Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-195/2024 05.06.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X6 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı1, Cavabdeh1 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Rüfət qızının, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin və evin iştirakçılar üçün hərracda satılması tələbinə dair işə 05 iyun 2024-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Rüfət qızı, İddiaçı4 və İddiaçı5 (iddiaçılar) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (cavabdehlər) qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022ci il tarixli, ********** qeydiyyat nömrəli, **********97-10301 reyestr nömrəli çıxarışa əsasən iddiaçılar İddiaçı2, İddiaçı3 Rüfət qızının, İddiaçı4, İddiaçı5 və mərhum X3 mülkiyyətində olan 0,169878 ha torpaq sahəsinin, həmin çıxarışa və xx.xx.2022-ci il tarixli, 405-4018/414 inventar nömrəli texniki pasporta əsasən İddiaçı1 və mərhum X3 mülkiyyətində olan sahəsi 49,1 kv.m fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə pul məbləğinin ümumi mülkiyyətin mülkiyyətçiləri kimi iddiaçılarla cavabdehlər arasında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılması tələbi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişlər. İddiaçılar xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizə ilə iddia tələblərini dəqiqləşdirməklə sözügedən əmlakın (fərdi yaşayış evi və torpaq sahəsi) iştirakçılar üçün hərracda satılması və paylara mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. xx.xx.2024-cü il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçılar İddiaçı2, İddiaçı3 Rüfət qızı, İddiaçı4 və İddiaçı5, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı1 məhkəmə iclaslarında izahat verərək bildirmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********97-10301 reyestr nömrəli çıxarışa əsasən Oğuz rayon Kərimli kəndində yerləşən 0,169878 ha həyətyanı torpaq sahəsi hər birinin payı 1/5 hissədə olmaqla ailə üzvləri olan digər iddiaçıların və mərhum anası, xx.xx.2013-cüil tarixdə vəfat etmiş X3 mülkiyyətindədir. Habelə həmin çıxarışa və xx.xx.2022-ci il tarixli, 405-4018/414 inventar nömrəli texniki pasporta əsasən sözügedən torpaq sahəsində yerləşən, ümumi sahəsi 49,1 kv.m olan fərdi yaşayış evi 7/12 hissədə onun, 5/12 hissədə mərhum anası X3 mülkiyyətindədir. Cavabdehlər onun və iddiaçı İqrarın bacı-qardaşlarıdır. Digər iddiaçılar torpaq sahəsinin 4/5 hissəsinin anasının payına düşən 1/5 hissəsindən, evin isə ona düşən 7/12 hissəsinin anasının payına düşən 5/12 hissəsindən naturada ayrılmasını tələb etmişlər. O və qardaşı İqrar, eləcə də cavabdehlər anasının vərəsələri hesab olunsalar da iddiaçı olaraq onlar anasının mirasından pay istəməmişlər, yalnız çıxarışla özlərinə düşən payın bölünməsini tələb etmişlər. Buna görə də qeyd edilən payların naturada bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. Oğuz Rayon Məhkəməsinin 2(054)-17/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Tələbin təmin olunmamasına səbəb mülki işə məhkəmədə baxılarkən təyin edilmiş ekspertiza araşdıması ilə sözügedən əmlakın tam şəkildə naturada real bölgüsünün mümkün olmamasının müəyyən edilməsi olmuşdur. Əslində cavabdehlərə evi və torpaq sahəsini satıb hər kəsə düşən payın pul şəklində verilməsini təklif etmişlər. Cavabdehlər buna da razı olmamışlar. Bölünməsini tələb etdikləri ev və torpaq sahəsi iddiaçılar İddiaçı1 və İddiaçı5, Cavabdeh1 faktiki istifadəsindədir. Cavabdeh1 aralarında torpaq paylarından müəyyən hissəsinin güzəştə gedilməsi yolu ilə naturada bölgü də təklif etmişlər,lakin cavabdeh əmlakın yarısını tələb edir. Halbuki fərdi ev 5/12 hissədə, torpaq sahəsi isə 1/5 hissədə mərhum anasının mülkiyyətindədir, yəni Cavabdeh1 qanunla onlara məxsus olan mülkiyyətdən əl çəkmələrini tələb edir. Əmlakdan Rəhmana düşən hissənin pulunu verə bilər. Mübahisə vəziyyətində isə qeyd edilən mülkdə birlikdə yaşamaq mümkün deyil. İddianın təmin edilməsini, əmlakın öz aralarında hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən digər İddiaçı2 qardaşının izahatını təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçıların vəkili Vəkil məhkəmə iclaslarında iddiaçıların izahatını təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, İddiaçı1 tərəfindən ev və torpaq sahəsinin qiymətləndirici rəyi alınmışdır. Əmlakın ümumi real bazar dəyəri 18685 manat təşkil edir. İddiaçılara 20000 manat verildiyi təqdirdə onlar evdən çıxa bilərlər. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclaslarında iddia tələbinə etiraz edərək bildirmişdir ki, təqdim edilən çıxarış və texniki pasportu qəbul etmir, həmin sənədlər qanunsuzdur. Əmlakla bağlı bölgüyə yalnız həyət yarı bölündüyü təqdirdə razı ola bilər, yaxud evdən çıxmaq üçün ona 30000 manat pul versinlər. Əmlakla bağlı məhkəməyə verilən bütün tələbləri rədd edir. İddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçılar Araz və İqrar, cavabdehlər bacı-qardaşlarıdır. Razılıq əldə olunmasına çox çalışıb. Özü mirasdan heç nə istəmir, istəyir ki, iddiaçılarla Rəhman razılığa gəlsin. Rəhmanın dediyi şəkildə həyətin yarıdan bölünməsi mümkün deyil. Mübahisəli tərəflər nəyə razılaşsalar etirazı yoxdur. Rəhmanı razı salmaq olmur. Qanuni qərar çıxarılmasını xahiş etmişdir. Həmin məhkəmə iclasında Cavabdeh4 qardaşı Cavabdeh2 izahatını təsdiq edərək qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işdə olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1967-ci il tarixdə Vartaşen rayonu Vardanlı kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Kərimli kəndidir. Azərbaycan Respublikası vətəndaşının işdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1973-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işdə olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 Rüfət qızı xx.xx.1975-ci il tarixdə Vartaşen rayonu Vardanlı kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu, Kərimli kəndidir. Azərbaycan Respublikası vətəndaşının işdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı5 xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh1 xx.xx.1965-ci ildə Vartaşen rayonu Kərimli kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Kərimli kəndidir. Azərbaycan Respublikası vətəndaşının işdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh2 xx.xx.1960-cı ildə Oğuz rayonu Vardanlı kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Kərimli kəndidir. Azərbaycan Respublikası vətəndaşının işdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh4 xx.xx.1962-ci ildə Vartaşen rayonu Kərimli kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Kərimli kəndidir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDKR PHŞ hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********97-10301 reyestr nömrəli çıxarışın və fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixli, **********97-10301 reyestr və 405-4018/414 inventar nömrəli texniki pasportunun surətindən görünür ki, Oğuz rayonu Kərimli kəndində 0,169878 ha yaşayış məntəqəsi torpağında yerləşən, ümumi sahəsi 49,1 kv.m olan fərdi yaşayış evi hüquq sahibləri X3 (5/12 hissədə) və İddiaçı1 (7/12 hissədə), 0,169878 ha torpaq sahəsi hər birinin payı 1/5 hissədə olmaqla İddiaçı2, İddiaçı3 Rüfət qızının, İddiaçı4, İddiaçı5 və X3 adına daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan ölüm haqqında AZ-İ 541328 saylı şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2013-cü il tarixdə ölmüş, bu barədə Oğuz rayon Kərimli kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 12 nömrə ilə qeyd edilmişdir. X1 işdə olan daşınmaz əmlakın qiymətləndirilməsi barədə qiymətləndiricinin xx.xx.2023-cü il tarixli, 023-015 saylı rəyindən görünür ki, Oğuz rayonu Kərimli kəndində yerləşən 49,1 kv.m tikinti altı sahədən və 0,17 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinin ümumi real bazar dəyəri 18685 (torpaq sahəsinin dəyəri 11050 manat, evin dəyəri 5635 manat, digər tikililər üzrə 2000 manat) manatdır. Oğuz Rayon Məhkəməsinin işdə olan xx.xx.2023-cü il tarixli, 2(054)-17/2023 saylı qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Rüfət qızının, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********97-10301 reyestr nömrəli çıxarışa əsasən iddiaçılar İddiaçı2, İddiaçı3 Rüfət qızının, İddiaçı4, İddiaçı5 və mərhum X3 mülkiyyətində olan 0,169878 ha torpaq sahəsinin həmin iddiaçılara düşən 4/5 hissəsinin mərhum X4 düşən 1/5 hissəsindən, həmin çıxarışa və xx.xx.2022-ci il tarixli, 405-4018/414 inventar nömrəli texniki pasporta əsasən İddiaçı1 və mərhum X3 mülkiyyətində olan sahəsi 49,1 kv.m fərdi yaşayış evinin həmin iddiaçıya düşən 7/12 hissəsinin mərhum X4 düşən 5/12 hissəsindən naturada ayrılması tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının həmin maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir... Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Yenə həmin Məcəllənin 220.1-ci və 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. “İnsan Hüquqlarının və X2 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Məhkəmə icraatı zamanı müəyyən edildi ki, Oğuz rayonu Kərimli kəndində 0,169878 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində İddiaçı1 payı 7/12 hissədə, onun mərhum anası X3 payı 5/12 hissədə, İddiaçı1 istisna olmaqla digər iddiaçıların və mərhum X3 evin yerləşdiyi torpaq sahəsində hər birinin payı 1/5 hissədə olmaqla müəyyən edilmişdir. Hazırki tərəflər arasında qeyd edilən əmlaka münasibətdə İddiaçı1 fərdi yaşayış evində olan 7/12 hissədə payının, habelə digər iddiaçıların torpaq sahəsində olan 4/5 hissədə payının naturada bölgüsü barədə iddia tələbinə Oğuz Rayon Məhkəməsində xx.xx.2023-cü il tarixdə baxılaraq işdə olan ekspert rəyi sübut kimi qəbul edilməklə 2(054)- 17/2023 saylı qətnamə ilə iddia tələbi təmin edilməmişdir. Buna görə də iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək fərdi yaşayış evi və həyətyanı torpaq sahəsindən ibarət daşınmaz əmlakın iştirakçılar arasında hərracda satılmaqla mübahisənin yekun həllinin təmin edilməsini xahiş edirlər. İddiaçılar həmin tələbi əsaslandırarkən istinad etdikləri mövqe bundan ibarətdir ki, bölünməsini tələb etdikləri ev və torpaq sahəsi iddiaçılar İddiaçı1 və İddiaçı5, Cavabdeh1 faktiki istifadəsindədir. Cavabdeh1 aralarında torpaq paylarından müəyyən hissəsinin güzəştə gedilməsi yolu ilə naturada bölgü də təklif etmişlər, lakin cavabdeh əmlakın yarısını tələb edir. Halbuki fərdi ev yalnız 5/12 hissədə, torpaq sahəsi isə 1/5 hissədə mərhum Salatın Orucovanın mülkiyyətindədir, Cavabdeh1 isə qanunla onlara məxsus olan mülkiyyətdən əl çəkmələrini tələb edir. Əmlakdan Rəhmana düşən hissənin pulunu verə bilərlər. Mübahisə vəziyyətində isə qeyd edilən mülkdə birlikdə yaşamaq mümkün deyil. Buna görə də iddiaçılar əmlakın iştirakçılar arasında hərracda satılması və satışdan əldə olunan vəsaitin mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Cavabdeh1 istisna olmaqla digər cavabdehlər iddia tələbini mübahisələndirmir və təmin edilməsinə etiraz etmirlər. Qüvvədə olan mülki qanunvericiliyə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar tələblərində haqlıdırlar, yəni hazırki iddia tələbi üzrə tərəflər arasında mübahisə mülki qanunvericiliyə uyğun olaraq sonuncu mərhələ hesab edilməklə mübahisəli daşınmaz əmlakın iştirakçılar arasında hərracda satılmaqla satışdan əldə olunan vəsaitin mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölünməsi ilə aradan qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilsə də iddiaçılar ödənilmiş 100 (yüz) manat dövlət rüsumunu tələb etmədiyindən həmin rüsum iddiaçılara aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********97-10301 reyestr nömrəli çıxarışa əsasən iddiaçılar İddiaçı2, İddiaçı3 Rüfət qızının, İddiaçı4, İddiaçı5 və mərhum X3 mülkiyyətində olan 0,169878 ha torpaq sahəsi, həmin çıxarışa və xx.xx.2022-ci il tarixli, 405-4018/414 inventar nömrəli texniki pasporta əsasən İddiaçı1 və mərhum X3 mülkiyyətində olan, sahəsi 49,1 kv.m fərdi yaşayış evi iştirakçılar üçün hərracda satılsın və satışdan əldə olunan vəsait mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölünsün. 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-195/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-195/2024
05.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver