Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-548/2022 31.10.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Оğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, X2 kаtibliyi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ərizəçi vergi ödəyicisi olan hüquqi şəxs Oğuz rayonu Xaçmaz Bələdiyyəsinin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ərizəçi (bundan sonra ərizəçi) məhkəməyə müraciət edərək vergi ödəyicisi olan hüquqi şəxs Oğuz rayonu Xaçmaz Bələdiyyəsinin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. Ərizəçi tələbini ərizə və ona əlavə edilmiş sənədlərə əsasən onunla əsaslandırmışdır ki, Oğuz rayonu Xaçmaz Bələdiyyəsi (VÖEN **********) vergi ödəyicisi olan hüquqi şəxs kimi xx.xx.2010-cu il tarixdə vergi orqanında qeydiyyata alınmışdır. Oğuz rayonu Xaçmaz Bələdiyyəsi vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirməmişdir. Vergi öhdəliklərinə görə xx.xx.2022-ci il tarixə Oğuz rayonu X1 Sosial Müdafiə Fonduna 3852,77 manat, İcbari Tibbi Sığorta Fonduna 417,08 manat, İşsizlikdən Sığorta Fonduna 459,87 manat, dövlət büdcəsinə 42,29 manat (o cümlədən, faizlər üzrə 2,29 manat, maliyyə sanksiyası üzrə 40,00 manat) - cəmi 4772,01 manat vergi borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi borc məbləğini tam şəkildə ödəməmişdir. Reyestr məlumatlarına əsasən Oğuz rayonu Xaçmaz Bələdiyyəsinin icra orqanının rəhbəri xx.xx.1962-ci il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş Maraqlı şəxsdur və o, hazırda Oğuz rayonu Xaçmaz Qışlaq kəndində yaşayır. Vergi ödəyicisi olan hüquqi şəxs Oğuz rayonu Xaçmaz Bələdiyyəsi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə hesablanmış vergi borcunun ödənilməsini təmin etmək üçün həmin vergi ödəyicisinin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Maraqlı şəxs - vergi ödəyicisi olan hüquqi şəxs Oğuz rayonu Xaçmaz Bələdiyyəsinin icra orqanının rəhbəri Maraqlı şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, cəmi bir neçə ay əvvəl bələdiyyə sədri seçilmişdir. Hazırki ərizədə qeyd edilən vergi borcları əvvəlki bələdiyyə sədrinin fəaliyyəti dövründə yaranmış borcdur. Həmin bələdiyyə sədri bir neçə ay əvvəl vəfat etmişdir. Bələdiyyənin vergi borcunun miqdarı 2021-ci ildə 8100 manatdan da artıq olmuş, bundan sonra vergi borcları torpaq satışından əldə olunan gəlirlər hesabına azaldılaraq hazırki səviyyəyə çatdırılmışdır. O özü vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri kimi fəaliyyət göstərdiyi müddət ərzində vergi borclarını müntəzəm olaraq ödəmiş, qalan borcun da yaxın vaxtlarda tam şəkildə ödənilməsi təmin ediləcəkdir. Qeyd etdikləri nəzərə alınaraq iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı maraqlı şəxs - vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş hüquqi şəxs Oğuz rayonu Xaçmaz Bələdiyyəsinin şəxsi hesab vərəqəsi, hüquqi şəxs haqqında məlumat vərəqəsi, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli bildirişlər, vergi borcunun miqdarı və öhdəliklərin icra edilməsi barədə xx.xx.2022-ci il tarixli xəbərdarlıq barədə məlumat ilə müəyyən edildi ki, Oğuz rayonu Xaçmaz Bələdiyyəsi vergi ödəyicisi olan hüquqi şəxs kimi xx.xx.2010-cu il tarixdə vergi orqanında qeydiyyata alınmışdır. Oğuz rayonu Xaçmaz Bələdiyyəsi vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirməmişdir. Vergi öhdəliklərinə görə xx.xx.2022-ci il tarixə Oğuz rayonu X1 Sosial Müdafiə Fonduna 3852,77 manat, İcbari Tibbi Sığorta Fonduna 417,08 manat, İşsizlikdən Sığorta Fonduna 459,87 manat, dövlət büdcəsinə 42,29 manat (o cümlədən, faizlər üzrə 2,29 manat, maliyyə sanksiyası üzrə 40,00 manat) - cəmi 4772,01 manat vergi borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixdə bildiriş göndərilmiş, lakin vergi ödəyicisi borc məbləğlərini tam şəkildə ödəməmişdir. Oğuz rayonu Xaçmaz Bələdiyyəsinin icra orqanının rəhbəri xx.xx.1962-ci il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş Maraqlı şəxsdur və o, hazırda Oğuz rayonu Xaçmaz Qışlaq kəndində yaşayır. Vergi ödəyicisi olan hüquqi şəxs Oğuz rayonu Xaçmaz Bələdiyyəsi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə hesablanmış vergi borcunun ödənilməsini təmin etmək üçün ərizəçi həmin vergi ödəyicisinin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Oğuz rayonu Xaçmaz Bələdiyyəsinin icra orqanının rəhbəri Maraqlı şəxs vergi borclarının bələdiyyənin gəlirləri hesabına xeyli azaldıldığını, qalan borcun da yaxın vaxtlarda tam şəkildə ödəniləcəyini bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və maraqlı şəxsin izahatını dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, vergi ödəyicisi olan hüquqi şəxs Oğuz rayonu Xaçmaz Bələdiyyəsi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə hesablanmış cəmi 4772,01 manat vergi borcunun ödənilməsini təmin etmək üçün həmin vergi ödəyicisinin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə hazırki ərizə təmin edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 355-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsinn. Vergi ödəyicisi olan hüquqi şəxs Oğuz rayonu Xaçmaz Bələdiyyəsinin icra orqanının rəhbəri, xx.xx.1962-ci il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş və hazırda Oğuz rayonu Xaçmaz Qışlaq kəndində yaşayan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ cəmi 4772,01 manat vergi borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılsın. Məhkəmə qətnaməsi dərhal qüvvəyə minir. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-548/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-548/2022
31.10.2022 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver