Məhkəmə qərarları › İş №2(054)-28/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-28/2023

02.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-28/2023 02.02.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi (ərizəçi) hüquqi əhəmiyyətli sənəd faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 66 saylı qərarı ilə verilmiş JN 333 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının, xx.xx.1998-ci il tarixli, 66 saylı qərarı ilə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 113H saylı, JN 113F saylı və JN 113G saylı (kod ********) şəhadətnamələrin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, xx.xx.1962-ci ildə Balakən rayonu, Püştətala kəndində anadan olmuşdur. X1, anası X4r. xx.xx.1983-cü ildə X14 ilə ailə qurmuş, Əzimov soyadını qəbul etmişdir.Həmin nikahdan 1986-cı il təvəllüdlü Xəyalə adlı qızı və 1994-cü il təvəlüdlü Ayaz adlı oğlu vardır. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 66 saylı qərarı ilə Oğuz rayonu Sincan kəndində ona, ərinə və iki övladına 0,84 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı, xx.xx.1998-ci il tarixli, 66 saylı qərarı ilə 0,26 ha, 0,32 ha və 0,23 ha həyətyanı torpaq sahələri verilmiş, bu barədə JN 333 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı, JN 113H, JN 113F və JN 113G (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr ərinə təqdim edilmişdir. Əri xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Əri vəfat etdikdən sonra qızı Xəyalə torpaq sahələrindən özünə düşən payı istədiyindən sənədlər hazırlayarkən dövlət aktı və şəhadətnamələrdə onun barəsində məlumatın X3 qeyd edildiyi ona məlum olmuşdur. Ailələrində belə bir şəxs yoxdur.Bundan əlavə torpaq islahatı aparılarkən ailə üzvləri qeyd etdiyi 4 nəfərdən, yəni əri, özü və iki övladından ibarət olmuşdur.Qeyd olunanları nəzərə alaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X15 izahat verərək bildirdi ki, ərizəçi mərhum qardaşı Yaşar Əzimovun həyat yoldaşıdır. Torpaq islahatı keçirilərkən qardaşının ailəsinə, yəni qardaşına, onun arvadı Aşamarala, qardaşının övladları Xəyalə və Ayaza 0,84 ha pay torpaq sahəsi, 0,26 ha, 0,32 ha və 0,23 ha həyətyanı torpaq sahələri verilmişdir. Həm həyətyanı torpaq sahələrinə dair şəhadətnamələrdə, həm də pay torpağına dair dövlət aktında Aşamaralla bağlı məlumatlar X3 qeyd edilmişdir. İstər qardaşının, istərsə də digər qohumların ailəsində belə bir şəxs olmayıb. JN 333 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının, JN 113H, JN 113F və JN 113G (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin həqiqətən ərizəçiyə məxsus olduğunu təsdiq etdi. Məhkəmə iclasında şahid qismində izahat verən X27 ərizəçinin anası olduğunu, torpaq islahatı zamanı onlara həm həyətyanı, həm də pay torpaq sahələri verildiyini, atası X5 xx.xx.2022-ci ildə vəfat etdiyini, vərəsəliklə bağlı sənədlər hazırlanarkən mülkiyyətlərində olan torpaq sahələrinə dair dövlət aktında və şəhadətnamələrdə anası barədə məlumatların düzgün qeyd edilmədiyini, ailələrində Amamaran Bilal oğlu adlı şəxsin olmadığını bildirdi, təqdim edilən sənədlərin ərizəçiyə məxsus olduğunu təsdiq etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən qanuni və əsaslı olmaqla təmin edilməlidir. İşə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Azərbaycan Respublikasının Balakən rayonu Püştətala kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Sincan kəndidir. İşə əlavə edilmiş doğum haqqında AZ 070933 saylı şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1962-ci ildə Balakən rayonu Püştətala kəndində anadan olmuş, bu barədə Balakən rayonu Püştətala kənd sovetində vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx.xx.1962-ci ildə 25 nömrə ilə qeyd edilmiş, X1, anası X4r. Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin işə əlavə edilmiş nikah haqqında xx.xx.2022-ci il tarixli, 05/Q-147/69 saylı arayışından görünür ki, X10 və X2 xx.xx.1983-cü il tarixdə nikah bağlamış, bu barədə Balakən rayonu Püştətala kənd sovetində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 40 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ər-arvada Əzimov soyadı verilmişdir. İşə əlavə edilmiş ölüm haqqında AZ-İİ 224264 saylı şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2022-ci ildə ölmüş, bu barədə Oğuz rayon Sincan kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 04 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş JN 333 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 66 saylı qərarı ilə X7, X11, X21 və X16 0,84 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş JN 113H (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 66 saylı qərarı ilə X7, X11, X21 və X16 0,26 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş JN 113F (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 66 saylı qərarı ilə X7, X11, X21 və X16 0,32 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş JN 113G (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 66 saylı qərarı ilə X7, X11, X21 və X16 0,23 ha həyətyanı torpaq sahəsi verilmişdir. Oğuz rayon İHB Sincan kənd İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 387, 388, 389 və 390 saylı arayışlarından görünür ki, JN 333 (kod ********) saylı dövlət aktında, JN 113H, JN 113F və JN 113G (kod ********) saylı şəhadətnamələrdə X3 yazılmış şəxs Ərizəçidır. Oğuz rayon Dövlət Arxivinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-48-36RA2-3/2023 saylı və 3-48-36RA2-1/2023 saylı məktubları ilə daxil olmuş Sincan kənd İƏD 1996-2000 və 2006- 2010-cu il tarixli 2 saylı təsərrüfatbaşına kitabından çıxarışlardan görünür ki, 1996-2000-ci illərdə X6 ailə üzvləri arvadı Ərizəçi, oğlu X18 və qızı X8, 2006-2010-cu illərdə arvadı Ərizəçi, oğlu X18, gəlini X12 və nəvəsi X19 ibarət olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 307-ci maddəsinin 1-ci bəndinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsində göstərilmişdir ki, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə icraatı zamanı aparılmış araşdırmalara və toplanmış sənədlərə qiymət verərək məhkəmə hesab edir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının (AİK) xx.xx.1998-ci il tarixli, 66 saylı qərarına əsasən 0,84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN 333 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə, 0,26 ha həyətyanı torpaq sahəsi JN 113H (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə, 0,32 ha həyətyanı torpaq sahəsi JN 113F (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə və 0,23 ha həyətyanı torpaq sahəsi JN 113G (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə həqiqətən ərizəçiyə və onun ailə üzvlərinə verildiyindən, hazırda AİK ləğv edildiyindən və həmin sənədlərdə olan texniki səhvin başqa orqan tərəfindən düzəldilməsi mümkün olmadığından torpağa mülkiyyət hüququna dair JN 333 (kod ********) saylı dövlət aktının, torpağın mülkiyyətə verilməsinə dair JN 113H saylı, JN 113F saylı və JN 113G (kod ********) saylı şəhadətnamələrin Ərizəçi məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Oğuz rayon Aqrar İslahat Komissiyasının 06 iyun 1998-ci il tarixli, 66 saylı qərarı ilə verilmiş 0,84 ha torpağa mülkiyyət hüququna dair JN 333 (kod ********) saylı dövlət aktının, 10 iyun 1998-ci il tarixli, 66 saylı qərarı ilə verilmiş 0,26 ha torpağın mülkiyyətə verilməsinə dair JN 113H saylı, 0,32 ha torpağın mülkiyyətə verilməsinə dair JN 113F saylı və 0,23 ha torpağın mülkiyyətə verilməsinə dair JN 113G (kod ********) saylı şəhadətnamələrin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar