Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-644/2023 28.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1807,00 manat məbləğində sığorta ödənişinin, 38,07 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 iyun 2021-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan 90TZ342 dövlət qeydiyyat nişanlı “Fiat Doblo” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən "Avtonəqliyyat vasitələrinin tam sığortası" növü üzrə sığortalanmış 90VR285 dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı 90VR285 dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "PAŞA Sığorta” ASC-yə zərərçəkən müraciət etmişdir. 90VR285 dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, "Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat"a əsasən 6807,00 manat (altı min səkkiz yüz yeddi manat, 00 qəpik) məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin 15 fevral 2022-ci il tarixli "Sığorta aktı”na əsasən azadolma çıxılmaqla 6807,00 manat (altı min səkkiz yüz yeddi manat, 00 qəpik) məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 5000,00 (beş min) manat məbləğində vəsait ödənilmişdir. 07 aprel 2022-ci il tarixdə sığorta ödənişi çıxılmaqla qalıq məbləğ olan 1807,00 (bir min səkkiz yüz yeddi) manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lǝrǝ) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək məsafənin uzaq olması səbəbindən məhkəmə iclaslarında iştirak edə bilmədiklərini bildirib, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh gəlməmiş (nümayəndəsini göndərməmiş) və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, «Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir». Məhkəmə, Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq, gəlmədiyini üzrsüz saymış və bunu nəzərə alaraq işə həmin cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə, toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. 15 fevral 2022-ci il tarixli 125752 nömrəli sığorta aktının təsdiqlənmiş surətlərindən görünür ki, X1 məxsus olan «Hyundai Sonata» markalı 90VR285 dövlət qeydiyyat nişanlı avtomobil 03 iyun 2021-ci il tarixdən 02 iyun 2022-ci il tarixədək 26.000 manat məbləğində "xxxx" ASC tərəfindən fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sğortası növü ilə sığorta edilmişdir. Azərbaycan Respublikası DİN-in Binəqədi Rayon DYPŞ-nin vəzifəli şəxsinin 15 iyun 2021-ci il tarixli İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolunun, həmin DYPŞ-nin vəzifəli şəxsinin 15 iyun 2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən, habelə xx.xx.2021-ci il tarixli məlumat bazasından çıxarışın surətindən görünür ki, Cavabdeh 15 iyun 2021-ci il tarixdə saat 10:20 radələrində etibarnamə əsasında idarə etdiyi «Fiat Doblo» yük markalı, 90TZ342 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Binəqədi şössesində hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkətdə olan «Hyundai Sonata» markalı, 90VR285 dövlət qeydiyyat nişanlı avtomobillə düzgün ara məsafəsi saxlamamış və düzgün manevr etməmiş, nəticədə idarə etdiyi avtomobili «Hyundai Sonata» markalı avtomobillin arxa hissəsinə vuraraq zərər çəkmiş şəxsə maddi zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyinə görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası DİN-in Binəqədi rayon DYPŞ tərəfindən tərtib edilmiş yolnəqliyyat hadisəsinin sxemi və Cavabdeh alınmış izahatın surətindən görünür ki, cavabdeh tərəfindən «Hyundai Sonata» markalı 90VR285 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş 15 fevral 2022-ci il tarixli «sıgorta aktı» və 31 avqust 2021-ci il tarixli «hesab faktura» ilə müəyyən olunur ki, «Hyundai Sonata» markalı 90VR285 dövlət qeydiyyat nişanlı avtomobilə 6807,00 manat məbləğində zərər vurulmuşdur. İş materiallarına əlavə edilmiş AC № 542212 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2012, mühərrik nömrəsi G4KECA208757, ban nömrəsi KMHBC41CBDA507175 olan ağ mirvari rəngli, sedan tipli, «Hyundai Sonata MİNİK» markalı 90VR285 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Bakı şəhəri, Binəqədi rayonu, Mədən 2, korpus 74 ünvanı üzrə qeydiyyatda olan X2r. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, 43 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 27 dekabr 2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, X4 «Fiat Doblo» Yük markalı, 90TZ342 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsini Cavabdeh etibar etmişdir (həmin etibarnamə 24 sentyabr 2022-ci ilədək qüvvədə olmuşdur). Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı "xxxx" ASC Cavabdeh təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində «Hyundai Sonata» markalı 90VR285 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərə görə 6807,00 manat məbləğində sığorta ödənişini nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürmüş, təqsirli tərəfin icbari sğortası "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 5000,00 manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2022-ci il tarixdə sığorta ödənişi çıxılmaqla qalıq məbləğ 1807,00 manat subroqasiya hüququ əsasında geri qaytarılmamışdır. Azərbaycan Respublikası MM-nin 1108-ci maddəsinə əsasən “1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir”. Həmin Məcəllənin 936.1, 936.2 və 936.5-ci maddələrinə əsasən «Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur», «Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir» və «Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən sığortalıya ödədiyi məbləği tələb etməkdə haqlıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu və bank xidmət haqqı olaraq 38,47 manat ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyi yuxarıda qeyd olunan müddəalarını və iddianın tam təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş bank xidmət haqqı ilə birlikdə ödənilmiş 38,47 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 1807 (min səkkiz yüz yeddi) manat məbləğində sığorta ödənişi və iddiaçı tərəfindən məhkəməyə müraciət olunarkən dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 38 (otuz səkkiz) manat 47 (qırx yeddi) qəpik tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-644/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-644/2023
28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver