Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-990/2024 24.12.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə iddiaçılar Hüseynova (Səlimova) Fəxriyyə Əli qızı və İddiaçı2 Cavabdeh qarşı «ümumi birgə mülkiyyətdə payların müəyyən olunması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar Hüseynova (Səlimova) Fəxriyyə Əli qızı və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Neftçala Rayon Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli, 18 nömrəli qərarı ilə onlara Neftçala rayonu, Qaraqaşlı kəndində kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 3.30 hektar torpaq sahəsinin mülkiyyətçilər arasında bölünməsi və payların müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Hüseynova (Səlimova) Fəxriyyə Əli qızının nümayəndəsi, vəkil X1 iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin xahiş edirəm hissəsində Neftçala Rayon Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli, 18 nömrəli qərarı ilə onlara Neftçala rayonu, Qaraqaşlı kəndində kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 3.30 hektar torpaq sahəsində payların müəyyən olunması kimi oxunmasını və bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər və iddiaçı Hüseynova (Səlimova) Fəxriyyə Əli qızının nümayəndəsi 24 dekabr 2024-cü il tarixinə təyin olunmuş məhkəmə iclaslarına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar Hüseynova (Səlimova) Fəxriyyə Əli qızı və İddiaçı2 Cavabdeh qarşı «ümumi birgə mülkiyyətdə payların müəyyən olunması» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-990/2024
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-990/2024
24.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver