Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-21/2024 18.01.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X4 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə iddiaçılar İddiaçı1 Binyami qızının, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Oğuz rayonu Xaçmaz kəndində yerləşən 0,41 ha həyətyanı və 1,5654 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada bölünməsi və iddiaçılara düşən hissənin verilməsi tələbinə dair işə 18 yanvar 2024-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 Binyami qızı, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********34-10301 reyestr nömrəli çıxarışa və fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixli, 405-9018/858 inventar nömrəli texniki pasportuna əsasən Oğuz rayon Xaçmaz kəndi ərazisində yerləşən 0,41 hektar həyətyanı torpaq sahəsində iddiaçılar İddiaçı1, Babayeva (Məhiyeva) Vüsalə Ənvər qızı, İddiaçı3 və İddiaçı4 cəmi 5/7 hissə payının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəmi 2/7 hissə payından, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********84 reyestr nömrəli çıxarışa və xx.xx.2022-ci il tarixli, A 839134 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Oğuz rayon Xaçmaz kəndi ərazisində yerləşən 1,116 hektar, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********85 reyestr nömrəli çıxarışa və xx.xx.2022-ci il tarixli, A 839135 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Oğuz şəhəri Xaçmaz kəndi ərazisində yerləşən 0,2928 hektar və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********83 reyestr nömrəli çıxarışa və xx.xx.2022-ci il tarixli, A 839136 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Oğuz rayoni Xaçmaz kəndi ərazisində yerləşən 1,5654 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrində iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 cəmi 4/6 (2/3) hissə payının naturada bölünərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəmi 2/6 (1/3) hissə payından ayrılması barədə qətnamə çıxarılması tələbi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçılar və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişlər. Cavabdeh1 ünvanına uyğun olaraq göndərilmiş məhkəmə bildirişlərinə cavab olaraq Oğuz rayon İHB Xaçmaz kənd İƏD üzrə nümayəndəliyi xx.xx.2024-cü il tarixli, 5-68-12/2-16/2024 saylı məktubla cavabdehin qeydiyyatda olmasına baxmayaraq kənddə yaşamadığını bildirmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş iddia həcminin azaldılması barədə ərizəsi ilə işə iştirakları olmadan baxılaraq 0,41 ha həyətyanı və 1,5654 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrində iddiaçıların payının naturada bölünüb ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********34-10301 reyestr nömrəli çıxarışa və fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixli, 405-9018/858 inventar nömrəli texniki pasportuna əsasən Oğuz rayon Xaçmaz kəndi ərazisində yerləşən 0,41 hektar həyətyanı torpaq sahəsində İddiaçı1 Binyami qızının payı 2/7 hissədə, digər iddiaçıların payı 1/7 hissədə, həmçinin cavabdehlərin hər birinin payı 1/7 hissədə müəyyən edilmişdir. Həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı1 Binyami qızının adına qeydiyyata alınmışdır. Bundan başqa xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********84 reyestr nömrəli çıxarışa və xx.xx.2022-ci il tarixli, A 839134 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Oğuz rayon Xaçmaz kəndi ərazisində yerləşən 1,116 hektar, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********85 reyestr nömrəli çıxarışa və xx.xx.2022-ci il tarixli, A 839135 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Oğuz şəhəri Xaçmaz kəndi ərazisində yerləşən 0,2928 hektar və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********83 reyestr nömrəli çıxarışa və xx.xx.2022-ci il tarixli, A 839136 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Oğuz rayoni Xaçmaz kəndi ərazisində yerləşən 1,5654 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrində iddiaçılar İddiaçı1 payı 2/6 hissədə, İddiaçı3 və İddiaçı4 hər birinin payı 1/6 hissədə müəyyən edilmişdir. Həmin torpaq sahələrində cavabdehlərin hər birinin payı 1/6 hissədə müəyyən edilmişdir. Hazırda 0,41 ha həyətyanı torpaq sahəsində iddiaçıların cəmi 5/7 hissədə payının cavabdehlərin 2/7 hissə payından, kənd təsərrüfatı təyinatlı 1,116 ha, 0,2928 ha və 1,5654 ha torpaq sahələrində isə iddiaçılar İddiaçı1 payı 2/6 hissədə, İddiaçı3 və İddiaçı4 cəmi 4/6 (2/3) hissədə payının cavabdehlərin 2/6 (1/3) hissə payından naturada bölünərək ayrılması zərurəti yaranmışdır.Torpaq sahələri iddiaçıların istifadəsində olsa da, cavabdehlərlə əlaqə qurmaq mümkün olmadığından işin məhkəmə qaydasında həll olunması zərurəti yaranmışdır. İddiaçıların torpaqların hansı hissədən bölünməsi ilə bağlı mübahisələri yoxdur. İddiaçılar həyətyanı torpaq sahəsində yeni ev tikiblər, onların xahişi torpağın naturada bölgüsünün evin yerləşməsi nəzərə alınmaqla həyata keçirilməsidir. Atadan qalan pay Yeganənin yoldaşının adına keçib, yoldaşı rəhmətə gedəndən sonra isə pay Yeganənin adına keçirilib. Ona görə də torpaqlarda payı 2 hissədə müəyyən edilmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 izahat verərək bildirmişdir ki, 1996-cı ildən Rusiya Federasiyasında yaşamışdır. Sahə torpaqları ilə bağlı mübahisə yoxdur. Qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 Binyami qızı xx.xx.1964-cü ildə Azərbaycan Respublikası Vartaşen rayonu Xaçmaz kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Xaçmaz kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 xx.xx.1989-cu ildə Azərbaycan Respublikası Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, yaşayış yeri Mingəçevir şəhəri, Nizami pr, ev 2, m 2-dir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1991-ci ildə Azərbaycan Respublikası Vartaşen rayonu Xaçmaz kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Xaçmaz kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1999-cu ildə Azərbaycan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş nikah haqqında AZ-İİ 378031 saylı şəhadətnamənin surətindən görünür ki, X2 və X3 xx.xx.2019-cu ildə nikah bağlamış, bu barədə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 4300 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ər-arvada Babayev soyadı verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin işə əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********34- 10301 reyestr nömrəli çıxarışdan və fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixli, 405-9018/858 inventar nömrəli texniki pasportundan görünür ki, Oğuz rayonu Xaçmaz kəndində 0,41 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə hüquq sahibi İddiaçı1 Binyami qızının, torpaq sahəsi 2/7 hissədə İddiaçı1 Binyami qızının, hər birinin payı 1/7 hissədə olmaqla İddiaçı2, İddiaçı3 və İddiaçı4, habelə Cavabdeh1 və Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin işə əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********85 reyestr nömrəli çıxarışdan və xx.xx.2022-ci il tarixli, A 839135 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Oğuz şəhəri Xaçmaz kəndində yerləşən 0,2928 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hüquq sahibi İddiaçı1 Binyami qızının payı 2/6 hissədə, hüquq sahibləri İddiaçı3, İddiaçı4, Cavabdeh1 və Cavabdeh2 hər birinin payı 1/6 hissədə olmaqla onların adına daşınmaz əmlakın dövlət reyestrində 133 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin işə əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********83 reyestr nömrəli çıxarışdan və xx.xx.2022-ci il tarixli, A 839136 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Oğuz rayon Xaçmaz kəndində yerləşən 1,5654 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hüquq sahibi İddiaçı1 Binyami qızının payı 2/6 hissədə, hüquq sahibləri İddiaçı3, İddiaçı4, Cavabdeh1 və Cavabdeh2 hər birinin payı 1/6 hissədə olmaqla onların adına daşınmaz əmlakın dövlət reyestrində 133 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin işə əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********84 reyestr nömrəli çıxarışdan və xx.xx.2022-ci il tarixli, A 839134 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Oğuz rayon Xaçmaz kəndində yerləşən 1,116 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hüquq sahibi İddiaçı1 Binyami qızının payı 2/6 hissədə, hüquq sahibləri İddiaçı3, İddiaçı4, Cavabdeh1 və Cavabdeh2 hər birinin payı 1/6 hissədə olmaqla onların adına daşınmaz əmlakın dövlət reyestrində 133 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-21-3-42/2- 282/2024 saylı məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, işin araşdırılması məqsədiilə İdarənin mütəxəssisi tərəfindən xx.xx.2023-cü il tarixdə Oğuz rayonu Xaçmaz kəndində yerləşən əraziyə baxış keçirilmiş, GPS aləti vasitəsilə ölçü işləri aparılmışdır. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Oğuz rayonu Xaçmaz kəndində yerləşən, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********34-10301 nömrəli çıxarış sənədinə əsasən 0,41 ha həyətyanı torpaq sahəsində 5/7 hissə payların bölünməsi mümkündür.(2-8 saylı yerquruluşu planları) xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********83 reyestr nömrəli çıxarışa və xx.xx.2022-ci il tarixli plan və ölçü sənədinə əsasən Oğuz rayon Xaçmaz kəndində yerləşən 1,5654 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində bölgü aparılması mümkündür. (9-14 saylı yerquruluşu planları) Mütəxəssis rəyi ilə xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********84 reyestr nömrəli çıxarışa və xx.xx.2022-ci il tarixli plan və ölçü sənədinə əsasən 1,116 hektar, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********85 reyestr nömrəli çıxarışa və xx.xx.2022-ci il tarixli plan və ölçü sənədinə əsasən 0,2928 hektar faktiki naturadakı torpaq sahəsi ilə reyestr sənədi arasında uyğunsuzluq olduğuna görə torpaq sahələrində bölgünün aparılmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Azərbaycan Respublikası MM-nin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Yenə həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. “İnsan Hüquqlarının və X1 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Məhkəmə icraatı zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********34-10301 reyestr nömrəli çıxarış və fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixli, 405-9018/858 inventar nömrəli texniki pasportuna əsasən Oğuz rayonu Xaçmaz kəndində 0,41 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə hüquq sahibi İddiaçı1 Binyami qızının, torpaq sahəsi 2/7 hissədə İddiaçı1 Binyami qızının, hər birinin payı 1/7 hissədə olmaqla İddiaçı2, İddiaçı3 və İddiaçı4, habelə Cavabdeh1 və Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. Təqdim edilmiş mütəxəssis rəyi və ona əlavə edilmiş yerquruluşu planları ilə həmin torpaq sahəsinin, yəni Oğuz rayonu Xaçmaz kəndində yerləşən, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********34-10301 nömrəli çıxarış sənədinə əsasən 0,41 ha həyətyanı torpaq sahəsində 5/7 hissə payların bölünməsinin mümkünlüyü bildirilmişdir. (2-8 saylı yerquruluşu planları) Məhkəmə icraatı zamanı həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********83 reyestr nömrəli çıxarış və xx.xx.2022-ci il tarixli, A 839136 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Oğuz rayon Xaçmaz kəndində yerləşən 1,5654 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hüquq sahibi İddiaçı1 Binyami qızının payı 2/6 hissədə, hüquq sahibləri İddiaçı3, İddiaçı4, Cavabdeh1 və Cavabdeh2 hər birinin payı 1/6 hissədə olmaqla onların adına daşınmaz əmlakın dövlət reyestrində 133 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmışdır. Təqdim edilmiş mütəxəssis rəyi və ona əlavə edilmiş yerquruluşu planları ilə həmin torpaq sahəsinin, yəni xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********83 reyestr nömrəli çıxarışa və xx.xx.2022-ci il tarixli plan və ölçü sənədinə əsasən Oğuz rayon Xaçmaz kəndində yerləşən 1,5654 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində bölgünün aparılmasının mümkün olduğu bildirilmişdir.(9-14 saylı yerquruluşu planları) Məhkəmə mütəxəssis rəyini sübut kimi qəbul edərək mülki qanunvericilik normaları, habelə mülki prosessual qanunvericiliyin verilən tələblər üzrə qətnamə çıxarılması müddəası nəzərə alınmaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilsə də, iddiaçılar ödənilmiş 100 manat dövlət rüsumunu tələb etmədiyindən həmin məbləğ iddiaçılara aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********34-10301 reyestr nömrəli çıxarış və fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixli, 405-9018/858 inventar nömrəli texniki pasportuna əsasən Oğuz rayonu Xaçmaz kəndində yerləşən 0,41 ha həyətyanı torpaq sahəsi mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planlarında (2-8 saylı) göstərilmiş şəkildə naturada ayrılmaqla iddiaçılar İddiaçı1 Binyami qızı, İddiaçı2, İddiaçı3 və İddiaçı4 verilsin və dövlət qeydiyyatına alınsın. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********83 reyestr nömrəli çıxarış və xx.xx.2022-ci il tarixli, A 839136 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Oğuz rayon Xaçmaz kəndində yerləşən 1,5654 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planlarında (9-14 saylı) göstərilmiş şəkildə naturada ayrılmaqla iddiaçılar İddiaçı1 Binyami qızı, İddiaçı3 və İddiaçı4 verilsin və dövlət qeydiyyatına alınsın. 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-21/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-21/2024
18.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver