Məhkəmə qərarları › İş №2(053)-667/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-667/2025

13.05.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-667/2025 13.05.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Yusifzadə Ziya Elşad oğlunun katibliyi ilə ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi Dövlət Sosial Müdafiə Fonduna olan 2.774,28 manat və İcbari Tibbi Sığorta Fonduna olan 0 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (doğulduğu tarix – xx xxxxx 1996-cı il, doğulduğu yer – Azərbaycan, Neftçala: 1-ci Qaralı kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə qeyd olunur ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 23 dekabr 2024-cü il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası Neftçala rayonunun Qədimkənd bələdiyyəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2.774,28 manat və İcbari Tibbi Sığorta Fonduna 0 manat olmaqla, ümumilikdə 2.774,28 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsinin təmin edilməsi məqsədilə vergi ödəyicisinə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 23 iyul 2024-cü il tarixli **********683200 və 23 iyul 2024-cü il tarixli **********039400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən, yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Kazımov X1 rayonu, 1-ci Qaralı kəndi ünvanında yaşayır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi və Maraqlı şəxs məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edildiklərinə baxmayaraq, gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-7.2-ci maddəsinin tələblərini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Neftçala rayonu, Qədimkənd bələdiyyəsinin «Şəxsi hesab vərəqəsi» və iş materiallarına əlavə edilmiş digər sənədlərlə həmin bələdiyyənin 23 dekabr 2024-cü tarixinə dövlət büdcəsinə 2.774,28 manat məbləğində borcu yarandığı təsdiq olunur. Maraqlı şəxs şəxsiyyət vəsiqəsinin məlumatlarından (AZE AA*******) görünür ki, həmin şəxs ünvan 1ində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 305.1.12-ci maddəsinə əsasən, məhkəmə «vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında» işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-7.1, 355-7.3 və 355-7.4-cü maddələrinə əsasən «Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır», «İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir», «Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını, Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna olan 2.774,28 manat ödənilməmiş borcunun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 305.1.12, 355-7, 357 – 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs (doğulduğu tarix: xx xxxxx 1996-cı il; doğulduğu yer: Azərbaycan Respublikası, ünvan 1i; şəxsiyyətini təsdiq edən sənədin FİN nömrəsi: xxxxxxx; şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi: AZE AA*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar