Məhkəmə qərarları › İş №2(053)-540/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-540/2023

29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-540/2023 29.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında zərərin ödənilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 5750 manat məbləğində vurulmuş zərərin, 77,50 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “MERCEDES BENZ 200E” markalı, **-KZ- *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il noyabr ayının 18-də Cavabdeh idarə etdiyi “MERCEDES BENZ 200E” markalı, **-KZ-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətindən Zığ qəsəbəsi istiqamətində hərəkətdə olarkən “MERSEDES BENZ” markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə hər iki avtomobil qarşı hərəkət zolağına çıxmış, bu zaman qarşı hərəkət zolağında hərəkətdə olan “CHANGAN” markalı, **-MT-*** dövlət nömrə nişanlı avtomobil “MERCEDES BENZ C180” markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobillə, sonradan isə “MERCEDES BENZ 200E" markalı, **-KZ-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində “CHANGAN” markalı, **-MT-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Balayev Mövlud Zakir oğlu yüngül dərəcədə xəsarətlər almışdır. Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən 12 yanvar 2021-ci il tarixində cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Suraxanı DYPŞ-nə göndərilmişdir. Suraxanı DYPŞ tərəfindən xx.xx.2021-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və cavabdeh X2 Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.8-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 3(010)-527/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinmişdir. Vurulmuş zərərin məhz cavabdehin təqsirli əməli nəticəsində baş verməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüququ şəxsi tərəfindən verilmiş 1060 nömrəli ekspert rəyinə əsasən Balayev Mövlud Zakir oğlunun aldığı xəsarətlərin dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa yüngül zərərvurmaya aiddir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.2.5-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunan və ya üçüncü şəxs əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğu müəyyən olunmadan yüngül xəsarət aldıqda-15 faizi nisbətlətində ödənilir (5000 manat bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə x 15% = 750 manat). "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 105 nömrəli qiymətləndirmə aktına əsasən "Mercedes Benz" markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobilə 5000 manat məbləğində zərər dəymişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 524 nömrəli qiymətləndirmə aktına əsasən “CHANGAN” markalı, **-MT-*** dövlət nömrə nişanlı avtomobilə 5000 manat məbləğində zərər dəymişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat sığorta məbləği müəyyən edilmişdir. Həmin Qanununun 58.3-cü maddəsinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Belə olan halda, sığorta məbləği hesablanmış ümumi zərər məbləğinə bölünür və alınan rəqəm hər bir nəqliyyat vasitəsi üzrə hesablanmış zərər məbləğinə vurulur. Yəni, 5000 manat sığorta məbləği : 10000 manat (dəymiş zərərin ümumi məbləği 5000 + 5000) = 0,5; 0,5 x 5000=2500 manat sığorta ödənişi. İddiaçı 01 aprel 2021-ci il tarixdə 2500 manat məbləği zərərçəkmiş şəxs Nəzəri Mehman Rəfi oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. İddiaçı 01 aprel 2021-ci il tarixdə 3250 manat məbləği zərərçəkmiş şəxs Balayev Mövlud Zakir oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin nümayəndə X1 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışı iclaslarını onların iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh gəlməmiş, lakin 11 avqust 2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizədə iddia tələbini qəbul etdiyini, işi ilə əlaqədar Bakı şəhərində olduğundan məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, «Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir». Məhkəmə, Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq, gəlmədiyini üzrsüz saymış və bunu nəzərə alaraq işə həmin cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə, toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. 08 yanvar 2020-ci il tarixli «İcbari sığorta müqaviləsinə dair məlumat»ın və PXA 83078, 79539 və 82720 nömrəli sığorta aktlarının təsdiqlənmiş surətindən görünür ki, X3 məxsus olan «MERCEDES BENZ 200E» markalı 99KZ357 dövlət qeydiyyat nişanlı avtomobil 08 yanvar 2020-ci il tarixdən 08 yanvar 2021-ci il tarixədək 55.000 manat məbləğində "xxxx" ASC tərəfindən icbari sığorta növü ilə sığorta edilmişdir. Eyni zamanda həmin aklardan görünür ki, xx.xx.2020-ci il tarixdə Zığ şössesində sığortalanmış “Mercedes Benz 200E” markalı 99KZ235 dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz C180” markalı 59BH462 və “Changan” markalı 99MT4973 dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, sığortalanmış “Mercedes Benz 200E” markalı 99KZ235 dövlət qeydiyyat nişanlı avtomobil “Changan” markalı 99MT497 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncunun sürücüsü Balayev Mövlud Zakir oğlu yüngül dərəcəli bədən xəsarəti almışdır. Azərbaycan Respublikası DİN-in Suraxanı Rayon DYPŞ-nin vəzifəli şəxsinin 17 fevral 2021-ci il tarixli İXP seriyalı, ******* nömrəli rədd qərarı əsasında inzibati xəta haqqında protokolunun, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-527/2021 nömrəli 27 aprel 2021-ci il tarixli qərarından görünür ki, Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş 17 fevral 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və iş üzrə toplanmış sənədlərdən müəyyən olunmuşdur ki, 18 noyabr 2020-ci il tarixdə saat 18:15-də Cavabdeh “Mercedes Benz 200E” minik markalı 99KZ235 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində (bu Məcəllənin 327.1-327.6, 328 va 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi) və 332.1-ci maddəsində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) nəzərdə tutulan inzibati xətaları törətmiş, məhkəmənin 27 aprel 2021-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair material baxılıb, səlahiyyəti çərçivəsində qərar verilməsi üçün Suraxanı Rayon Polis İdarəsinə qaytarılmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 105 nömrəli qiymətləndirmə aktına əsasən "Mercedes Benz" markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobilə 5000 manat məbləğində zərər dəymişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 524 nömrəli qiymətləndirmə aktına əsasən “CHANGAN” markalı, **-MT-*** dövlət nömrə nişanlı avtomobilə 5000 manat məbləğində zərər dəymişdir. Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı "xxxx" ASC Cavabdeh təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 01 aprel 2021-ci il tarixində 2500 manat məbləği zərərçəkmiş şəxs Nəzəri Mehman Rəfi oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına, 01 aprel 2021-ci il tarixdə 3250 manat məbləği isə zərərçəkmiş şəxs Balayev Mövlud Zakir oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. Cavabdehə xəbərdarlıq olunmasına baxmayaraq 5750 manat subroqasiya hüququ əsasında geri qaytarılmamışdır. Azərbaycan Respublikası MM-nin 1108-ci maddəsinə əsasən “1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir”. Həmin Məcəllənin 936.1, 936.2 və 936.5-ci maddələrinə əsasən «Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur», «Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir» və «Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən sığortalılara ödədiyi məbləği tələb etməkdə haqlıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu və bank xidmət haqqı olaraq 77,50 manat ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyi yuxarıda qeyd olunan müddəalarını və iddianın tam təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş ödənilmiş 77,50 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 5750 (beş min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi və iddiaçı tərəfindən məhkəməyə müraciət olunarkən dövlət rüsumu kimi ödənilmiş 77 (yetmiş yeddi) manat 50 (əlli) qəpik tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar