Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-101/2023 09.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X13, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi Nümayəndə iştirakları ilə, , İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı qanun üzrə vərəsəlik hüququ əsasında daşınmaz əmlakdan payların müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum əri X1 miras qalmış və Saatlı rayonunun Sarıcalar kəndində yerləşən birmətəbəli 90.5 kvadratmetr ümumi sahəsi olan fərdi yaşayış evinin ikidə bir hissəsinə payının müəyyən olunması, həmin fərdi yaşayış evinin digər ikidə bir hissəsinə isə ondan başqa dörd nəfər birinci növbə vərəsələr olan cavabdehlərin (cəmi 5 nəfər) payının müəyyən olunması, ümumi birgə mülkiyyətdə (cəmi 6 nəfər) olan 0.089904 kvadratmetr həyətyanı torpaq sahəsindən mərhum X3 payına düşən 0.014984 kvadratmetr həyətyanı torpaq sahəsində ondan başqa dörd nəfər birinci növbə vərəsələr olan cavabdehlərin (cəmi 5 nəfər) payının müəyyən olunması və həmin paylara mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayonu Sarıcalar kəndində yerləşən birmərtəbəli 90.5 kvadratmetr ümumi sahəsi olan fərdi yaşayış evi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** nömrə ilə 16 sentyabr 2020-ci ildə qeydə alınmış çıxarışa əsasən mərhum əri X3 tam mülkiyyətində olmuşdur. Həmin fərdi yaşayış evini mərhum əri X7 ilə birgə nikah dövründə əldə etdiklərini bildirdi. Qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi 0.089904 kvadratmetr torpaq sahəsi isə onun mərhum əri X3, mərhum oğlu Haxverdiyev Yaşar ismayıl oğlunun, X5, X2, Cavabdeh4 və onun özünün ümumi birgə mülkiyyətindədir. X21 01 iyul 2012-ci ildə, oğlu Yaşar Haxverdiyev isə 26 may 2020-ci ildə vəfat etmişdir.Mərhum əri X1 miras qalmış payın bölüşdürülməsi ilə əlaqədar olaraq Sabirabad regional “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat ofisinə müraciət etsə də, digər ailə üzvləri arasında narazılıq olduğu üçün mirasın bölüşdürülməsi mümkün olmamış və ona mübahisə ilə bağlı məhkəməyə müraciət etməli olduğu tövsiyyə olunmuşdur. Ona görə göstərdiklərini nəzərə alaraq mərhum əri X1 miras qalmış və Saatlı rayonunun Sarıcalar kəndində yerləşən birmətəbəli 90.5 kvadratmetr ümumi sahəsi olan fərdi yaşayış evinin ikidə bir hissəsinə payının müəyyən olunması, həmin fərdi yaşayış evinin digər ikidə bir hissəsinə isə ondan başqa dörd nəfər birinci növbə vərəsələr olan cavabdehlərin (cəmi 5 nəfər) payının müəyyən olunması, ümumi birgə mülkiyyətdə (cəmi 6 nəfər) olan 0.089904 kvadratmetr həyətyanı torpaq sahəsindən mərhum X3 payına düşən 0.014984 kvadratmetr həyətyanı torpaq sahəsində ondan başqa dörd nəfər birinci növbə vərəsələr olan cavabdehlərin (cəmi 5 nəfər) payının müəyyən olunması və həmin paylara mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh1 iddianı qəbul edərək izahatında göstərdi ki, Saatlı rayonu Sarıcalar kəndində yerləşən birmərtəbəli 90.5 kvadratmetr ümumi sahəsi olan fərdi yaşayış evi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** nömrə ilə 16 sentyabr 2020-ci ildə qeydə alınmış çıxarışa əsasən mərhum atası X3 tam mülkiyyətində olmuşdur. Qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi 0.089904 kvadratmetr torpaq sahəsi isə onun mərhum atası X3, mərhum qardaşı Haxverdiyev Yaşar ismayıl oğlunun, X5, X2, Cavabdeh4 və anası İddiaçı ümumi birgə mülkiyyətindədir. X17 01 iyul 2012-ci ildə vəfat etmişdir.Mərhum atası X1 miras qalmış payın bölüşdürülməsi ilə əlaqədar olaraq Sabirabad regional “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat ofisinə müraciət etsələr də, digər ailə üzvləri arasında narazılıq olduğu üçün mirasın bölüşdürülməsi mümkün olmamış və ona mübahisə ilə bağlı məhkəməyə müraciət etməli olduğu tövsiyyə olunmuşdur.Ona görə iddianın təmin edilməsinə razıdır və bu barədə qətnamə çıxarılmasına heç bir etirazı yoxdur. Məhkəmə baxışı zamanı digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi Nümayəndə Cavabdeh1 izahatına uyğun izahat verərək iddianın təmin edilməsinə etirazlarının olmadığını bildirdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Saatlı rayon Sarıcalar kəndində yerləşən 0.089904 ha. torpaq üzərində olan ümumi sahəsi 90.5 kvadratmetr təşkil edən daşınmaz əmlak X7, İddiaçı, X8, X11, X6 və Cavabdeh4 xüsusi mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2012-ci ildə vəfat etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbə vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbə vərəsələrə ölənin bacıları və qardaşları aiddir. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, 14 may 2007-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Saatlı rayon Sarıcalar kəndində yerləşən 0.089904 ha. torpaq üzərində olan ümumi sahəsi 90.5 kvadratmetr təşkil edən daşınmaz əmlak X7, İddiaçı, X8, X11, X6 və Cavabdeh4 xüsusi mülkiyyətindədir.X7 vəfat etdiyi üçün ondan miras qalmış payın bölüşdürülməsi üçün Sabirabad regional “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat ofisinə müraciət edilsə də, mirasın bölüşdürülməsi notariat ofisində mümkün olmamışdır. Hal-hazırda sağ qalan bütün mülkiyyətçilər torpaq sahəsinin qanun üzrə vərəsəlik arasında bölüşdürülməsini xahiş edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 16 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən mərhum X3 mülkiyyətində olan və miras qalmış 90.5 kvadratmetr Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və İddiaçı arasında bərabər şəkildə bölünməli, onların hər birinin payı 0,12362 ha müəyyənləşdirilməli və paylarına düşən hissədə mülkiyyət hüquqları tanınmalıdır. İşdə olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 100 manat vəkil xidmət haqqı və 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı ödədiyi 100 manat vəkil xidmət haqqı və 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. 16 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən mərhum X3 mülkiyyətində olan və miras qalmış 0.6181 ha torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, İddiaçı arasında bərabər şəkildə bölünsün, onların hər birinin payı 0,12362 ha müəyyənləşdirilsin və paylarına düşən hissədə mülkiyyət hüquqları tanınsın. İddiaçı ödədiyi 100 manat dövlət rüsumu cavabdehlər X10, X12, X15 və X4 alınıb iddiaçıya verilsin. Qətnamədən bir ay müddətində Saatlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №2(055)-101/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-101/2023
09.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver