Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1037/2023 08.09.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-134 KOD 50700001 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının anası X5 və oğlu X3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Ərizəçi ərizəni onunla əsaslandırmışdırlar ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 181 saylı qərarı ilə 0,70 ha torpaq sahəsi onun və digər ailə üzvlərinin ümumi mülkiyyətlərinə verilmişdir. Sözügedən torpağa dair onların mülkiyyət hüququnu təsdiq edən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-134 KOD 50700001 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında texniki olaraq səhvən mülkiyyətçilərdən X10 adı səhvən “Qıstan, digər mülkiyyətçi X1 adı səhvən “Sahib”, ata adı isə səhvən “Fərhad” kimi qeyd olunmuşdur. Ona görə də, sözügedən mülkiyyət sənədinin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat verdi və hüquq müəyyən edici sənədin anası X5 və oğlu X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirdi ki, Ərizəçi onun əmisidir, X12 onun nənəsidir, X6 isə onun əmisi oğludur. Sözügedən torpaq X9 qərarı ilə paylı mülkiyyət hüququ ilə əmisinə və onun ailə üzvlərinə verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında nənəsinin adı Kstan əvəzinə Qıstan, əmisi oğlunun adı səhvən Sahib, ata adı isə səhvən Fərhad kimi qeyd olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 bildirdi ki, ərizəçi onun qardaşıdır, X12 onların analarıdır. Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında analarının adı Kstan əvəzinə səhvən Qıstan kimi qeyd olunub. Mülkiyyətçilərdən X6 isə onun qardaşı oğludur və sözügedən torpağa dair mülkiyyət sənədində qrdaşı oğlu Sahilin adı səhvən Sahib, ata adı isə səhvən Fərhad kimi qeyd olunub. İş materiallarına əlavə olunmuş Xİ-ЖГ seriyalı, 490757 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 26 avqust 1986-cı il tarixdə doğulmuş X2 atası Ərizəçidur. İş materiallarına əlavə olunmuş İ-ИЕ seriyalı, 162996 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1957-ci il tarixdə doğulmuş Ərizəçi anası X7r. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli № 3-21-3-33/2- 3363/2023 nömrəli məktubundan görünür ki, qeyd olunan düzəlişlərin aparılmasından imtina edilmiş və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim olunacağı təqdirdə qanunauyğun tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarında olan JN-134 KOD 50700001 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktının surətindən görünür ki, Samux Rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 saylı qərarı ilə 0.70 hektar pay torpaq sahəsi X4, X11, Ərizəçi və X8 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Samux Rayon İcra Hakimiyyətinin Başçısının Qarayeri Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nemayəndəliyi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 960 nömrəli arayışdan görünür ki, JN-134, KOD 50700001 saylı dövlət aktında mülkiyyətçilərdən mərhum Kstan Ələsgərovanın adı səhvən Qıstan kimi, digər mülkiyyətçi X2 adı səhvən Sahib, ata adı isə səhvən Fərhad kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, JN-134 KOD 50700001 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında mülkiyyətçilər Kstan Ələsgərovanın adı səhvən “Qıstan” kimi və X2 adı səhvən “Sahib”, ata adı isə səhvən “Fərhad” kimi göstərilmişdir. Həmin sənədin ərizəçilərə məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, sənədi vermiş aqrarislahat komissiyaları artıq fəaliyyətini dayandırdığından ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçilərə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-134, KOD 50700001 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktının X12 və X3 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Samux Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarına əsasən X4, X11, Ərizəçi və X8 adına verilmiş JN-134, KOD 50700001 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktının X5 və X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-1037/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1037/2023
08.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver