Məhkəmə qərarları › İş №2(053)-814/2022

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-814/2022

01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-814/2022 01.12.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə İddiaçıSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 344 (üç yüz qırx dörd) manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia 10 avqust 2022-ci ildə məhkəməyə daxil olmuş, mülki işin məhkəmədə baxılması 12 sentyabr 2022-ci il tarixinə təyin olunmuş, həmin tarixli qərardadla tərəflərin iştirakı ilə ümumi iddia icraatına keçməklə məhkəmə hazırlıq iclası 20 oktyabr 2022-ci il tarixinə, iddiaya mahiyyəti üzrə baxılması isə 01 dekabr 2022-ci il tarixinə təyin olunmuşdur. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı tərəfin nümayəndəsi heç bir məhkəmə iclasına gəlməmiş, iddiaçının (və ya nümayəndəsinin) məhkəmədə iştirak etməməsinə heç bir əsaslı səbəb bildirməmişlər. İddiaçı tərəf işə onun iştirakı olmadan baxılmasını da xahiş etməyib. Cavabdeh iddiaya mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən «işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə» məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçıSC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar