Məhkəmə qərarları › İş №2(053)-125/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-125/2023

17.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-125/2023 17.01.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sənədlərin surətinin təqdim edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının 12 iyul 2022-ci il tarixli növbədənkənar ümumi yığıncağının protokolunun və yığıncağın kimin təşəbbüsü ilə çağırıldığını təsdiq edən sənədlərin, "xxxx" ASC-nin nizamnaməsinin, nizamnaməyə əlavə və dəyişikliklərin layihəsinin, yeni yaranmış MMC-nin nizamnaməsinin, bölünmə balansının, təhvil aktının, Cəmiyyətin özəlləşdirilməsi zamanı tərtib olunan Emisiya Prospektində Cəmiyyətin balansında olan əsas vəsaitlərin, o cümlədən digər aktivlərin (debitor borcların, hesablaşma hesabında olan vəsait, kassada olan pul vəsaiti, anbarda olan materiallar və sair) və passivlərin tərkibi əks olunan hissəsinin, 2019, 2020 və 2021-ci illər üzrə Cəmiyyətin maliyyə hesablarını, ona əlavələrin və auditor aktlarının, debitor və kreditor borclar (tərkibi göstərilməklə) haqqında hesabların, bu illər üzrə Cəmiyyətin illik balanslarının, 2019, 2020 və 2021-ci illər üzrə Cəmiyyətin aktivlərinin və öhdəliklərinin inventarizasiya aktlarının, Cəmiyyətin balansında olan, o cümlədən ayrılan hüquqi şəxsə verilən əsas vəsaitlərin (əmlakın) siyahısının (balans, köhnəlmə, qalıq dəyəri göstərilməklə), Cəmiyyətin yerləşdiyi sahənin plan cizgisinin (texniki pasportun), Cəmiyyətin mülkiyyətində olan torpaq sahəsinin və qeyri-yaşayış sahələrinin daşınmaz əmlakın reyestrindən çıxarışlarının idarə heyətinin sədrinin imzası və möhürü ilə təsdiq edilmiş surətlərinin, habelə Cəmiyyətin 2022-ci il üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrinin surətinin ona təqdim olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə qanunvericiliyin tələblərinə riayət olunmadan verilib. Belə ki, Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən “Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır”. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən «Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir». Cavabdehin ASC (hüquqi şəxs), iddiaçının isə ASC-nin səhmdarı olduğunu, mübahisənin isə həm iddiaçı, həm də cavabdeh tərəfindən həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə bağlı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisəyə Neftçala Rayon Məhkəməsində deyil, aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən «ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə» hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə hesab edir ki, ərizəyə ümumi məhkəmədə baxılmalı olmadığına görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Məhkəmə bir daha vurğulayır ki, müvafiq mübahisəyə kommersiya məhkəməsində mülki məhkəmə icraatı qaydasında baxıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.3, 153.4, 153.5, 153.6, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sənədlərin surətinin təqdim edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. Hazırkı qərardad iddia ərizəsinə əlavə olunmuş bütün sənədlərlə birlikdə İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar