Məhkəmə qərarları › İş №2(053)-666/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-666/2025

18.04.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-666/2025 18.04.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs qarşı “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi vergi ödəyicisi fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 79,26 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2.336,26 manat, İşsizlikdən Sığorta Fonduna olan 56,67 manat, İcbari Tibbi Sığorta Fonduna olan 238,54 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 11 mart 2025-ci il tarixə İcbari Tibbi Sığorta Fonduna 43,96 manat, “BƏRƏKƏT- NEFTÇALA” X1 (VÖEN: **********) dövlət büdcəsinə 79,26 manat məbləğində (o cümlədən, vergilər üzə 65,02 manat, faizlər üzrə 14,24 manat), İcbari Tibbi Sığorta Fonduna 194,58 manat, Dövlət Sosial Müdafiə Fonduna 2.336,26 manat, İşsizlikdən sığorta fonduna 56,67 manat olmaqla, ümumilikdə 2.710,73 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli, **********786600, xx.xx.2024-cü il tarixli, **********162900, xx.xx.2024-cü il tarixli, **********161100, xx.xx.2024-cü il tarixli **********952000 və xx.xx.2024-cü il tarixli, **********951300 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət edilmişdir. Ərizəçi 5 saylı Ərazi Vergilər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı məlumat verilməsinə baxmayaraq ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri haqqında heç bir məlumat verməmişdir. Məhkəmə işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə iclas katibi mobil telefon vasitəsilə onunla əlaqə saxlayarkən borcunu etiraf etdiyini, sağlamlığı ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsi hesab vərəqələrinin surətlərindən görünür ki, Maraqlı şəxs və “BƏRƏKƏT-NEFTÇALA” X1 İcbari Tibbi Sığorta Fonduna 43,96 manat, dövlət büdcəsinə 79,26 manat, İcbari Tibbi Sığorta Fonduna 194,58 manat, Dövlət Sosial Müdafiə Fonduna 2.336,26 manat, İşsizlikdən sığorta fonduna 56,67 manat olmaqla, ümumilikdə 2.710,73 manat borcu vardır. İş materiallarında olan fiziki şəxs haqqında məlumatdan görünür ki, Maraqlı şəxs xx.xx.2023-cü ildə tarixdə ********** nömrəli VÖEN verilmiş, əsas fəaliyyət növü pambığın becərilməsi kimi qeydiyyata alınmışdır. İş materiallarında olan hüquqi şəxs haqqında məlumatdan görünür ki, “BƏRƏKƏT- NEFTÇALA” X3 xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmış, təşkilati-hüquqi forması «ictimai birlik (təşkilat)», mülkiyyət növü «xüsusi mülkiyyət», əsas fəaliyyət növü «suyun yığılması, təmizlənməsi və paylanması»dır. Qeyd edilən ictimai birliyə xx.xx.2005ci ildə tarixdə ********** nömrəli VÖEN verilmiş, ictimai birliyin ünvanı AZ4727, Neftçala rayonu, Tatarməhlə kəndi, rəhbəri Maraqlı şəxs hazırkı ərizə üzrə maraqlı şəxsdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Maraqlı şəxs xx.xx.1990-cı ildə Neftçala rayonu, Tatarməhlə kəndində doğulmuş və həmin kəndin qeydiyyatındadır. İş materiallarından görünür ki, yaranmış borc məbləğinin ödənilməsi məqsədi ilə fiziki şəxs Maraqlı şəxs və hüquqi şəxs “BƏRƏKƏT-NEFTÇALA” X2 xx.xx.2025-ci il tarixli, **********786600, xx.xx.2024-cü il tarixli, **********162900, xx.xx.2024-cü il tarixli, **********161100, xx.xx.2024-cü il tarixli **********952000 və xx.xx.2024-cü il tarixli, **********951300 qeydiyyat nömrəli bildirişlər göndərilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, Maraqlı şəxs borc və xəbərdarlıq haqqında məlumat göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndində təsbit edilmişdir ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, 11 mart 2025-ci il tarixə, Dövlət Sosial Müdafiə Fonduna 2.336,26 manat məbləğində vergi borcu olan vergi ödəyicisi fiziki şəxs Maraqlı şəxs tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 305.1.12-ci maddəsinə əəsasən, məhkəmə vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdulşadırılması haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosail sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində AR İqtisadiyyat Nazirliyi) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdulaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməli, vergi ödəyicisi Maraqlı şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna 2.336,26 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (doğulduğu tarix - xx xxxxx 1990-cı il, doğulduğu yer - Neftçala rayonu, Tataraməhlə kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN kodu: xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququ borcun ödənilməsi təmin edilənədək müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 355-7-ci və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Vergi ödəyicisi Maraqlı şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna 2.336,26 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (doğulduğu tarix xx xxxxx 1990-cı il, doğulduğu yer - Neftçala rayonu, Tataraməhlə kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN kodu: xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququ borcun ödənilməsi təmin edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar