Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-916/2023 29.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu İddiaçı Cavabdeh qarşı «yaşayış evindən qeydiyyatdan çıxarılmaqla yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiasına baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaqla yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.9-ci maddəsinə əsasən «iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır». Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 263-264, 267-268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı «yaşayış evindən qeydiyyatdan çıxarılmaqla yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası geri qaytarılsın. İzah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-916/2023
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-916/2023
29.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver