Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-215/2025 05.06.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “birgə nikah dövründə əldə edilmiş torpaq sahəsi üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş torpaq sahəsi üzərində payların müəyyən edilməsi və naturada ayrılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş və Cavabdeh adına rəsmiləşdirilmiş Oğuz şəhəri, ünvan 2 ünvanında yerləşən 0.05 hektar həyətyanı torpaq sahəsinə 2013-cü il tarixli ********** reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən payların müəyyən olunması və naturada ayrılması qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh ilə aralarında olan nikah pozulmuşdur. Ailəli olduqları müddətdə əldə olunmuş, Azərbaycan Respublikası DƏDKR PHŞ-in 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli ********** reyestr nömrəli çıxarış və Torpaq sahəsinin planı və ölçüsü sənədinin əsli keçmiş həyat yoldaşı Cavabdehdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh Oğuz şəhəri, ünvan 2 ünvanında yerləşən əmlakla bağlı hüquq sahiblərinin hər birinin paylarına və qüvvədə olan qanunvericiliyə müvafiq olaraq naturada bölünərək ayrılması ilə əlaqədar razılığa gəlmək üçün müraciət etmişdir. Lakin cavabdeh razılıq verməmişdir. Bütün göstərilənlərə görə o da yuxarıda qeyd edilən əmlakda öz payına münasibətdə mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Hazırda 0.05 hektar həyətyanı torpaq sahəsinə 2013-cü il tarixli ********** reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən ona düşən payın və cavabdehə düşən payın müəyyən olunması zərurəti yaranmışdır. Həmin paylar müəyyən olunduqdan sonra aralarında müvafiq razılaşma ola bilər. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə prosesinin gedişində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək Oğuz şəhəri, ünvan 2 ünvanında yerləşən 0.05 hektar həyətyanı torpaq sahəsinə 2013-cü il tarixli ********** reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən payların müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə prosesinin iddiaçının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatında bildirdi ki, o, iddia tələbini qəbul edir. O, iddiaçı ilə 27 il nikah münasibətlərində olmuş, 2022-ci ildə isə nikahları pozulmuşdur. Oğuz şəhəri, ünvan 2 ünvanında yerləşən həyətyanı torpaq sahəsi onların birgə nikahda olduqları müddətdə alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir. Həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi yerləşsə də, həmin evin sənədi mövcud deyildir. O, evi də oğluna bağışlamaq niyyətindədir. O, hazırda iddia tələbinin təmin edilməsinə etiraz etmir və torpaq sahəsi üzərində payların müəyyən edilməsinə razıdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Oğuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.1996-cı il tarixdə Oğuz RİH başçısının Padar İƏD üzrə Nümayəndəliyində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 11 saylı qeydiyyat aparılmışdır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 18 akt qeydi ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, müqavilənin əsas predmeti Oğuz şəhərində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsidir. X1 6300 manat müqabilində həmin torpaq sahəsini alıcı Cavabdeh satmışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Oğuz şəhəri, ünvan 1əsi Cavabdeh tam mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiyada iştirak etmiş və cəmi 60 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmədə tərəflərin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər arasında xx.xx.1996-cı il tarixdə Bakı nikah evində nikah bağlanmış və 11 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. xx.xx.2012-ci il tarixli AN-İ ******* nömrəli Müqaviləyə əsasən Oğuz şəhəri, ünvan 1əsi 6500 manat dəyəri Cavabdeh tərəfindən ödənilməklə əldə edilmişdir. Tərəflər arasındakı nikah pozulmuş və bu barədə Oğuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, AZ-İ 404967 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Oğuz şəhəri, ünvan 2 ünvanında yerləşən Oğuz şəhəri, ünvan 1əsi Cavabdeh adına qeydə alınmışdır. İddiaçı hazırda birgə nikah dövründə əldə edilmiş əmlaka dair payının müəyyən edilməsini xahiş edir. Məhkəmə iddianın əsaslarının təsdiqi kimi tərəflərin istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddianın əsasını birgə nikah dövründə əldə edilmiş mənzilə görə payın müəyyən edilməsi təşkil edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. 37.1-ci maddəsində göstərilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz hallarından aydın olur ki, tərəflər xx.xx.1996-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikah dövründə xx.xx.2012-ci il tarixli AN-İ ******* nömrəli müqaviləyə əsasən Oğuz şəhəri, ünvan 1əsi dəyəri 6500 manata X2 ödənilməklə Cavabdeh tərəfindən əldə edilmiş və onun adına qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin istinad edilən müddəalarına əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İş materiallarından və tərəflərin izahatlarından aydın olur ki, tərəflərin arasında belə bir kontrakt mövcud deyil. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Göründüyü kimi, qanunverici hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün aşağıdakı şərtlərin olmasını zəruri hesab etmişdir: - əmlakın nikah müddətində əldə olunması, - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əvəzli olaraq əldə olunması. İşin mübahisələndirilməyən faktiki hallarına əsasən mübahisə predmeti olan əmlak tərəflərin birgə nikah dövründə əvəzli olaraq əldə olunmuşdur. Qeyd olunan hüquq normalarının məzmunundan və işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, hazırki iddianın predmetinə aid olan 0.05 ha həyətyanı torpaq sahəsi tərəflərin birgə nikahı dövründə əldə edilmişdir və həmin torpaq sahəsi cavabdehin adına qeydiyyatda olmaqla, hazırda da onun mülkiyyətindədir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməli, Oğuz şəhəri, ünvan 1əsində İddiaçı ½ hissədə, Cavabdeh ½ hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Oğuz şəhəri, ünvan 1əsi üzərində İddiaçı ½ hissədə, Cavabdeh ½ hissədə payları müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(054)-215/2025
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-215/2025
05.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver