Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-198/2022 07.07.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı5 etibarnamə üzrə nümayəndəsi İddiaçı1, İddiaçı X5, İddiaçıların vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı ilə İddiaçılar X8, İddiaçı3 Rüfət qızı, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı paylı mülkiyyətində olan torpaq sahəsində payların miqdarının müəyyən edilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçılar İddiaçı1, X8, İddiaçı3 Rüfət qızı, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, xx.xx.2022-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində və həmin tarixli Texniki pasportda göstərilən, ümumi sahəsi 49,1 kv.metr olan fərdi yaşayış evində və evin yerləşdiyi, ümumi birgə mülkiyyətdə olan 0,169878 hektar həyətyanı torpaq sahəsində paylı mülkiyyətçilərin hər birinin, həmçinin, iddiaçıların ümumi paylarının miqdarının müəyyən edilməsi, həmin əmlaklardan iddiaçılara və X1na düşən payların bölünərək naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə prosesinin gedişində İddiaçı1 məhkəməyə ərizə təqdim edərək iddia tələbinin ona aid hissəsinə baxılmasına və müvafiq qərar qəbul edilməsinə hazırda zərurət qalmadığını bildirmiş, iddia tələbinin ona aid hissəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddia tələbinin İddiaçı1 aid hissəsi baxılmamış saxlanılmışdır. Digər iddiaçılar X8, İddiaçı3 Rüfət qızı, İddiaçı4 və İddiaçı5 da məhkəmə prosesinin gedişində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi (tələbin həcminin azaldılması) barədə ərizə təqdim edərək ümumi birgə mülkiyyətdə olan 0,169878 hektar həyətyanı torpaq sahəsində iddiaçılar və X1nın hər birinin payının ayrı-ayrılıqda müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar öz iddia tələblərini onunla əsaslandırmışdır ki, Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən 0,169878 hektar həyətyanı torpaq sahəsi xx.xx.2022-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə və həmin tarixli Texniki pasporta əsasən iddiaçılar X8, İddiaçı3 Rüfət qızı, İddiaçı4, İddiaçı5 və X1nın ümumi birgə mülkiyyətindədir. Həmin mülkiyyətçilərdən X6 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra övladları İddiaçı1, X8, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birinci növbədə vərəsələri olaraq qalmışlar. İddiaçılar ümumi birgə mülkiyyətdə olan 0,169878 hektar həyətyanı torpaq sahəsində pay sahiblərinin hər birinin payının miqdarının müəyyən edilməsi üçün cavabdehlərə dəfələrlə müraciət etmiş, lakin onlarla razılıq əldə edə bilməmişlər. Bu səbəbdən onlar ümumi birgə mülkiyyətində olan torpaq sahəsi üzərində öz paylarına münasibətdə mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirə bilmirlər. Hazırki vəziyyətdə ümumi birgə mülkiyyətində olan torpaq sahəsində pay sahiblərinin hər birinin payının miqdarının ayrı-ayrılıqda müəyyən edilməsi zərurəti yaranmışdır. X1 da həmin torpaq sahəsinin mülkiyyətçilərindən biri olduğundan və cavabdehlər X1nın birinci növbədə vərəsələri olduqlarından onlar hazırki iddianı həmin şəxslərə qarşı verməli olmuşlar. Qeyd olunan əsaslara görə iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı5 etibarnamə üzrə nümayəndəsi İddiaçı1, iddiaçı, eyni zamanda, digər iddiaçılar İddiaçı3 Rüfət qızı və İddiaçı4 etibarnamə üzrə nümayəndəsi X8 hazırki iddia tələbini müdafiə etdiklərini bildirdilər və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. İddiaçılar İddiaçı3 Rüfət qızı, İddiaçı4 və İddiaçı5 məhkəmə iclaslarına gəlməmiş, onların etibarnamə üzrə nümayəndələri məhkəmə iclaslarının təmsil etdikləri şəxslərin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının iddiaçılar İddiaçı3 Rüfət qızı, İddiaçı4 və İddiaçı5 iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında verdikləri izahatlarında ayrı-ayrılıqda bildirdilər ki, mərhum anaları X2 miras qalan evdə faktiki olaraq onların iki qardaşı - İddiaçı1 və Cavabdeh1 öz ailələri ilə birlikdə yaşayırlar və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən istifadə edirlər. Onlar özləri də həmin evin və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin bu iki qardaş arasında yarı bölünməsini istəyirlər. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli **********89-10301 nömrəli Texniki Pasportun surətləri, xx.xx.2019-cu il tarixdə verilmiş 267/12 nömrəli ölüm haqqında akt qeydinə dair arayış, torpaq sahəsinin yerləşmə sxemi və mütəxəssisin məlumatı ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən 0,169878 hektar həyətyanı torpaq sahəsi hazırki iş üzrə iddiaçıların və X1nın mumi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair iddiaçıların və X1nın (cəmi 5 nəfər) adına hüquqmüəyyənedici sənədlər tərtib edilmişdir. Qeyd olunan 0,169878 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış isə 5/12 hissə X1nın, 7/12 hissə isə onun oğlu İddiaçı1 xüsusi mülkiyyətində olmaqla, mülkiyyət hüququ əsasında həmin şəxslərin adına qeydiyyata alınmışdır. X6 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Hazırda iddiaçılar Oğuz rayonu Kərimli kəndində yerləşən, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində və həmin tarixli Texniki Pasportda göstərilən, ümumi birgə mülkiyyətdə olan 0,169878 hektar həyətyanı torpaq sahəsində iddiaçılar və X1nın hər birinin payının ayrı-ayrılıqda müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər. İddiaçılar öz iddia tələblərinin əsası kimi ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinə dair onların və X1nın adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərə istinad edirlər. Cavabdehlər mərhum anaları X3 da paylı mülkiyyətçilərindən biri olduğu 0,169878 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən evin faktiki olaraq həmin evdə yaşayan qardaşları İddiaçı1 və Cavabdeh1 arasında yarı bölünməsini istədiklərini bildirirlər. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mütəxəssisin rəyini nəzərə alaraq mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Qeyd olunan hüquq normalarının məzmunundan və işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, hazırki iddianın predmetinə aid olan 0,169878 hektar torpaq sahəsi 5 nəfərin - hazırki iş üzrə iddiaçıların və X1nın ümumi birgə mülkiyyətində olan torpaq sahəsidir. Torpaq sahəsinin mülkiyyətçiləri (mülkiyyətçilərdən birinin vərəsələri) ümumi mülkiyyətdə olan əmlakda paylarının miqdarının müəyyən edilməsi ilə bağlı razılığa gələ bilmədiklərinə görə iddiaçılar öz paylarının məhkəmə qaydasında müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, mübahisə predmetinə aid, ümumi mülkiyyətdə olan əmlakda iddiaçıların payı məhkəmə qaydasında müəyyən edilməlidir. Mübahisə predmetinə aid, ümumi mülkiyyətində olan 0,169878 hektar torpaq sahəsində mülkiyyətçilərin, yəni iddiaçıların və X1nın ümumi əmlakdakı paylarının bölünməsinin başqa qaydası razılaşdırılmadığından və paylı mülkiyyət 5 nəfərə məxsus olduğundan həmin torpaq sahəsində iddiaçıların və X1nın hər birinin 1/5 hissədə olmaqla, 0,0339756 hektardan ibarət payı müəyyən edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, xx.xx.2022-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində və həmin tarixli Texniki pasportda göstərilən, ümumi birgə mülkiyyətdə olan 0,169878 hektar həyətyanı torpaq sahəsində iddiaçılar X8, İddiaçı3 Rüfət qızı, İddiaçı4 və İddiaçı5 və X1nın hər birinin 1/5 hissə - 0,0339756 hektardan ibarət payı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-198/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-198/2022
07.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver