Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-259/2023 27.03.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ərizəçi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizəsinə 27 mart 2023-cü il tarixdə Oğuz şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi ödəyicisi olan hüquqi şəxs Oğuz rayon Xalxal bələdiyyəsinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 952,02 manat, Dövlət Sosial Müdafiə Fonduna 33319,86 manat, işsizlikdən sığorta fonduna 629,55 manat olmaqla, ümumilikdə 34901,43 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli, **********192800 saylı, **********515600 saylı və **********396500 saylı bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini tam ödəməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.12, 355-5, 355-6, 355-7, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1 və 17.1.6-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisi hüquqi şəxsin icra orqanının rəhbəri-xx.xx.1960-cı il tarixdə Azərbaycan Respublikası Oğuz rayonu, Xalxal kəndində anadan olmuş, azərbaycanlı, Oğuz rayonu, Xalxal kəndində qeydiyyatda olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, seriya və nömrəsi-AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ərizəçi ərizəyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, **********811600 saylı məktubla işə nümayəndənin iştirakı olmadan işə baxılmasını və məhdudiyyətin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, iş materiallarını, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. İşə əlavə edilmiş hüquqi şəxs haqqında məlumatın təsdiq edilmiş surətindən görünür ki, Oğuz rayonu Xalxal bələdiyyəsi xx.xx.2010-cu il tarixdə qeydiyyatdan keçərək ona xx.xx.2010-cu ildə ********** saylı VÖEN verilmiş, hüquqi şəxsin icra orqanının rəhbəri xx.xx.1960-cı il tarixdə Azərbaycan Respublikası Oğuz rayonu, Xalxal kəndində anadan olmuş, azərbaycanlı, Oğuz rayonu, Xalxal kəndində qeydiyyatda olan Maraqlı şəxsdur. İşə əlavə edilmiş vergi borcunun ödənilməsinə dair xx.xx.2023-cü il tarixli, **********192800 saylı, **********515600 saylı və **********396500 saylı elektron bildirişlərin təsdiq edilmiş surətindən görünür ki, hüquqi şəxsin İcbari Tibbi Sığorta Fonduna, Dövlət Sosial Müdafiə Fonduna və işsizlikdən sığorta fonduna olan borcunun 5 gün müddətində ödənilməsinin təmin edilməsi tələb edilmişdir. Hüquqi şəxs Oğuz rayon Xalxal bələdiyyəsinin işə əlavə edilmiş şəxsi hesab vərəqələrinin və ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında xx.xx.2023-cü il tarixli, **********276400 saylı xəbərdarlığın təsdiq edilmiş surətindən görünür ki, hüquqi şəxsin İcbari Tibbi Sığorta Fonduna 1147,39 manat, Məcburi Dövlət Sosial Sığorta Fonduna 34303,77 manat, işsizlikdən sığorta fonduna 683,33 manat olmaqla, ümumilikdə 36134,50 manat borcunun 5 gün müddətində ödənilmədiyi təqdirdə hüquqi şəxsin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında müvafiq xahişlə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq müəyyən etmişdir ki, Oğuz rayon Xalxal bələdiyyəsi dövlət qeydiyyatından keçmiş hüquqi şəxsdir, onun icra orqanının rəhbəri Oğuz rayonu, Xalxal kəndində qeydiyyatda olan Maraqlı şəxsdur, hüquqi şəxsin İcbari Tibbi Sığorta Fonduna 952,02 manat, Dövlət Sosial Müdafiə Fonduna 33319,86 manat, işsizlikdən sığorta fonduna 629,55 manat olmaqla, ümumilikdə 34901,43 manat borcu mövcuddur. Ona görə də qüvvədə olan qanunvericiliyin tələbinə əsasən Ərizəçi hazırkı tələblə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, vergi orqanının hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 305.1.12-ci maddəsinə əsasən məhkəmə vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-in 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. MPM-in 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. MPM-in 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. MPM-in 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. MPM-in 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. MPM-in 355-7.5-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilir. Məhkəmə hazırkı işin faktiki hallarına yuxarıda qeyd edilən qanunvericilik normalarını tətbiq edərək hesab edir ki, ərizə təmin edilərək borclu hüquqi şəxs Oğuz rayon Xalxal bələdiyyəsinin icra orqanının rəhbəri, xx.xx.1960-cı ildə Oğuz rayonu Xalxal kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Oğuz rayonu, Xalxal kəndində qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə, Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 355-5, 355-7-ci və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi : Ərizə təmin edilsin. Borclu-hüquqi şəxs Oğuz rayon Xalxal kənd bələdiyyəsinin icra orqanının rəhbəri, xx.xx.1960-cı ildə Oğuz rayonu, Xalxal kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Oğuz rayonu, Xalxal kəndində qeydiyyatda olan (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, seriya və nömrəsi-AZE 0*******) Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim:Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-259/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-259/2023
27.03.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver