Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-312/2025 21.04.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Mən, Oğuz Rayon Məhkəməsinin hakimi X2, iddiaçı Oğuz rayon “Kərimli kənd məscidi” dini icmasının (sədr X5) cavabdeh Oğuz rayonu, Kərimli kənd bələdiyyəsinə qarşı kənddə yerləşən məzarlıqda Seyid Əli və övladlarına aid olan başdaşının bərpa olunması tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: İddiaçı Oğuz rayon “Kərimli kənd məscidi” dini icması (sədr X5) cavabdeh Oğuz rayonu, Kərimli kənd bələdiyyəsinə qarşı kənddə yerləşən məzarlıqda Seyid Əli və övladlarına aid olan başdaşının bərpa olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin mətnindən və ona əlavə edilmiş sənədlərin surətindən görünür ki, iddiaçı dini icmanın təsisçilərinin xx.xx.2007-ci il tarixli ümumi yığıncağında təsdiq edilmiş nizamnaməyə uyğun olaraq Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən verilmiş hüquqi şəxsin dövlət qeydiyyatı haqqında 130701-410 qeydiyyat nömrəli şəhadətnaməyə əsasən xx.xx.2007-ci il tarixdən Oğuz rayon Kərimli kəndində fəaliyyət göstərir. İddia ərizəsinin məzmununa görə kənd ərazisində Oğuz-Bakı magistral yolu üzərində “Çərşənbə baba” adlı pir yerləşir. Həmin ziyarətgah dini icma yaradıldığı gündən icmaya təhvil verilmişdir. Dini icma yaradıldıqdan sonra pirin həyətində təmizlik işləri aparılarkən qazılaraq torpağa basdırılmış başdaşı aşkar olunmuşdur. Onun üzərində olan ərəbcə yazıların oxunması AMEA-nın Etnoqrafiya İnstitutunun əməkdaşları tərəindən həyata keçirilmiş və verilmiş arayışda başdaşının yerləşdiyi qəbrin Seyid Əli və övladlarına aid olduğu bildirilmişdir. Ziyarətgahla bağlı bir qrup şəxslə dini icma arasında mübahisə yaranmış, uzun məhkəmə çəkişmələri getmiş, qüvvədə olan məhkəmə qərarları mövcuddur. Həmin qərarlara əsasən məzarlıqda 2009-cu ildə dini icma tərəfindən dəyişdirilən, X8 Əfəndiyə aid olduğu qeyd edilən məzarın üzərində olmuş başdaşının öz əvvəlki yerinə bərpa olunması məsələsi öz həllini tapsa da Seyid Əlinin məzarında başdaşının bərpası məsələsi həll olunmamış qalmaqdadır. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalıdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 5.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir. Həmin Qanunun 5.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları, torpaq istifadəçiləri, icarəçiləri və qeyri-hökumət təşkilatları bələdiyyə torpaqlarına dair münasibətlərdə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə onlara verilmiş səlahiyyətlər daxilində iştirak edə bilərlər. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin malqarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında digər iddialarla birgə aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Beləliklə iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı bələdiyyəyə məxsus torpaq sahəsində yerləşən ziyarətgahda başdaşının bərpa olunması tələbinin təmin edilməsini xahiş etmiş, cavabdeh qismində Oğuz rayon Kərimli bələdiyyəsini göstərmişdir. Ərizədə bələdiyyənin üzərinə hansı öhdəliyin qoyulacağı dəqiqləşdirilməsə də cavabdeh “İnzibati orqanların Təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarına əsasən inzibati orqan hesab edilmiş bələdiyyə olduğundan mübahisə mahiyyətinə görə inzibati mübahisə olmaqla bələdiyyənin hərəkət və ya hərəkətsizliyindən, yaxud üzərinə hər hansı öhdəliyin qoyulması ilə bağlı aidiyyəti inzibati məhkəməyə müraciət edilə bilər. Beləliklə, şərh edilən qanunun tələbindən də göründüyü kimi iddiaçının tələbinə ümumi məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 15.4-cü bəndinə əsasən ... nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq qərara aldım : İddiaçı Oğuz rayon “Kərimli kənd məscidi” dini icmasının (sədr X5) cavabdeh Oğuz rayonu, Kərimli kənd bələdiyyəsinə qarşı kənddə yerləşən məzarlıqda Seyid Əli və övladlarına aid olan başdaşının bərpa olunması tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçıya müvafiq bələdiyyə orqanına, həmin orqanın yazılı imtinası olduğu halda isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2022-ci il tarixli, ********* saylı mədaxil qəbzinə əsasən Azərpoçt MMC, Oğuz PF, Mərkəzi Poçtuna ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı Oğuz rayon “Kərimli kənd məscidi” dini icmasının sədri X3 qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-312/2025
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-312/2025
21.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver