Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-269/2024 18.03.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X5 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ərizəçi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizəsinə 18 mart 2024-cü il tarixdə Oğuz şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi : Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi ödəyicisi olan hüquqi şəxs Oğuz rayon Qumlaq bələdiyyəsinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 716,64 manat, Dövlət Sosial Müdafiə Fonduna 10377,01 manat, işsizlikdən sığorta fonduna 92,98 manat olmaqla, ümumilikdə 11186,63 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, **********631300 saylı, xx.xx.2024-cü il tarixli, **********106300 saylı və **********733200 saylı bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini tam ödəməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.12, 355-5, 355- 6, 355-7, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1 və 17.1.6-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisi hüquqi şəxsin icra orqanının rəhbəri-xx.xx.1969-cu il tarixdə Azərbaycan Respublikası Oğuz rayonu, Şirvanlı kəndində anadan olmuş, azərbaycanlı, Oğuz rayonu, Qumlaq kənd Ərazi dairəsi Şirvanlı kəndində qeydiyyatda olan X1 (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi 1BRT3İH, seriya və nömrəsi-AZE AA 0996380) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ərizəçi ərizəyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, **********204300 saylı məktubla işə nümayəndənin iştirakı olmadan işə baxılmasını və məhdudiyyətin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, iş materiallarını, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. İşə əlavə edilmiş hüquqi şəxs haqqında məlumatın təsdiq edilmiş surətindən görünür ki, Oğuz rayonu Qumlaq bələdiyyəsi xx.xx.2010-cu il tarixdə qeydiyyatdan keçərək ona xx.xx.2010-cu ildə ********** saylı VÖEN verilmiş, hüquqi şəxsin icra orqanının rəhbəri xx.xx.1969-cu il tarixdə Azərbaycan Respublikası Oğuz rayonu, Şirvanlı kəndində anadan olmuş, azərbaycanlı, Oğuz rayonu, Qumlaq kənd Ərazi Dairəsi Şirvanlı kəndində qeydiyyatda olan X2r. İşə əlavə edilmiş vergi borcunun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli, **********631300 saylı, xx.xx.2024-cü il tarixli, **********106300 saylı və **********733200 saylı elektron bildirişlərin təsdiq edilmiş surətindən görünür ki, hüquqi şəxsin İcbari Tibbi Sığorta Fonduna, Dövlət Sosial Müdafiə Fonduna və işsizlikdən sığorta fonduna olan borcunun 5 gün müddətində ödənilməsinin təmin edilməsi tələb edilmişdir. Hüquqi şəxs Oğuz rayon Qumlaq bələdiyyəsinin işə əlavə edilmiş şəxsi hesab vərəqələrinin və ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında xx.xx.2024-cü il tarixli, **********329300 saylı xəbərdarlığın təsdiq edilmiş surətindən görünür ki, hüquqi şəxsin İcbari Tibbi Sığorta Fonduna 831,89 manat, Məcburi Dövlət Sosial Sığorta Fonduna 11294,62 manat, işsizlikdən sığorta fonduna 125,38 manat olmaqla, ümumilikdə 12251,89 manat borcunun 5 gün müddətində ödənilmədiyi təqdirdə hüquqi şəxsin rəhbəri X3 ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında müvafiq xahişlə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq müəyyən etmişdir ki, Oğuz rayon Qumlaq bələdiyyəsi dövlət qeydiyyatından keçmiş hüquqi şəxsdir, onun icra orqanının rəhbəri Oğuz rayonu, Qumlaq kənd Ərazi Dairəsi, Şirvanlı kəndində qeydiyyatda olan X2r, hüquqi şəxsin İcbari Tibbi Sığorta Fonduna 716,64 manat, Dövlət Sosial Müdafiə Fonduna 10377,01 manat, işsizlikdən sığorta fonduna 92,98 manat olmaqla, ümumilikdə 11186,63 manat borcu mövcuddur. Ona görə də qüvvədə olan qanunvericiliyin tələbinə əsasən Ərizəçi hazırkı tələblə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, vergi orqanının hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 305.1.12-ci maddəsinə əsasən məhkəmə vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-in 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. MPM-in 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. MPM-in 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. MPM-in 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. MPM-in 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. MPM-in 355-7.5-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilir. Məhkəmə hazırkı işin faktiki hallarına yuxarıda qeyd edilən qanunvericilik normalarını tətbiq edərək hesab edir ki, ərizə təmin edilərək borclu hüquqi şəxs Oğuz rayon Qumlaq bələdiyyəsinin icra orqanının rəhbəri, xx.xx.1969-cu ildə Oğuz rayonu Şirvanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Oğuz rayonu, Qumlaq kənd Ərazi Dairəsi Şirvanlı kəndində qeydiyyatda olan X1 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə, Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 355-5, 355-7-ci və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi : Ərizə təmin edilsin. Borclu-hüquqi şəxs Oğuz rayon Qumlaq kənd bələdiyyəsinin icra orqanının rəhbəri, xx.xx.1969-cu ildə Oğuz rayonu, Şirvanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Oğuz rayonu, Qumlaq kənd ərazi dairəsində, Oğuz rayonu Şirvanlı kəndində qeydiyyatda olan (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi 1BRT3İH, seriya və nömrəsi-AZE AA 0996380) X1 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-269/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-269/2024
18.03.2024 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver