Məhkəmə qərarları › İş №2(054)-700/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-700/2023

27.11.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-700/2023 27.11.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ərizəçi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizəsinə 27 noyabr 2023-cü il tarixdə Oğuz şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi ödəyicisi olan hüquqi şəxs Oğuz rayon Xaçmaz bələdiyyəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2767,31 manat, İcbari Tibbi Sığorta Fonduna 183,28 manat, dövlət büdcəsinə 42,26 manat (o cümlədən faizlər üzrə 2,26 manat, maliyyə sanksiyası üzrə 40 manat), İşsizlikdən sığorta fonduna 323,19 manat olmaqla, ümumilikdə 3316,04 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli, **********629800 saylı, xx.xx.2023-cü il tarixli, **********477600 saylı, **********804700 saylı və **********508000 saylı bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.12, 355-5, 355-6, 355-7, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1 və 17.1.6-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisi hüquqi şəxsin icra orqanının rəhbəri-xx.xx.1969-cu il tarixdə Azərbaycan Respublikası Oğuz rayonu, Xaçmaz kəndində anadan olmuş, azərbaycanlı, Oğuz rayonu, Xaçmaz kəndində qeydiyyatda olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, seriya və nömrəsi-AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ərizəçi ərizəyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, **********951800 saylı məktubla işə nümayəndənin iştirakı olmadan işə baxılmasını və məhdudiyyətin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, iş materiallarını, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. İşə əlavə edilmiş hüquqi şəxs haqqında məlumatın təsdiq edilmiş surətindən görünür ki, Oğuz rayonu Xaçmaz bələdiyyəsi xx.xx.2010-cu il tarixdə qeydiyyatdan keçərək ona xx.xx.2010-cu ildə ********** saylı VÖEN verilmiş, hüquqi şəxsin icra orqanının rəhbəri xx.xx.1969-cu il tarixdə Azərbaycan Respublikası Oğuz rayonu, Xaçmaz kəndində anadan olmuş, azərbaycanlı, Oğuz rayonu, Xaçmaz kəndində qeydiyyatda olan Maraqlı şəxsıdır. İşə əlavə edilmiş vergi borcunun ödənilməsinə dair xx.xx.2021-ci il tarixli, **********629800 saylı, xx.xx.2023-cü il tarixli, **********477600 saylı, **********804700 saylı və **********508000 saylı elektron bildirişlərin təsdiq edilmiş surətindən görünür ki, hüquqi şəxsin İcbari Tibbi Sığorta Fonduna, Dövlət Sosial Müdafiə Fonduna və işsizlikdən sığorta fonduna olan borcunun 5 gün müddətində ödənilməsinin təmin edilməsi tələb edilmişdir. Hüquqi şəxs Oğuz rayon Xalxal bələdiyyəsinin işə əlavə edilmiş şəxsi hesab vərəqələrinin və ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında xx.xx.2023-cü il tarixli, **********068000 saylı xəbərdarlığın təsdiq edilmiş surətindən görünür ki, hüquqi şəxsin İcbari Tibbi Sığorta Fonduna 296,14 manat, Məcburi Dövlət Sosial Sığorta Fonduna 3485,24 manat, işsizlikdən sığorta fonduna 360,94 manat, vergilər üzrə 42,26 manat olmaqla, ümumilikdə 4184,58 manat borcunun 5 gün müddətində ödənilmədiyi təqdirdə hüquqi şəxsin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında müvafiq xahişlə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq müəyyən etmişdir ki, Oğuz rayon Xaçmaz bələdiyyəsi dövlət qeydiyyatından keçmiş hüquqi şəxsdir, onun icra orqanının rəhbəri Oğuz rayonu, Xaçmaz kəndində qeydiyyatda olan Maraqlı şəxs Oğuz rayon Xaçmaz bələdiyyəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2767,31 manat, İcbari Tibbi Sığorta Fonduna 183,28 manat, dövlət büdcəsinə 42,26 manat (o cümlədən faizlər üzrə 2,26 manat, maliyyə sanksiyası üzrə 40 manat), İşsizlikdən sığorta fonduna 323,19 manat olmaqla, ümumilikdə 3316,04 manat borcu mövcuddur. Ona görə də qüvvədə olan qanunvericiliyin tələbinə əsasən Ərizəçi hazırkı tələblə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, vergi orqanının hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 305.1.12-ci maddəsinə əsasən məhkəmə vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-in 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. MPM-in 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. MPM-in 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. MPM-in 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. MPM-in 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. MPM-in 355-7.5-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilir. Məhkəmə hazırkı işin faktiki hallarına yuxarıda qeyd edilən qanunvericilik normalarını tətbiq edərək hesab edir ki, ərizə təmin edilərək borclu hüquqi şəxs Oğuz rayon Xaçmaz bələdiyyəsinin icra orqanının rəhbəri, xx.xx.1969-cu ildə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Oğuz rayonu, Xaçmaz kəndində qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə, Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 355-5, 355-7-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Borclu-hüquqi şəxs Oğuz rayon Xaçmaz kənd bələdiyyəsinin icra orqanının rəhbəri, xx.xx.1969-cu ildə Oğuz rayonu, Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Oğuz rayonu, Xaçmaz kəndində qeydiyyatda olan (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, seriya və nömrəsi-AZE AA*******) Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar