Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-13/2024 22.05.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X19 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Mayıl oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı paylı mülkiyyətdə olan sahibkarlıq təyinatlı torpaq sahəsinin naturada bölünməklə payların ayrılması tələbinə dair işə 22 may 2024-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən, xx.xx.2021-ci il tarixli (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********00) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və xx.xx.2021-ci il tarixli (reyestr nömrəsi **********00) Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,1778 hektar sahibkarlıq təyinatlı torpaq sahəsinin onun payına düşən 31/50 hissəsinin naturada bölünərək ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə baxılmasını mümükn hesab etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçının anası X8 ilə X9 birgə nikahda olduqları müddətdə ünvan 1 ünvanda Zabur İbrahimxəlilovun adına 0,2 hektar sahibkarlıq təyinatlı torpaq əldə etmişlər. X9 20 avqust 2011-ci il tarixdə vəfat etmişdir. X5 vəfat etdikdən sonra hazırki iş üzrə cavabdehlərdən ibarət vərəsələri qalmışdır. Birinci növbə vərəsələrdən X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun da Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 adlı vərəsələri qalmışdır. Digər vərəsə olan X2 xx.xx.2012-ci il tarxdə anadan olmuş və yetkinlik yaşına çatmamış şəxsdir. Hazırda iddiaçının məhkəmədən tələbi ünvan 1 ünvanda yerləşən, xx.xx.2021-ci il tarixli (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********00) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və xx.xx.2021-ci il tarixli (reyestr nömrəsi **********00) Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,1778 hektar sahibkarlıq təyinatlı torpaq sahəsinin onun payına düşən 31/50 hissəsinin X5 19/50 hissə payından naturada bölünərək ayrılmasını tələb edir. Mübahisə predmeti olan torpaq sahəsindən onun payı naturada ayrılmadığı müddətdə iddiaçı 0,1778 hektar torpaq sahəsinin özünə aid hissəsindən istifadə edə bilmir. Qeyd edilən əsaslara görə iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qismən qəbul etdiyini bildirmiş və məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi cavabdehlər sözügedən torpaq sahəsinə payların naturada bölünərək ayrılmasına etiraz etmirlər. Ancaq bölgünün aparılmasının hazırki iş materiallarına əlavə edilmiş bölgü planına istinad edilməklə bölünməsinə etiraz edirlər. Məhkəmə iclasının gedişində tərəflər ekspertiza təyin edilməsinə etiraz etmədiklərini bildirmişlər. İş materialları ilə və məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, mübahisə predmetinə aid olan, ünvan 1 ünvanda yerləşən 0,1778 hektar sahibkarlıq təyinatlı torpaq sahəsi xx.xx.2021-ci il tarixli (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********00) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən iddiaçının və X5 birgə mülkiyyətindədir. 0,1778 hektar sahibkarlıq təyinatlı torpaq sahəsinə iddiaçıya və mərhum Zabur İbrahimxəlilova nisbətdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi ilə müvafiq olaraq 31/50 və 19/50 hissədə paylar müəyyən edilmişdir. İddiaçı öz payına düşən torpaq sahələrinin naturada ayrılaraq ona təhvil verilməsini xahiş edir. İddiaçının payına düşən torpaq sahəsinin 31/50 hissəsinin naturada ayrılmasının mümkün olub-olmaması, mümkündürsə, hansı qaydada ayrılmalı olması, cavabdehlərin mülkiyyətində olan, həmin torpaq sahəsinə bitişik digər torpaq sahəsi istiqamətində payının ayrılmasının mümkün olub-olmaması iş materialları ilə müəyyən edilməmişdir. Həmin suallara cavab verilməsi üçün xüsusi bilik tələb olunur və bunun üçün ekspertiza təyin edilməsi qanunamüvafiqdir. Məhkəmə tərəfləri dinləyib sənədləri araşdıraraq işin hallarını nəzərə almaqla və mübahisəli məsələnin həlli baxımından yaranmış sualların ekspert tərəfindən cavablandırılmasının baxılan iş üçün əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini məqsədə müvafiq bilmiş və xx.xx.2023-cü il tarixli, 2(054)-540/2024 saylı qərardada əsasən mülki işi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə, iş üzrə mübahisəli torpaq sahəsinə dair mülkiyyət və hüquqverici sənədlərin surətini Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə göndərmişdir. Sözügedən iş (yeni nömrə 2(054)-13/2024) xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8415 saylı ekspert rəyi əlavə edilməklə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında İddiaçı ekspert rəyi ilə razı olduğunu, mübahisəli torpaq sahəsinin əvvəlcə 20 sot olduğunu, mərhumun iki oğlu tərəfindən özlərinə düşən payı ekspert rəyi ilə müəyyən edilmiş qaydada cavabdehlərə verilməsi nəzərdə tutulmuş torpaq sahəsinə bitişik hissədən satıldığını, onun anasına aşağı hissədən yer göstərməklə iş materiallarında olan bölgü planını hazırlatdıqlarını bildirmiş və iddianın ekspert rəyinə əlavə edilmiş bölgü variantına istinad etməklə təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddiaçının izahatını təsdiq etmiş, X13 və Adil adlı övladları tərəfindən 20 sot torpaq sahəsinin özlərinə məxsus hissəsini satdıqlarını bildirmiş, 0,1778 ha torpaq sahəsinin naturada bölgüsünün ekspert rəyinə uyğun olaraq müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 nümayəndəsi və vəkili Nümayəndə2 əvvəlki məhkəmə iclasında verdiyi izahatı təsdiq etmiş, bölgü planına istinad edilmədən cavabdehlərin iradəsinə uyğun plan əsasında torpağın naturada bölgüsünə etirazın olmadığını bildirmiş, iddianın qismən təmin edilməsini, yəni ekspertin müəyyən etdiyi bölgüyə uyğun olaraq torpaq sahəsinin iddiaçıya verilməsi nəzərdə tutulmuş hissəsi ilə cavabdehlərə verilməsi nəzərdə tutulmuş hissəsinin yerinin paylarına müvafiq ölçüdə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında 9 saylı Qəbələ Ərazi idarəsinin mühəndisi İlkin Əzizov bildirmişdir ki, hazırki bölgü real bölgüdür və bütün normativlərə uyğundur. Bundan əlavə Oğuz şəhərinin baş planına uyğun olaraq çəkilmiş hasarla torpaq sahəsinin ön hissəsindən iddiaçı və cavabdehlər üçün artıq hissə yaranmışdır və həmin hissə də faktiki olaraq onların istifadəsinə verilir. Məhkəmə iclasında İdarənin şöbə müdiri X20 Əzizovun izahatını təsdiq edərək əlavəsinin olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilsə də iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 istisna olmaqla digər tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişlər. Məhkəmə işə baxılmasını mümükn hesab etmişdir. Nümayəndə1 məhkəmə iclasında əvvəlki izahatını təsdiq etdi, qarşı tərəfin mülahizələrinin əsaslı olmadığını bildirdi və torpaq sahəsinin naturada bölgüsünün ekspert rəyində göstərildiyi qaydada aparılmaqla iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası ƏMDX DƏDKR publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli çıxarışın və torpaq sahəsinin xx.xx.2021-ci il tarixli, A 636498 saylı planı və ölçüsü sənədindən görünür ki, Oğuz şəhəri, H.Əliyev küçəsi, 8 ünvanında yerləşən 0,1778 ha sahibkarlıq təyinatlı torpaq sahəsi hüquq sahibləri-payı 19/50 hissədə olmaqla X5, payı 31/50 hissədə olmaqla İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş ölüm haqqında xx.xx.2023-cü il tarixli, 53/12 saylı arayışından görünür ki, X9 xx.xx.2011-ci ildə ölmüş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 46 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş ölüm haqqında xx.xx.2023-cü il tarixli, 54/12 saylı arayışından görünür ki, X6 xx.xx.2021-ci ildə ölmüş, bu barədə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 1847 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-11- 224/2023 saylı arayışından görünür ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X5 övladları Cavabdeh1 (xx.xx.1959), Cavabdeh2 (xx.xx.1963), X10 (xx.xx.1965), Cavabdeh3 (xx.xx.1966), Cavabdeh4 (xx.xx.1964), X6 (xx.xx.2021-ci ildə vəfat edib), Cavabdeh5 (xx.xx.1972), X3 (xx.xx.1983) ibarətdir. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 248 saylı arayışından görünür ki, xx.xx.1975-ci ildə Oğuz rayonu Kərimli kəndində anadan olmuş Cavabdeh6 barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aparılmış yoxlama ilə əri X4 05.12. 2021-ci il tarixdə vəfat etdiyi, xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh7, xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh8 və xx.xx.2012-ci il təvəllüdlü X1 ibarət övladlarının olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8415 saylı ekspert rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən, mübahisə predmeti olan torpaq sahəsinin tərəflər (mülkiyyətçilər) arasında naturada paylar üzrə (19/50 və 31/50) bölgüsü yola nisbətdə şaquli istiqamətdə və həmin torpaq sahəsinin hüdudları daxilində yerləşən tikililər nəzərə alınmadan texniki cəhətdən mümkündür. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir... Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Yenə həmin Məcəllənin 220.1-ci və 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. “İnsan Hüquqlarının və X12 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Məhkəmə icraatı zamanı müəyyən edildi ki, iddiaçının və mərhum X5 (cavabdehlərə münasibətdə miras qoyan) Oğuz şəhəri, H.Əliyev küçəsi, 8 ünvanında yerləşən sahibkarlıq təyinatlı torpaq sahəsində iddiaçının payı 31/50, mərhumun payı 19/50 hissədə olmaqla müəyyən edilmişdir. Hazırki iddia tələbi ilə iddiaçı özünə məxsus hissədə payının mərhum Zabur İbrahimxəlilovun payına münasibətdə naturada bölgüsü barədə tələbin təmin edilməsi xahiş olunmuşdur. Ekspert rəyi ilə ünvan 2 ünvanda yerləşən, mübahisə predmeti olan torpaq sahəsinin tərəflər (mülkiyyətçilər) arasında naturada paylar üzrə (19/50 və 31/50) bölgüsünun yola nisbətdə şaquli istiqamətdə və həmin torpaq sahəsinin hüdudları daxilində yerləşən tikililər nəzərə alınmadan texniki cəhətdən mümkün olduğu müəyyən edilmiş, bölgü variantının rəyə əlavə edilmiş sxemdə qeyd olunduğu bildirilmişdir. Məhkəmə iclasında nümayəndə və vəkil Nümayəndə2 naturada bölgüyə etiraz etməsə də, ekspertin müəyyən etdiyi bölgüyə uyğun olaraq torpaq sahəsinin iddiaçıya verilməsi nəzərdə tutulmuş hissəsi ilə cavabdehlərə verilməsi nəzərdə tutulmuş hissəsinin yerinin paylarına müvafiq ölçüdə əvəz edilməsini xahiş etsə də, bunun cavabdehlərin hüquq və mənafelərinə uyğun olmadığına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə ekspert rəyini sübut kimi qəbul edərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının 0,1778 ha torpaq sahəsində müəyyən edilmiş 31/50 hissədə payı ekspert rəyinə əlavə edilmiş bölgü variantına uyğun olaraq naturada bölünməklə iddiaçıya verilməli və qeydə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8415 saylı ekspertiza rəyi məhkəməyə daxil olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilsə də iddiaçı ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən 100 manat dövlət rüsumu iddiaçıya aid edilməli, 50 manat ekspertiza xərci isə işin hallarına uyğun olaraq cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən, xx.xx.2021-ci il tarixli (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********00) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və xx.xx.2021-ci il tarixli A 636498 saylı (reyestr nömrəsi **********00) Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı və mərhum X5 mülkiyyətində olan 0,1778 hektar sahibkarlıq təyinatlı torpaq sahəsindən iddiaçının payına düşən 31/50 (0,1103 ha) hissəsi xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8415 saylı ekspertiza rəyinə uyğun olaraq rəyə əlavə edilmiş bölgü variantında göstərilmiş qaydada naturada bölünərək iddiaçıya verilsin və qeydə alınsın. İş üzrə aparılmış tədqiqatın dəyəri olan 50 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutulub dövlət büdcəsinə (SAP (XİİS) hesabı X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, AZ34CTRE******************** ödənilsin. 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-13/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-13/2024
22.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver