Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-913/2024 30.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu iddiaçılar İddiaçı1 Növruzəli qızı, İddiaçı2 oğli, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı «qardaşları mərhum X1 qəbrinin açılması və düzgün ekspertiza olunması» tələbinə dair iddia ərizəsinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçılar İddiaçı1 Növruzəli qızı, İddiaçı2 oğli, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, mərhum qardaşları X1 ölümündə qardaşları Elburusdan şübhələndikləri üçün mərhum qardaşları Mahir İsmayılovun qəbrinin açılması və meyitinin düzgün ekspertiza olunmasını xahiş etmişlər. Ərizə qanunvericiliyin tələblərinə riayət olunmadan verilib. Belə ki, Azərbaycan Respublikası CPM-nin 177.3.7-ci maddəsinə əsasən «meyitin qəbirdən çıxarılması (ekshumasiya) istintaq hərəkəti olmaqla onun məcburi aparılması üçün məhkəmə qərarının alınması tələb olunur». Həmin Məcəllənin 207.4-cü maddəsinə əsasən «Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, bu maddə ilə nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlərini apara və ekspertiza təyin edə bilər. Hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasının məzmunundan göründüyü kimi cinayət işi başlanmazdan əvvəl Cinayət Prosessual Məcəlləsinin 207.4-cü maddəsində sadalanan istintaq hərəkətlərindən başqa istintaq hərəkətlərinin (həmçinin meyitin qəbirdən çıxarılması (ekshumasiya) növündə istintaq hərəktinin) aparılması yolverilməzdir. Beləliklə, meyitin qəbirdən çıxarılması (ekshumasiya) növündə istintaq hərəkti olmaqla həmin məsələnin mülki icraat qaydada həlli məhkəməyə aid deyil. Belə olan halda iddiaçılar müvafiq məsələnin həlli ilə bağlı ilk növbədə məhkəməyə deyil, Neftçala rayon prokurorluğuna müraciət etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən «ərizəyə məhkəmə qaydasında baxılmalı deylidirsə» hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Meyitin qəbirdən çıxarılması tələbinə məhkəmə qaydasında baxılmasının mümkün olmadığını nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.3, 153.4, 153.5, 153.6, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçılar İddiaçı1 Növruzəli qızı, İddiaçı2 oğli, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı «qardaşları mərhum X1 qəbrinin açılması və düzgün ekspertiza olunması» tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. Hazırkı qərardad iddia ərizəsinə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçılar İddiaçı1 Növruzəli qızı, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-913/2024
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-913/2024
30.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver