Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-287/2025 05.05.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh Neftçala rayonu, Bankə qəsəbəsi, C.Mikayılov küçəsi, ev 117 ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı iclası zamanı Neftçala rayonu, Bankə qəsəbəsi, C.Mikayılov küçəsi, ev 117 ünvanında qeydiyyatda olduğunu, həyat yoldaşı, qızı və iki nəvəsi ilə birlikdə həmin mənzildə yaşadığını bildirmişdir. Qeyd edir ki, qızı X5 iş üzrə Cavabdeh ilə rəsmi nikaha daxil olduqdan sonra ona məxsus olan mənzilə rəsmi qeydiyyata düşmüş və onlarla birlikdə yaşamışdır. Hazırda iş üzrə Cavabdeh ilə qızı Babayeva (Əmirova) Günay İlham qızı arasında olan nikah Neftçala Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə pozulmuş, nikah pozulduqdan sonra cavabdeh onlardan ayrı yaşamışdır. Nikah pozulduqdan sonra cavabdehǝ ona məxsus olan mənzildən qeydiyyatdan çıxması ilə bağlı təklif etsə də, Cavabdeh ona məxsus olan mənzildən qeydiyyatdan çıxması ilə bağlı heç bir səy göstərməmiş və faktiki olaraq ona məxsus olan mənzildə qeydiyyatda olmaqda davam edir. Hazırda cavabdehin harada yaşaması ilə bağlı heç bir məlumatı yoxdur. Cavabdehin qızı ilə nikahı rəsmi qaydada pozulduqdan sonra onunla heç bir əlaqələri olmamışdır. O, Neftçala rayonu, Bankə qəsəbəsi, C.Mikayılov küçəsi, ev 117 ünvanında olan sözügedən mənzili 16 aprel 2008-ci ildən öz adına rəsmiləşdirərək mənzilə çıxarış almışdır. Bununla əlaqədar Neftçala RPŞ-nə rəsmi məktubla müraciət edərək Cavabdeh ona məxsus mənzildən qeydiyyatdan çıxarılması və həmin mənzildən istifadə hüququna xitam verilməsinə dair göstəriş verilməsini xahiş etmişdir. Neftçala RPŞ 28 dekabr 2024-cü il tarixli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının “Yaşayış yeri üzrə” qeydiyyatdan çıxarılması barədə Təlimatın 5-ci bəndinin tələbinə uyğun Cavabdeh ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması ilə əlaqədar Neftçala Rayon Məhkəməsinə müraciət etməlidir. Cavabdeh ona məxsus olan mənzildə qeydiyyatı yalnız formal xarakter daşıyır və pasport qeydiyyatında qalması onun mənzilə olan mülkiyyət hüquqlarını müəyyən qədər məhdudlaşdırır. Həmin şəxs formal qeydiyyatda olmasına baxmayaraq qeyd olunan ünvanda yaşamaır və tələb etməyinə baxmayaraq qeydiyyatdan çıxmır. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq gəlmədiyini üzrsüz saymış və işə həmin cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışda qeyd olunur ki, İddiaçı mülkiyyətində olan Neftçala rayonu, Bankə qəsəbəsi, C.Mikayılov küçəsi, ev 117 ünvanında 07 noyabr 1989-cu il təvəllüdlü X1, 06 yanvar 1975-ci il təvəllüdlü Cavabdeh, 27 dekabr 2013-cü il təvəllüdlü X3, 27 sentyabr 2009-cu il təvəllüdlü X4, 10 aprel 1991-ci il təvəllüdlü X6, 18 noyabr 1988-ci il təvəllüdlü X2 və 23 aprel 1986-cı il təvəllüdlü X5 qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Neftçala rayonu, Bankə qəsəbəsi, C.Mikayılov küçəsiində İddiaçı mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 48.6 kv.m yaşayış, 66.2 kv.m köməkçi sahədən ibarət 117 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 130 nmrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat tarixi 16 aprel 2008-ci il. “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında nikah Neftçala Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuş və nikaha 26 sentyabr 2024-cü il tarixdə xitam verilmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh 2021-ci ilin oktyabr ayından Neftçala rayonu, Bankə qəsəbəsi, C.Mikayılov küçəsi, ev 117 ünvanında yaşamır. İşin məhkəmə baxışı zamanı müəyyən olunur ki, cavabdeh həqiqətən də sözügedən ünvanda 2021-ci ilin oktyabr ayından yaşamır, lakin qeydiyyat ünvanı ünvan 3klə, işin faktiki hallarından və işdə olan sənədlərdən məlum olur ki, İddiaçı yaşayış evinə mülkiyyət hüququ müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Hal-hazırda cavabdeh qeyd olunan evdə formal olaraq qeydiyyatdadır və hazırda da həmin mənzildə yaşamır. İddiaçının bildirdiklərindən məlum olmuşdur ki, cavabdehin hazırkı faktiki yaşayış yeri haqqında məlumatı yoxdur. Buna baxmayaraq cavabdeh qanunun tələblərini pozaraq, hazırki yaşadığı yer üzrə qeydiyyata düşməmiş və hal-hazıradək, həmin ünvanda qeydiyyatda qalmışdır. Nəticədə Cavabdeh mülkiyyətçi kimi İddiaçı hüquqlarının gerçəkləşdirilməsinə manelər yaratmışdır. Azərbaycan Respublikası MM-nin 228.4-cü maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müvafiq olaraq sahiblik hüququ-əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququəmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyamnamənin 17-ci mad., İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin Konstitusiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyamızın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına dair müddəalar təsbit olunmuşdur. Azərbaycan Respublikasının qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən «Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.» Göründüyü kimi, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması məqsədini daşımır. Adı çəkilən Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 6-cı bəndinə əsasən yaşayış sahəsindən istifadə hüququnu itirmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. İddiaçının izahatından və işin faktiki hallarından aydın olur ki, cavabdeh uzun müddətdir ki, iddiaçıya məxsus mənzildə yaşamadığı halda orada qeydiyyatdadır. Buna baxmayaraq cavabdeh daimi yaşadığı yeni yer üzrə qeydiyyata düşməmiş və halhazıradək, iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmışdır. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması sonuncunun öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu şərti və qeyri-sabit xarakterli etmiş olur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin Neftçala rayonu, Bankə qəsəbəsi, C.Mikayılov küçəsi, ev 117 ünvanında yaşamaması, mülkiyyətçinin hüquqlarının həyata keçirilməsinə maneələr yaratması, onun qeyd olunan mənzildə yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə əsas verir. Odur ki, Cavabdeh Neftçala rayonu, Bankə qəsəbəsi, C.Mikayılov küçəsi, ev 117 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357-360 və 362-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Neftçala rayonu, Bankə qəsəbəsi, C.Mikayılov küçəsi, 117 saylı mənzildən (evdən) istifadə hüquqları itirilmiş hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-287/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-287/2025
05.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver