Məhkəmə qərarları › İş №2(054)-53/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-53/2025

24.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-53/2025 24.01.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X4 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Sadəddin oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində payların müəyyən edilməsi tələbinə dair mülki işə 24 yanvar 2025-ci il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı (iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Xalxal kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN 065G Kod 40508018 saylı şəhadətnaməyə əsasən iddiaçı və cavabdehlərin birgə mülkiyyətində olan 0,82 ha həyətyanı, torpağa mülkiyyət hüququna dair JN 0065 Kod 40508018 saylı Dövlət aktına əsasən 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mülkiyyətçilərin hər birinin payının müəyyən edilməsi və naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Nümayəndə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək JN 065G Kod 40508018 saylı şəhadətnaməyə (hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən xx.xx.2023-cü il tarixli arayış) əsasən iddiaçı və cavabdehlərin birgə mülkiyyətində olan 0,82 ha həyətyanı, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********87 reyestr nömrəli çıxarış və torpaq sahəsinin B 193110 saylı planı və ölçüsü sənədinə əsasən 0,339 ha, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********86 reyestr nömrəli çıxarış və torpaq sahəsinin B 193109 saylı planı və ölçüsü sənədinə əsasən 0,3017 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mülkiyyətçilərin hər birinin payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçı və cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişlər. İddiaçının nümayəndəsi və vəkilinin iştirakı nəzərə alınmaqla məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 12 mart 1998-ci il tarixli, 59 saylı qərarı ilə İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Oğuz rayonu Xalxal kəndində 0,82 ha həyətyanı, 0,64 ha pay torpaq sahəsi verilmişdir. Həyətyanı torpaq sahəsinə dair JN 065G (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, pay torpaq sahəsinə JN 0065 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. İddiaçı həmin vaxt Cavabdeh1lə rəsmi nikahda olmuşdur. Onların nikahı 2002-ci ildə ləğv edilmişdir. Hazırda iddiaçı torpaq sahələrində özünə məxsus payın müəyyən edilməsini istəyir. Bu, onun təbii hüququdur. Məhkəməyə müraciət etməzdən əvvəl tərəflərin öz arasında razılaşma olmayıb. Buna görə də torpaq sahəsində olan payların məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Cavabdehlər də payların müəyyən edilməsinə etiraz etmirlər. Məhkəmə icraatı gedişində məlum olub ki, həm həyətyanı torpaq sahəsinə, həm də pay torpaq sahəsinə çıxarışlar alınıb. 9 saylı Qəbələ Ərazi İdarəsindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş sənədlərlə həmçinin o da müəyyən olunub ki, pay torpaq sahəsi iki yerdən verildiyindən 0,339 ha və 0,3017 ha torpaq sahələri ilə bağlı ayrıca çıxarış və plan-ölçü sənədləri hazırlanmışdır. Buna görə də iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. Sonuncu sənədlərə müvafiq olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 214, 220-ci maddələrinin tələbləri nəzərə alınmaqla ümumi birgə mülkiyyətdə olan 0,82 ha həyətyanı torpaq sahəsində, 0,339 ha və 0,3017 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrində mülkiyyətçilərin hər birinin payının miqdarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddiaçı ilə 1993cü ildə rəsmi nikahla ailə qurub. 2002-ci ildə mübahisəsiz ayrılmışlar. Torpaq islahatı zamanı ailə üzvləri kimi ona, anası Cavabdeh2 və iddiaçıya 0,82 ha həyətyanı, 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilib.Pay torpaq sahəsi iki yerdə verilib. Həyətyanı torpaq sahəsində atasına məxsus fərdi yaşayış evi yerləşir. Torpaq sahəsinə sənəd veriləndən sonra iddiaçı tərəf torpağını istəyib. Ona demişdir ki, hansı qaydada istəsə o cür də həll olunsun. Torpağın əvəzində iddiaçıya müəyyən məbləğ də təklif edib, lakin razılıq olmayıb. Atasından qalan fərdi yaşayış evinin sənədləşməsi üçün 2023-cü ildə torpaq sahələrinə dair çıxarış alıb. Həmin vaxt iddiaçının adına torpaq sahəsi sistemdə göründüyündən sosial yardım almasına maneə yaranmışdır.Torpaqlarda payların müəyyən edilməsinə və naturada bölgüsünə etiraz etmir. Digər cavabdeh anasıdır. Yaşlı olduğundan məhkəmə iclasında iştirak edə bilmir.Onun da iddiaya etirazı yoxdur. Qanuni qərar çıxarılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə nümayəndəni (vəkil) dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşə əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 065G (kod ********) saylı şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 12 mart 1998-ci il tarixli, 59 saylı qərarı ilə Cavabdeh2 Möylam qızına, X3 və X1 0,82 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş torpağa mülkiyyət hüququna dair JN 0065 (kod ********) saylı Dövlət aktının surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 12 mart 1998-ci il tarixli, 59 saylı qərarı ilə Cavabdeh2 Möylam qızına, X3 və X1 0,64 ha (planşet 65C- 3017,51 kv.m, planşet 65V-3390,62 kv.m) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin işə əlavə edilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********06-10301 reyestr nömrəli arayışdan və fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixli, 405-8018/73 inventar nömrəli texniki pasportundan görünür ki, Oğuz rayonu Xalxal kəndində 0,82 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə hüquq sahibi X2, torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh2, Cavabdeh1 və İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin işə əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********86 reyestr nömrəli çıxarışdan və torpaq sahəsinin B 193109 saylı planı və ölçüsü sənədindən görünür ki, Oğuz rayonu Xalxal kəndində yerləşən 0,3017 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh2, Cavabdeh1 və İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 167 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin işə əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********87 reyestr nömrəli çıxarışdan və torpaq sahəsinin B 193110 saylı planı və ölçüsü sənədindən görünür ki, Oğuz rayonu Xalxal kəndində yerləşən 0,339 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh2, Cavabdeh1 və İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 167 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Qeyd olunan hüquq normalarının məzmunundan və işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, hazırki iddianın predmetinə aid olan 0,82 hektar həyətyanı torpaq sahəsi, habelə 0,339 ha və 0,3017 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri 3 nəfərin – iddiaçının və cavabdehlərin ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahələridir və onların ümumi birgə mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırki vəziyyətdə paylı mülkiyyətin mülkiyyətçilərinin payları digər qaydada müəyyən edilə bilmədiyindən və bütün mülkiyyətçilərin razılaşması ilə də müəyyənləşdirilmədiyindən onların payları bərabər sayılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, mübahisə predmetinə aid, Oğuz rayonu Xalxal kəndində yerləşən, JN 065G Kod 40508018 saylı şəhadətnamədə (hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********06-10301 reyestr nömrəli arayış) göstərilən, ümumi birgə mülkiyyətdə olan 0,82 hektar həyətyanı torpaq sahəsində mülkiyyətçilərin, yəni iddiaçının və cavabdehlərin hər birinin 1/3 hissədən ibarət payı müəyyən edilməlidir. Qeyd olunan əsaslara görə məhkəmə həmçinin qərara gəlir ki, mübahisə predmetinə aid, Oğuz rayonu Xalxal kəndində yerləşən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********87 reyestr nömrəli çıxarış və torpaq sahəsinin B 193110 saylı planı və ölçüsü sənədinə əsasən ümumi birgə mülkiyyətdə olan 0,339 ha kənd təsərrüfatı təyinatlı, habelə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********86 reyestr nömrəli çıxarış və torpaq sahəsinin B 193109 saylı planı və ölçüsü sənədinə əsasən 0,3017 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrində mülkiyyətçilərin, yəni iddiaçının və cavabdehlərin hər birinin 1/3 hissədən ibarət payı müəyyən edilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilsədə iddiaçı dövlət rüsumunu tələb etmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Oğuz rayonu Xalxal kəndində yerləşən, JN 065G Kod 40508018 saylı şəhadətnaməyə (hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********06-10301 reyestr nömrəli arayış) əsasən ümumi birgə mülkiyyətdə olan 0,82 ha həyətyanı torpaq sahəsində İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinin 1/3 hissədən ibarət payı müəyyən edilsin. Oğuz rayonu Xalxal kəndində yerləşən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********87 reyestr nömrəli çıxarış və torpaq sahəsinin B 193110 saylı planı və ölçüsü sənədinə əsasən ümumi birgə mülkiyyətdə olan 0,339 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinin 1/3 hissədən ibarət payı müəyyən edilsin. Oğuz rayonu Xalxal kəndində yerləşən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********86 reyestr nömrəli çıxarış və torpaq sahəsinin B 193109 saylı planı və ölçüsü sənədinə əsasən 0,3017 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinin 1/3 hissədən ibarət payı müəyyən edilsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim :Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar