Məhkəmə qərarları › İş №2(053)-654/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-654/2023

24.06.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-654/2023 24.06.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı vergi ödəyicisi hüquqi şəxs “Neftçala Melioservis İdarəsi” tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 45556,3 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 7886,6 manat, İşsizlikdən Sığorta Fonduna olan 314,29 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1246,06 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (doğulduğu tarix - xx xxxxxx 1967ci il, doğulduğu yer - Azərbaycan, Neftçala rayonu, Beşdəli kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA 3230561) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan “Neftçala Melioservis İdarəsi”nin (VÖEN: **********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə, Dövlət Sosial Müdafiə Fonduna 7886,6 manat, İşsizlikdən Sığorta Fonduna olan 314,29 manat, dövlət büdcəsinə 45556,3 manat məbləğində (o cümlədən, vergilən üzrə 12352,94 manat, faizlər üzrə 1205,71 manat, maliyyə sanksiyası üzrə 31997, 65 manat) İcbari Tibbi Sığorta Fonduna olan 1246,06 manat olmaqla, ümumilikdə 55003,25 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********600700, xx.xx.2023-cü il tarixli **********501400, 03 aprel 2023-cü il tarixli **********288400, 18 yanvar 2023-cü il tarixli **********209200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Bu hal işdə olan, Neftçala Rayon Məhkəməsi tərəfindən göndərilən məktubların poçt reyestri ilə təsdiq olunur. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsi hesab vərəqəsinin surətindən görünür ki, “Neftçala Melioservis İdarəsi”nin dövlət büdcəsinə 45556,3 manat, Dövlət Sosial Müdafiə Fonduna 7886,6 manat, İşsizlikdən Sığorta Fonduna olan 314,29 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1246,06 manat olmaqla, ümumilikdə 55003,25 manat borcu vardır. İş materiallarında olan hüquqi şəxs haqqında məlumatdan görünür ki, “Neftçala Melioservis İdarəsi” xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış, təşkilati-hüquqi forması “digər kommersiya təşkilatı”, mülkiyyət növü Dövlət mülkiyyəti, əsas fəaliyyət növü “sair mühəndis avadanlıqlarının quraşdırılması”dır. Qeyd edilən kommersiya təşkilatına xx.xx.2004-cü il tarixdə ********** VÖEN verilmiş, kommersiya təşkilatının ünvanı AZ4719, Neftçala rayonu, Xıllı ŞTQ, rəhbəri isə Maraqlı şəxs hazırkı ərizə üzrə maraqlı şəxsdir. İş materiallarında olan portaldan çıxarışdan görünür ki, Maraqlı şəxs xx.xx.1967-ci il tarixdə Neftçala rayonu, Beşdəli kəndində anadan olmuş və Neftçala rayonu, Cəngan Ə/D, Beştalı kəndində qeydiyyatdadır. İş materiallarından görünür ki, yaranmış borc məbləğinin ödənilməsi məqsədi ilə hüquqi şəxs “Neftçala Melioservis İdarəsi”nə xx.xx.2023-cü il tarixli **********501400 və **********600700 və 03 aprel 2023-cü il tarixli **********288400 qeydiyyat nömrəli bildirişlər göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndində təsbit edilmişdir ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla) , vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, 31 may 2023-cü il tarixə, dövlət büdcəsinə ümumilikdə 45556,3 manat, Dövlət Sosial Müdafiə Fonduna 7886,6 manat, İşsizlikdən Sığorta Fonduna olan 314,29 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1246,06 manat manat məbləğində olan vergi borcu vergi ödəyicisi hüquqi şəxs “Neftçala Melioservis İdarəsi” tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 305.1.12-ci maddəsinə əəsasən, məhkəmə vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdulşadırılması haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosail sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində AR İqtisadiyyat Nazirliyi) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdulaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməli, vergi ödəyicisi “Neftçala Melioservis İdarəsi” tərəfindən dövlət büdcəsinə ümumilikdə 45556,3 manat, Dövlət Sosial Müdafiə Fonduna 7886,6 manat, İşsizlikdən Sığorta Fonduna olan 314,29 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1246,06 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (doğulduğu tarix - xx xxxxxx 1967ci il, doğulduğu yer - Azərbaycan, Neftçala rayonu, Beşdəli kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 355-7-ci və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Vergi ödəyicisi “Neftçala Melioservis İdarəsi” tərəfindən dövlət büdcəsinə ümumilikdə 45556,3 manat, Dövlət Sosial Müdafiə Fonduna 7886,6 manat, İşsizlikdən Sığorta Fonduna olan 314,29 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1246,06 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs (doğulduğu tarix - xx xxxxxx 1967-ci il, doğulduğu yer - Azərbaycan, Neftçala rayonu, Beşdəli kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA 3230561) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar