Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-759/2023 21.12.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizəsinə 21 dekabr 2023-cü il tarixdə Oğuz şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi : Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi ödəyicisi olan hüquqi şəxs Oğuz Mənzil İstismar və Kommunal Təsərrüfatı İdarəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 80350,93 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli, **********965700 saylı bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.12, 355-5, 355-6, 355-7, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1 və 17.1.6- 1-ci maddələrinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisi hüquqi şəxsin icra orqanının rəhbərixx.xx.1984-cü il tarixdə Ermənistan Respublikası Əzizbəyov rayonunda anadan olmuş, azərbaycanlı, Oğuz rayonu, Calud kəndində qeydiyyatda olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, seriya və nömrəsi-AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi ərizəyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, **********039300 saylı məktubla işə nümayəndənin iştirakı olmadan baxılmasını və məhdudiyyətin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs ərizəyə etiraz edərək bildirdi ki, 4 aydır ki, hazırki vəzifədə işləyir. Ondan əvvəl bu vəzifədə işləyən şəxs artıq təqaüdə çıxıb. 2018-ci ildən onun da ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur.Hesab edir ki, rəhbər işçilərin ölkədən çıxışına məhdudiyyət qoyulması vəziyyətdən çıxış yolu deyil. İdarənin hesabları vergi orqanı tərəfindən bağlanıb. İdarə dövlət qurumu olmaqla kasıb təşkilatdır. Əmək haqqından başqa gəlir yeri yoxdur. İdarənin 50000 manata yaxın borcu var, qalan məbləğ hesablanmış faizdir. Bu isə qanuna uyğun deyil. İdarə birbaşa ödəyici deyil, İcra Hakimiyyətinə tabe orqandır. Hazırda sənədləri hazırlayırlar, borclarla bağlı məsələni məhkəmə yolu ilə həll etməyə çalışacaqlar. Ərizənin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə maraqlı şəxsi dinləyib, ərizəni, iş materiallarını, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. İşə əlavə edilmiş hüquqi şəxs haqqında məlumatın təsdiq edilmiş surətindən görünür ki, hüquqi şəxs Oğuz Mənzil İstismar və Kommunal Təsərrüfatı İdarəsi xx.xx.2007-ci il tarixdə qeydiyyatdan keçərək ona xx.xx.2007-ci ildə ********** saylı VÖEN verilmiş, rəhbəri, xx.xx.1984-cü ildə Ermənistan Əzizbəyov rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Oğuz rayonu Calud kəndində qeydiyyatda olan (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, seriya və nömrəsi- AA*******) Maraqlı şəxsdur. İşə əlavə edilmiş vergi borcunun ödənilməsinə dair xx.xx.2023-cü il tarixli, **********965700 saylı elektron bildirişin təsdiq edilmiş surətindən görünür ki, hüquqi şəxsin muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 49966,12 manat, maliyyə sanksiyaları üzrə 40,00 manat, faizlər üzrə 38540,04 manat, cəmi 88546,16 manat borcunun 5 gün müddətində ödənilməsinin təmin edilməsi tələb edilmişdir. Hüquqi şəxs Oğuz Mənzil İstismar və Kommunal Təsərrüfatı İdarəsinin işə əlavə edilmiş şəxsi hesab vərəqələrinin və ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında xx.xx.2023-cü il tarixli, **********117000 saylı xəbərdarlığın təsdiq edilmiş surətindən görünür ki, hüquqi şəxsin vergilər üzrə 2534,77 manat, məcburi dövlət sosial sığorta haqqı üzrə 93224,68 manat, işsizlikdən sığorta haqqı üzrə 284,18 manat, icbari tibbi sığorta haqqı üzrə 1101,73 manat olmaqla, cəmi 97145,36 manat borcunun 5 gün müddətində ödənilmədiyi təqdirdə hüquqi şəxsin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında müvafiq xahişlə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq müəyyən etmişdir ki, Oğuz Mənzil İstismar və Kommunal Təsərrüfatı İdarəsi dövlət qeydiyyatından keçmiş hüquqi şəxsdir, onun rəhbəri Oğuz rayonu, Calud kəndində qeydiyyatda olan Maraqlı şəxsdur. Oğuz Mənzil İstismar və Kommunal Təsərrüfatı İdarəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 80350,93 manat borcu mövcuddur. Ona görə də qüvvədə olan qanunvericiliyin tələbinə əsasən 10 saylı Ərazi Vergilər İdarəsinin hazırkı tələblə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, vergi orqanının hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 305.1.12-ci maddəsinə əsasən məhkəmə vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-in 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. MPM-in 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. MPM-in 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. MPM-in 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. MPM-in 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. MPM-in 355-7.5-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilir. Məhkəmə hazırkı işin faktiki hallarına yuxarıda qeyd edilən qanunvericilik normalarını tətbiq edərək hesab edir ki, ərizə təmin edilərək borclu hüquqi şəxs Oğuz Mənzil İstismar və Kommunal Təsərrüfatı İdarəsinin rəhbəri, xx.xx.1984-cü ildə Ermənistan Əzizbəyov rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Oğuz rayonu Calud kəndində yaşayan (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, seriya və nömrəsi-AZE AA*******) Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə, Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 355-5, 355-7-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi : Ərizə təmin edilsin. Borclu-hüquqi şəxs Oğuz Mənzil İstismar və Kommunal Təsərrüfatı İdarəsinin rəhbəri, xx.xx.1984-cü ildə Ermənistan Əzizbəyov rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Oğuz rayonu Calud kəndində yaşayan (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, seriya və nömrəsi-AZE AA*******) Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-759/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-759/2023
21.12.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver