların və onların torpaq sahələrinin plan və ölçülərinin etibarsız hesab edilməsi, qanunsuz olaraq əlindən alınmış torpaq sahəsi üzərində onun sahiblik, istifadə və sərəncam hüquqlarının bərpa edilməsi və dövlət qeydiyyatına alınması, 6040 manat əldə çıxmış faydanın, 82 manat dövlət rüsumunun, 10 manat müvəqqəti təminat tədbiri üçün ödənilmiş rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə «dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd» əlavə edilir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun deyil. İddia ərizəsinə əlavə olunmuş **********93 saylı xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, X4 tərəfindən iddia ərizəsinin verilməsi üçün Neftçala Rayon Məhkəməsinin hesabına 82 manat dövlət rüsumu ödənilmişdir. Lakin iddiaçının tələbi həm qiymətləndirilməyən iddia olan çıxarışların etibarsız hesab edilməsi, həm də qiymətləndirilən iddia olan əldə çıxmış faydanın cavabdehlərdən tutulmasıdır. İddiaçı isə yalnız qiymətləndirilən iddia tələbi üzrə dövlət rüsumu ödəmişdir. Qiymətləndirilməyən iddia tələbi olan çıxarışların etibarsız hesab edilməsi tələbi ilə bağlı dövlət rüsumunu ödəməmişdir. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən “Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə tutulmalı olan dövlət rüsumunun məbləği 100 manatdır. Azərbaycan Respublikası MPM-nin 151.1.-ci maddəsinə əsasən “İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür”. Həmin Məcəllənin 152.1.1 və 152.1.5-ci maddələrinə əsasən «iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə» və «müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən “İddia ərizəsinin qaytarılması haqqında hakim qəradad çıxarır”. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən “İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur”. Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263 – 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı X2 cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Xanbab oğluna və Cavabdeh5 qarşı çıxarışların, olan və ölçülərin etibarsız hesab edilməsi, onun mülkiyyət hüquqlarının bərpa edilməsi və əldə çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №2(053)-1156/2025
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-1156/2025
23.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver