Məhkəmə qərarları › İş №2(054)-500/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-500/2024

09.08.2024 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-500/2024 09.08.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizəsinə 09 avqust 2024-cü il tarixdə Oğuz şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi : Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi ödəyicisi olan hüquqi şəxs Oğuz rayon Kərimli bələdiyyəsinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 29,61 manat, Dövlət Sosial Müdafiə Fonduna 10851,52 manat, işsizlikdən sığorta fonduna 131,76 manat olmaqla, ümumilikdə 11012,89 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, **********964400 saylı, **********400100 saylı və **********245500 saylı bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini tam ödəməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.12, 355-5, 355-6, 355-7, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1 və 17.1.6-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisi hüquqi şəxsin icra orqanının rəhbəri-xx.xx.1985-ci il tarixdə Azərbaycan Respublikası Vartaşen rayonu, Vardanlı kəndində anadan olmuş, azərbaycanlı, Oğuz rayonu, Kərimli Ərazi dairəsi Kərimli kəndində qeydiyyatda olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, seriya və nömrəsi-AZE AA 1595276) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi ərizəyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, **********483900 saylı məktubla işə nümayəndənin iştirakı olmadan işə baxılmasını və məhdudiyyətin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs izahat verərək bildirdi ki, 3 ildir ki, Oğuz rayon Kərimli bələdiyyəsinin sədri işləyir. İşə başlayanda bələdiyyənin borcu 29000 manat təşkil etsə də, operativliyi sayəsində həmin borcun azalmasına nail olmuşlar. Hazırda bələdiyyənin ümumi borcu 12200 manat təşkil edir, çünki Vergilər İdarəsinin hesabladığı borcun üzərinə kvartal borcu da əlavə edilmişdir.İlin sonuna kimi daxili imkanlar hesabına borcun yarısının ödənilməsini təmin etməyə çalışacaq. Ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə maraqlı şəxsi dinləyib, iş materiallarını, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. İşə əlavə edilmiş hüquqi şəxs haqqında məlumatın təsdiq edilmiş surətindən görünür ki, Oğuz rayonu Kərimli bələdiyyəsi xx.xx.2010-cu il tarixdə qeydiyyatdan keçərək ona xx.xx.2010-cu ildə ********** saylı VÖEN verilmiş, hüquqi şəxsin icra orqanının rəhbəri xx.xx.1985-ci il tarixdə Azərbaycan Respublikası Vartaşen rayonu, Vardanlı kəndində anadan olmuş, azərbaycanlı, Oğuz rayonu, Kərimli Ərazi Dairəsi Kərimli kəndində qeydiyyatda olan Maraqlı şəxsdur. İşə əlavə edilmiş vergi borcunun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli, **********964400 saylı, **********400100 saylı və **********245500 saylı elektron bildirişlərin təsdiq edilmiş surətindən görünür ki, hüquqi şəxsin İcbari Tibbi Sığorta Fonduna, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən sığorta fonduna olan borcunun 5 gün müddətində ödənilməsinin təmin edilməsi tələb edilmişdir. Hüquqi şəxs Oğuz rayon Kərimli bələdiyyəsinin işə əlavə edilmiş şəxsi hesab vərəqələrinin və ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında xx.xx.2024-cü il tarixli, **********250600 saylı xəbərdarlığın təsdiq edilmiş surətindən görünür ki, hüquqi şəxsin İcbari Tibbi Sığorta Fonduna 29,60 manat, Məcburi Dövlət Sosial Sığorta Fonduna 12784,18 manat, işsizlikdən sığorta fonduna 140,53 manat olmaqla, ümumilikdə 12954,31 manat borcunun 5 gün müddətində ödənilmədiyi təqdirdə hüquqi şəxsin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında müvafiq xahişlə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq müəyyən etmişdir ki, Oğuz rayon Kərimli bələdiyyəsi dövlət qeydiyyatından keçmiş hüquqi şəxsdir, onun icra orqanının rəhbəri Oğuz rayonu, Kərimli Ərazi Dairəsi, Kərimli kəndində qeydiyyatda olan Maraqlı şəxsdur, hüquqi şəxsin İcbari Tibbi Sığorta Fonduna 29,61 manat, Dövlət Sosial Müdafiə Fonduna 10851,52 manat, işsizlikdən sığorta fonduna 131,76 manat olmaqla, ümumilikdə 11012,89 manat borcu mövcuddur. Ona görə də qüvvədə olan qanunvericiliyin tələbinə əsasən 10 saylı Ərazi Vergilər İdarəsinin hazırkı tələblə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, vergi orqanının hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 305.1.12-ci maddəsinə əsasən məhkəmə vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-in 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. MPM-in 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. MPM-in 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. MPM-in 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. MPM-in 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. MPM-in 355-7.5-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilir. Məhkəmə hazırkı işin faktiki hallarına yuxarıda qeyd edilən qanunvericilik normalarını tətbiq edərək hesab edir ki, ərizə təmin edilərək borclu hüquqi şəxs Oğuz rayon Kərimli bələdiyyəsinin icra orqanının rəhbəri, xx.xx.1985-ci ildə Vartaşen rayonu Vardanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Oğuz rayonu, Kərimli Ərazi Dairəsi Kərimli kəndində qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsini, Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 355-5, 355-7-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t di: Ərizə təmin edilsin. Borclu-hüquqi şəxs Oğuz rayon Kərimli kənd bələdiyyəsinin icra orqanının rəhbəri, xx.xx.1985-ci ildə Vartaşen rayonu, Vardanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Oğuz rayonu, Kərimli ərazi dairəsi, Oğuz rayonu Kərimli kəndində qeydiyyatda olan (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, seriya və nömrəsi-AZE AA 1595276) Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar