Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-427/2025 02.07.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Оğuz Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlunun sədrliyi, X1 kаtibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicisi olan hüquqi şəxs Oğuz rayonu X2 icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi (bundan sonra ərizəçi) məhkəməyə müraciət edərək vergi ödəyicisi olan hüquqi şəxs Oğuz rayonu X2 icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini ərizə və ona əlavə edilmiş sənədlərə əsasən onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə icra etmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Oğuz rayon X2 (VÖEN: **********) İcbari Sığorta Fonduna 1142,07 manat, İşsizlikdən sığorta fonduna 298,36 manat, Dövlət Sosial Müdafiə Fonduna 5711,08 manat olmaqla, ümumilikdə 7151,51 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********912100, xx.xx.2025-ci il tarixli **********468300, xx.xx.2025-ci il tarixli **********921500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən Oğuz rayonu X2 icra orqanının rəhbəri olan Maraqlı şəxs Oğuz rayonu X7 kəndində yaşayır. Vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən Oğuz rayonu X4 vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə hesablanmış vergi borcunun ödənilməsini təmin etmək üçün həmin vergi ödəyicisinin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. Maraqlı şəxs - vergi ödəyicisi olan hüquqi şəxs Oğuz rayonu X2 icra orqanının rəhbəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, tələbin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə X3 məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İşə əlavə edilmiş vergi borcunun ödənilməsinə dair xx.xx.2025-ci il tarixli **********912100, **********468300, **********921500 saylı bildirişlərin təsdiq edilmiş surətindən görünür ki, hüquqi şəxsin İcbari Tibbi Sığorta Fonduna, Dövlət Sosial Müdafiə Fonduna və işsizlikdən sığorta fonduna olan borcunun 5 gün müddətində ödənilməsinin təmin edilməsi tələb edilmişdir. Hüquqi şəxs Oğuz rayon X2 işə əlavə edilmiş şəxsi hesab vərəqələrinin və ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında xx.xx.2025-ci il tarixli, **********305000 saylı xəbərdarlığın təsdiq edilmiş surətindən görünür ki, hüquqi şəxsin İcbari Sığorta Fonduna 1142,07 manat, İşsizlikdən sığorta fonduna 298,36 manat, Dövlət Sosial Müdafiə Fonduna 5711,08 manat olmaqla, ümumilikdə 7151,51 manat borcunun 5 gün müddətində ödənilmədiyi təqdirdə hüquqi şəxsin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında müvafiq xahişlə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq müəyyən etmişdir ki, vergi ödəyicisi olan hüquqi şəxs Oğuz rayonu X4 vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə hesablanmış vergi borcunun ödənilməsini təmin etmək üçün ərizəçi həmin vergi ödəyicisinin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Oğuz rayonu X2 icra orqanının rəhbəri Maraqlı şəxs vergi borclarının bələdiyyənin gəlirləri hesabına xeyli azaldıldığını, qalan borcun da yaxın vaxtlarda tam şəkildə ödəniləcəyini bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, vergi ödəyicisi olan hüquqi şəxs Oğuz rayonu X4 vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə hesablanmış cəmi 7151,51 manat vergi borcunun ödənilməsini təmin etmək üçün həmin vergi ödəyicisinin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 355-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsinn. Vergi ödəyicisi olan hüquqi şəxs Oğuz rayonu X2 icra orqanının rəhbəri, xx.xx.1987-ci il tarixdə Oğuz rayonu Qarabulaq kəndində anadan olmuş və hazırda Oğuz rayonu Böyük Söyüdlü kəndində yaşayan Maraqlı şəxs (FİN: xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququ cəmi 7151,51 manat vergi borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılsın. Məhkəmə qətnaməsi dərhal qüvvəyə minir. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(054)-427/2025
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-427/2025
02.07.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver