Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-358/2025 04.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı nümayəndəsi (əri) X3, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə anası Cavabdeh məxsus olan, Neftçala şəhəri, H.Əliyev prospekti, 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsindən ona düşən pay müəyyənləşdirilməklə aralarında naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən anası Cavabdeh 20 oktyabr 2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən Neftçala şəhəri, H.Əliyev prospekti, 2B (yeni qaydalarla: Neftçala rayonu, Neftçala şəhəri, Heydər Əliyev prospekti, 2) ünvanında yerləşən evin ətrafındakı 0,06 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə anasına məxsusdur. Sözügedən ünvanda yerləşən evdə iddiaçı özü, anası və qardaşı X8 daimi qeydiyyatdadırlar. Bu evdə doğulub boya-başa çatmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışda onun payı müəyyənləşdirilməmişdir. Cavabdehlə həyətyanı torpaq sahəsinin aralarında bölünməsinə dair qarşılıqlı razılığa gələ bilmirlər. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş edir. İddiaçı nümayəndəsi (əri) X7 məhkəmənin 17 mart 2025-ci il tarixli hazırlıq iclasında iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, sözügedən torpaq sahəsindən 30 mart 2019-cu il tarixdə alğı-satqı müqaviləsi əsasında sahəsi 93 kv.m olan torpaq almışdır. Lakin Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışda alğı-satqı əsasında onun payına düşən torpaq sahəsi qeyd olunmamışdır. Göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh işin məhkəmə baxışı zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, qızı İddiaçı və sonuncunun əri X4 artıq müəyyən qədər torpaq sahəsi bağışlayıb. Hazırda qızı ilə heç bir əlaqəsi yoxdur. Bunun səbəbi isə X3 onların münasibətlərinə müdaxilə etməsidir. Hazırkı iddianı da İddiaçı əri X3 təkidi ilə qaldırıb. Cavabdeh həmçinin bildirir ki, torpaq sahəsindən 93 kv.m X2, daha sonra sonuncu orada mağaza tikərək başqa bir şəxsə satmışdır. Cavabdeh iddiada sözügedən torpaq sahəsinin özünün xüsusi mülkiyyətində olduğunu və qızına heç bir aidiyyətinin olmadığını nəzərə alaraq, iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. «Doğum haqqında» şəhadətnamənin surətindən görünür ki, iddiaçı X5 xx xxxxxx 1996-cı ildə Neftçala şəhərində doğulub, valideynləri X6 və Cavabdehdır. Cavabdeh ilə X7 arasında notariat qaydasında bağlanmış 30 mart 2019-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, Cavabdeh ƏMDK-nin yanında DƏDRX-nin 13 saylı Şirvan ərazi idarəsi tərəfindən xx.xx.2018-ci ildə verilmiş **********36- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə özünə məxsus olan 600 kv.m torpaq sahəsinin 93 kv.m-ni 500 manata X1. Məhkəmənin müfaviq sorğusuna əsasən Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsi tərəfindən göndərilmiş sənədlərdən görünür ki, Cavabdeh 30 oktyabr 2005-ci il tarixdə Neftçala bələdiyyəsindən 240 manat müqabilində torpaq sahəsi almış, həmin, yəni Neftçala şəhəri, H.Əliyev prospekti 2B (yeni qaydalarla: AZ4701, Neftçala rayonu, Neftçala şəhəri, Heydər Əliyev prospekti 2) ünvanında yerləşən, ümumi sahəsi 0,06 ha təşkil edən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 20 oktyabr 2023-cü il tarixində (daşınmaz əmlakın reyestr nömrəsi: **********96; qeydiyyat nömrəsi: **********) tam mülkiyyət hüququ ilə Cavabdeh adına qeydə alınmışdır. Mübahisənin hüquqi həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddianın əsası kimi istinad olunan hallar, o cümlədən mübahisəli torpaq sahəsinə münasibətdə iddiaçının hər-hansı pay hüququna malik olması halı iddiaçının özü tərəfindən sübuta yetirilməlidir. Təqdim olunmuş sübutları nəzərdən keçirərək məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsi tam mülkiyyət hüququ ilə cavabdehə mənsubdur (iddiaçı həmin torpağa münasibətdə pay hüququna və ümumiyyətlə hər-hansı hüquqa sahib olduğuna dair heç bir sübut təqdim etməyib). Yəni torpaq sahəsinin cavabdehdən başqa mülkiyyətçisi yoxdur, bu torpağa münasibətdə hər hansı başqa şəxsin, o cümlədən iddiaçının mülkiyyət payı mövcud deyil. İddiadan görünür ki, iddiaçı mübahisəli torpaq sahəsinə münasibətdə ona düşən payın müəyyənləşdirilməsini tələb edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, həmin tələbə münasibət bildirərək qeyd edir ki, iddiaçının mövcud vəziyyətdə belə bir payının müəyyən edilməsi üçün heç bir qanuni əsas mövcud deyil. Mülkiyyətdə olan torpaq sahəsinin Azərbaycan Respublikası MM-nin 220-ci maddəsində və s. aidiyyəti müddəalarında nəzərdə tutulan qaydada mülkiyyətçilər arasında naturada bölünməsi (ayrılması) isə yalnız bir neçə mülkiyyətçi (paylı) mülkiyyət mövcud olduğu halda mümkündür. Məhkəmə yuxarıda göstərilənlərlə yanaşı qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən «Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur». Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən «Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən «Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur». Məhkəmə işin faktik hallarını və qanunvericiliyin yuxarıda istinad olunan müddəalarını nəzərə alaraq hesab edir ki, iddianın təmin olunması cavabdehin hüquqlarının və qanunla qorunan mənafelərinin pozulması ilə nəticələnə bilər. Ona görə də iddia rədd olunmalıdır. İddiaçı məhkəməyə müraciət etməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödəyib. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Eyni Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın rədd olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Azərbaycan Respublikası MPM-nin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 214, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddiası rədd edilsin. Məhkəməyə müraciət olunması üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-358/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-358/2025
04.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver