Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-831/2023 13.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Neftçala şəhəri, A.Mütəllimov küçəsi, ev 7, mənzil 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək, Neftçala şəhəri, A.Mütəllimov küçəsi, ev 7, mənzil 1 ünvanında qeydiyyatda olduğunu, həmin mənzildə 01 sentyabr 1979-cu il tarixdən yaşadığını və həmin evin ona məxsus olduğunu bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, 2010-cu il tarixində qız nəvəsi olan Cavabdeh həmin evə qeydiyyata düşmüş və hal-hazıra kimi həmin evdə qeydiyyatdadır. 2010-cu ilin iyun ayında cavabdeh ailə həyatı qurmuş və həmin mənzidən faktiki olaraq çıxmışdır. Hazırda cavabdeh ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. O, ünvan 2edən mənzili 20 sentyabr 2022-ci il tarixdən öz adına rəsmiləşdirərək mənzilə çıxarış almışdır. Dəfələrlə Cavabdeh mənzilindən qeydiyyatdan çıxmasını tələb etsə də cavabdeh könüllü olaraq qeydiyyatdan çıxmamışdır. Bununla əlaqədar Neftçala rayon polis şöbəsinə rəsmi məktubla müraciət edərək Cavabdeh ona məxsus mənzildən qeydiyyatdan çıxarılması və həmin mənzildən istifadə hüququna xitam verilməsinə dair göstəriş verilməsini xahiş etmişdir. Neftçala rayon polis şöbəsi 20 iyul 2023-cü il tarixli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının "Yaşayış yeri üzrə" qeydiyyatdan çıxarılması barədə Təlimatın 5-ci bəndinin tələbinə əsasən Cavabdeh Neftçala şəhəri, A.Mütəllimov küçəsi, ev 7, mənzil 1 ünvanından qeydiyyatdan çıxarılması ilə əlaqədar Neftçala Rayon Məhkəməsinə müraciət etməlidir. Cavabdeh ona məxsus olan mənzildə qeydiyyatı yalnız formal xarakter daşıyır və pasport qeydiyyatında qalması onun mənzilə olan mülkiyyət hüquqlarını müəyyən qədər məhdudlaşdırır. Həmin şəxs formal qeydiyyatda olmasına baxmayaraq qeyd olunan ünvanda yaşamır və tələb etməyinə baxmayaraq qeydiyyatdan çıxmır. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilmiş cavabdeh gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İddiaçı tərəf işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini yazılı formada bildirmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən məhkəmə hazırkı mülki işə qiyabi icraat qaydasında baxmışdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işdə iddiaçını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışda göstərilir ki, 27 oktyabr 1951-ci il təvəllüdlü Musayeva Səknəxanım və xx xxxx 1992-ci il təvəllüdlü Kərimova X5 şəhəri, A.Mütəllimov küçəsi, ev 7, mənzil 1-də qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Neftçala şəhəri, A.Mütəllimov küçəsi, ev 7, 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 20 sentyabr 2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Neftçala şəhəri, A.Mütəllimov küçəsi, bina 7, 1 nömrəli mənzil 2 otaqdan ibarət olmaqla, mənzilin hüquq subyekti İddiaçıdur. “Evlənmək haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 arasında rəsmi nikah 01 avqust 1969-cu il tarixdə Salyan rayon 26 Bakı Komissarı qəsəbə sovetində 13 nömrəsi ilə qeyd edilmiş, arvada nikahdan sonra “Musayeva” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş, Neftçala rayon MKTİB-nin hesablayıcısı X4, ev sahibi İddiaçı, qonşular X7, X8 və X3 tərəfindən tərtib olunmuş, imzalanmış və möhürlənmiş aktda qeyd olunur ki, “xx.xx.2023-cü il tarixində ünvan 4 ünvanına baxış keçirdik. Qonşuların şahidliyi ilə məlum oldu ki, Cavabdeh 2010-cu il tarixdən bu ünvanda yaşamır. Aktın doğruluğunu imzamaızla təsdiq edirik”. Beləliklə, işin faktiki hallarından və işdə olan sənədlərdən məlum olur ki, İddiaçı yaşayış evinə mülkiyyət hüququ müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Halhazırda cavabdeh qeyd olunan evdə formal olaraq qeydiyyatdadır, həmin evdə artıq uzun müddətdir ki, yaşamır. Hazırda onun yaşayış ünvanı ünvan 5ildir. Buna baxmayaraq cavabdeh qanunun tələblərini pozaraq, daimi yaşadığı yer üzrə qeydiyyata düşməmiş və hal-hazıradək, həmin ünvanda qeydiyyatda qalmışdır. Nəticədə cavabdeh mülkiyyətçi kimi İddiaçı hüquqlarının gerçəkləşdirilməsinə maneələr yaratmışlar. Azərbaycan Respublikası MM-nin 228.4-cü maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müvafiq olaraq sahiblik hüququ-əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququəmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyamnamənin 17-ci mad., İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin Konstitusiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyamızın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. Azərbaycan Respublikasının qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən «Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.» Göründüyü kimi, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması məqsədini daşımır. Adı çəkilən Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 6-cı bəndinə əsasən yaşayış sahəsindən istifadə hüququnu itirmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. İddiaçının izahatından və işin faktiki hallarından aydın olur ki, cavabdeh uzun müddətdir ki, iddiaçıya məxsus mənzildə yaşamadğı halda qeydiyyatdadır. Buna baxmayaraq cavabdeh daimi yaşadığı yeni yer üzrə qeydiyyata düşməmiş və halhazıradək iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmışdır. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması sonuncunun öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu şərti və qeyri-sabit xarakterli etmiş olur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh Neftçala şəhəri, A.Mütəllimov küçəsi, ev 7, mənzil 1 ünvanında yaşamaması, mülkiyyətçinin hüquqlarının həyata keçirilməsinə maneələr yaratması, onun yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsinə əsas verir. Odur ki, Cavabdeh Neftçala şəhəri, A.Mütəllimov küçəsi, ev 7, 1 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Neftçala şəhəri, A.Mütəllimov küçəsi, ev 7, 1 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdehə izah edilsin ki, qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Neftçala Rayon Məhkəməsinə ərizə vermək hüququna malikdir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-831/2023
Neftçala Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(053)-831/2023
13.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver