Məhkəmə qərarları › İş №2(053)-249/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-249/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-249/2023 11.07.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş zərərin əvəzi olaraq subroqasiya qaydasında 200 (iki yüz) manat məbləğində və iddia ilə məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli, PAZ********** №-li "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən “SAİPA 132SE” minik markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu ərazisində **-ED-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobillə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ-də inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir. “Hyundai Sonata” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 200 (iki yüz) manat ödəniş verilmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşin məhkəmədə baxılması 27 mart 2023-cü il tarixə, saat 15:00-a təyin edilmiş, məhkəmə bildirişi, iddia ərizəsi iş üzrə Cavabdeh göndərilmiş, lakin cavabdeh tərəfindən 10 (on) iş günü ərzində iddiaya qarşı etiraz daxil olmamışdır. Neftçala Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(053)-249/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.4-cü maddəsinə əsasən iddiaçı "xxxx" ASC-nin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyindən və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəflərin çağırılaraq izahatlarının alınması zərurəti olduğundan iddia ərizəsinə tərəflərin iştirakı ilə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə müraciət edərək işə iddiaçı tərəfin məhkəmə iclasında iştirakı olmadan baxılaraq iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə işin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərildiyinə baxmayaraq, o, gəlməmiş, nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan 10 noyabr 2021-ci il tarixli, PAZ********** nömrəli "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh tərəfindən idarə edilən “SAİPA 132SE” minik markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığortalanmışdır. İşdə olan 16 noyabr 2022-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X1 məxsus olan “SAİPA 132SE” minik markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil ümumi olaraq "xxxx" ASC tərəfindən 10 noyabr 2021-ci il tarixdə 01 (bir) il müddətinə 55000 manat məbləğində sığortalanmışdır. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “SAİPA 132SE” minik markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2r. İşdə olan etibarnamənin surətindən görünür ki, X3 “SAİPA 132SE” minik markalı, **- ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün Cavabdeh etibar etmişdir. İşdə olan Bakı Şəhər DYPİ-nin 29 oktyabr 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibatı xətaları törətmişdir. İşdə olan Baş Dövlət Yol Polisi İdarəsinin arayışına əsasən Cavabdeh tərəfindən idarə olunan “SAİPA 132SE” minik markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobillə X5 məxsus, X6 tərəfindən idarə olunan “Hyundai Sonata” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında 19 oktyabr 2022-ci il tarixdə toqquşma baş vermişdir. Həmin arayışa əsasən yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Sonata” markalı, **-ED- *** dövlət qeydiyyat nişanlı avtomobilə ön sağ tərəfdən zərər vurulmuşdur. İşdə olan dəymiş zərərin hesabatına dair aktdan görünür ki, “Hyundai Sonata” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə 200 manat məbləğində zərər yetirilmişdir. İşdə olan 22 noyabr 2022-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən “Hyundai Sonata” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X5 200 manat məbləğində ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.2 və 936.5-ci maddələrinə əsasən “Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur”, “Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir» və «Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər”. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən “icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır”. Azərbaycan Respublikası MM-nin 21.1 və 21.2-ci maddəsinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”, “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən ödədiyi məbləği tələb etməkdə haqlıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyi yuxarıda qeyd olunan müddəalarını və iddianın tam təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Eyni Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233-cü maddələrini rəhbər tuaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 200 (iki yüz) manat məbləğində və iddiaçının məhkəməyə müraciət edərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar