Məhkəmə qərarları › İş №2(053)-288/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-288/2023

26.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-288/2023 26.05.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Vəkil, cavabdehlər Cavabdeh2 və Cavabdeh5 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh1, azyaşlı uşaqları X6 və Əhmədov İmamǝli Natiq oğlunun, eləcə də cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəsində göstərmişdir ki, onun ünvan 2 ünvanında ümümi sahəsi 33,1 kv. metr, yaşayış sahəsi, 17,1 kv. metr, yardımçı sahəsi 16,0 kv. metr, 1 otaqdan ibarət mənzili vardır. (Hal-hazırda həmin məzilin ünvanı ev 4-D, dəyişilərək ev 13 olmuşdur) Həmin mənzilə 31 may 2011-ci il tarixdə xüsusi mülkiyyət hüququna dair çıxarış almışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, 28 sentyabr 2015-ci təvəllüdlü X6, 17 avqust 2012-ci təvəllüdlü X5, Cavabdeh4 və Cavabdeh5 adlı şəxslər ona məxsus mənzildə qeydiyyatdadır. O, 40 ilə yaxındır ki, bu mənzildə yaşayır, heç vaxt bu şəxsləri tanımamışdır. Mənzili satmaq qərarına gəldiyi üçün tələb olunan müvafiq sənədləri toplayan zaman bu şəxslərin Neftçala RPŞ-nin yaşayış yeri üzrə qeydiyyat haqqında verdiyi arayışda ona məxsus mənzildə qeydiyyatda olmaları məlum olmuşdur. Onların qeydiyyatda olmaları onun mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırmışdır. Bu səbədən məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması məhkəmədən xahiş etdi. Cavabdeh qismində dindirilmiş Cavabdeh2 iddianı qəbul etməyərək 1994-cü ildən həmin evdə ailəsi ilə birlikdə yaşadığını və qeydiyyatda olduqlarını bildirmişdir. Qeyd edir ki, 1999-cu ildə həmin evdən çıxmışdır. Evin orderi onun adına olmuşdur. Sonradan maddi vəziyyəti ilə əlaqədar ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb kirayədə yaşamış və bu evə gediş-gəlişi kəsilmişdir. Faktiki olaraq həmin vaxtdan Bakı şəhərində yaşayır. Həmin evdə qeydiyyatda olan şəxslər onun ailə üzvləridir. Uşaqlar da həmin evdə böyümüşlər. Qeyd edir ki, həmin mənzil İddiaçı onun və digər cavabdehlərin razılığı olmadan satılıb. Bu səbəbdən alqı-satqı müqaviləsinin şərtlərini qəbul etmədiyini və mənzil üzrə qeydiyyatdan çıxarılmağa etiraz etdiyini bildirir. Göstərilənləri nəzərə alaraq iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Cavabdeh qismində dindirilmiş Cavabdeh5 iddianı qəbul etməyərək hazırda qeydiyyatda olduğu evin vaxtı ilə nənəsi Cavabdeh2 məxsus olduğunu bildirmişdir. Qeyd edir ki, ailə üzvləri sözügüdən mənzildə yaşamışlar. Sonradan ailəsi maddi vəziyyətlə əlaqədar Bakı şəhərinə köçmüşdür. Orada kirayədə yaşamış və bu evə gediş-gəlişləri tamamilə kəsilmişdir. Həmin evdə qeydiyyatda olan şəxslər onun ailə üzvləridir. Qeyd edir ki, həmin mənzil İddiaçı onun və digər cavabdehlərin razılığı olmadan satıb. Bu səbəbdən alqı-satqı müqaviləsinin şərtlərini qəbul etmədiyini və mənzil üzrə qeydiyyatdan çıxarılmağa etiraz etdiyini bildirir. Göstərilənləri nəzərə alaraq iddianın rədd olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq gəlmədiylərini üzrsüz saymış və işə həmin cavabdehlərin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehləri dinləyib, iş materiallarını tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışda qeyd olunur ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında 31 avqust 1990-cı il təvəllüdlü Cavabdeh1, xx xxxxxxx 1962-ci il təvəllüdlü Cavabdeh2, xx xxxx 2000-ci il təvəllüdlü Cavabdeh3, 28 sentyabr 2015-ci il təvəllüdlü X6, 17 avqust 2012-ci il təvəllüdlü X5, xx xxx 1983-cü il təvəllüdlü Cavabdeh4 və xx xxxx 2001-ci il təvəllüdlü Cavabdeh5 qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 tam mülkiyyət hüququ üzrə İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 31 may 2011-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Neftçala Rayon Notariat Ofisinin 12 may 2023-cü il tarixli, 133 nömrəli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Neftçala şəhəri, H.Əliyev prospekti, ev 13, mənzil 7 ünvanında yerləşən mənzilin alqı-satqısına dair Neftçala rayon notariat ofisində notariat əməliyyatı aparılmamış, alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. İş materiallarına əlavə olunmuş 13 saylı Şirvan Ərazi İdarəsinin 2(053)-288/2023 nömrəli iş üzrə sorğuya 25 may 2023-cü il tarixli cavab məktubuna əlavə olunmuş 04 may 2011-ci il tarixli arxiv arayışının surətində qeyd olunub ki, Neftala rayonu dövlət arxivində mühafizə olunan Neftçala rayonu İcra Hakimiyyəti başçısının 05 mart 1998-ci il tarixli, 1325 №-li Sərəncamına əsasən Neftçala şəhər sakini İddiaçı Neftçala şəhəri, Nizami küçəsi 4D saylı evin, 7 saylı mənzilində bir otaqlı mənzil sahəsi 17,0 kv. metr olan mənzil ayrılmışdır. 01 yanvar 2011-ci il tarixli “Əmlakın icarə müqavilə”sindən görünür ki, bir tərəfdən X7 əmlakın sahibi, “kirayəverən şəxs”: Neftçala İstehsalat təmir istismar sahəsi, “kirayəçi” adlanan digər tərəfdən İddiaçı 01 yanvar 2011-ci il tarixdə müqavilə bağlamışlar. Neftçala Rayon İcra Hakimiyyəti Neftçala şəhər İstehsalat təmir istismar sahəsinin 06 aprel 2011-ci il tarixli arayışının surətindən görünü ki, İddiaçı ünvan 4 ünvanında yaşamaqla həmin mənzil sahəsi 16 kv. metr olmaqla, mənzil 5 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşməklə 1 otaqdan ibarətdir. X1 və X8 həmin evdə qeydiyyatdadır. İşin məhkəmə baxışı zamanı müəyyən olunur ki, cavabdehlər həqiqətən də mübahisəli ünvanda yaşamır, lakin qeydiyyat ünvanları ünvan 5 işin faktiki hallarından və işdə olan sənədlərdən məlum olur ki, İddiaçı yaşayış evinə mülkiyyət hüququ müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Hal-hazırda cavabdehlər və onların uşaqları 17 avqust 2012-ci il təvəllüdlü X5 və 28 sentyabr 2015-ci il təvəllüdlü X6 qeyd olunan evdə formal olaraq qeydiyyatdadırlar və hazırda da həmin mənzildə yaşamırlar. Cavabdehlərdən Cavabdeh2 və Cavabdeh5 izahatınlarından məlum olmuşdur ki, onlar Bakı şəhərində yaşayırlar. Digər cavabdehlər və onların uşaqları 17 avqust 2012-ci il təvəllüdlü X5 və 28 sentyabr 2015-ci il təvəllüdlü X4 və onlarının valideynlərinin hazırda hansı ünvanda yaşamaları barədə dəqiq məlumat yoxdur. Buna baxmayaraq cavabdehlər qanunun tələblərini pozaraq, daimi yaşadığı yer üzrə qeydiyyata düşməmiş və halhazıradək, həmin ünvanda qeydiyyatda qalmışlar. Nəticədə cavabdehlər, eyni zamanda 17 avqust 2012-ci il təvəllüdlü X5 və 28 sentyabr 2015-ci il təvəllüdlü X6 mülkiyyətçi kimi İddiaçı hüquqlarının gerçəkləşdirilməsinə manelər yaratmışlar. Azərbaycan Respublikası MM-nin 228.4-cü maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müvafiq olaraq sahiblik hüququ-əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququəmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyamnamənin 17-ci mad., İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin Konstitusiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyamızın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına dair müddəalar təsbit olunmuşdur. Azərbaycan Respublikasının qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən «Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.» Göründüyü kimi, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması məqsədini daşımır. Adı çəkilən Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 6-cı bəndinə əsasən yaşayış sahəsindən istifadə hüququnu itirmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. İddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarından və işin faktiki hallarından aydın olur ki, cavabdehlər eyni zamanda onların ailə üzvləri 17 avqust 2012-ci il təvəllüdlü X5 və 28 sentyabr 2015-ci il təvəllüdlü X6 uzun müddətdir ki, iddiaçıya məxsus mənzildə yaşamadıqları halda qeydiyyatdadırlar. Buna baxmayaraq cavabdehlər və onların himayəsində olan uşaqları daimi yaşadığı yeni yer üzrə qeydiyyata düşməmiş və hal-hazıradək, iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmışlar. Cavabdehlərinin eyni zamanda 17 avqust 2012-ci il təvəllüdlü X5 və 28 sentyabr 2015-ci il təvəllüdlü X4 iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları sonuncunun öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu şərti və qeyri-sabit xarakterli etmiş olur. Əlavə olaraq qeyd olunmalıdır ki, cavabdehlər tərəfindən mübahisəli mənzilin ilk öncə onlara məxsus olması faktını təsdiq edə biləcək möhtəbər sübutları məhkəmə araşdırması zamanı müəyyət olunmamışdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlərin, eləcə də 17 avqust 2012-ci il təvəllüdlü X5 və 28 sentyabr 2015-ci il təvəllüdlü X4 Neftçala şəhəri, H.Əliyev prospekti, ev 13, mənzil 7 ünvanında yaşamamaları, mülkiyyətçinin hüquqlarının həyata keçirilməsinə maneələr yaratmaları, onların qeyd olunan mənzildə yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə əsas verir. Odur ki, cavabdehlərin və 17 avqust 2012-ci il təvəllüdlü X5 və 28 sentyabr 2015-ci il təvəllüdlü X4 Neftçala şəhəri, H.Əliyev prospekti, ev 13, 7 nömrəli mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357-360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, azyaşlı uşaqları X4 və Əhmədov İmamǝli Natiq oğlunun, eləcə də cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qızının Neftçala şəhəri, H.Əliyev prospekti, ev 13, 7 nömrəli mənzildən istifadə hüquqları itirilmiş hesab olunsun. Qətnamədən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar