Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-900/2025 03.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3, cavabdeh həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi Cavabdeh2 iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı ümumi birgə mülkiyyətdə olan əmlaka payların müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və 28 avqust 2024-cü il tarixdə ********** nömrəli reyestr qeydinə əsasən ümumi birgə mülkiyyət hüququ əsasında mülkiyyətlərində olan fərdi yaşayış evinə dair iddiaçılara (mərhum X1 da daxil olmaqla) münasibətdə hər birinə 7/30 hissə, cavabdehlərə münasibətdə isə hər birinə 1/10 hissə olmaqla payların müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 21 iyun 2025-ci il tarixdə elektron ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. İddiaçı2 da 24 iyun 2025-ci il tarixdə ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi Cavabdeh2 məhkəmənin hazırlıq iclasında mülki işin baxılmamış saxlanılmasına etirazının olmadığını yazılı qaydada bildirmişdir. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində qeyd olunur ki, «Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 – 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur». Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər». Məhkəmə hesab edir ki, ərizələr (vəsatətlər) təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı1 və İddiaçı2 qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 263-264, 267-268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı ümumi birgə mülkiyyətdə olan əmlaka payların müəyyən edilməsi tələbinə dair iddiası geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-900/2025
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-900/2025
03.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver