Məhkəmə qərarları › İş №2(055)-110/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-110/2023

23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-110/2023 23.02.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 1235 manat məbləğində sığorta ödənişinin, 32.35 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 manat xidmət haqqının alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Toyota Prius” markalı ** OH *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyətində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında şəhadətnamə ilə sığortalanmışdır. Cavabdeh “Toyota Prius” markalı ** OH *** dövlət qeydiyyat nişanlı avtomobillə 10 noyabr 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş, «Mercedes-Benz GL 550» markalı ** KH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və həmin avtomobilə maddi ziyan vurmuşdur. Hadisənin səbəbləri müvafiq qurum tərəfindən araşdırılarkən yol-nəqliyyat hadisəsi baş verdikən sonra Cavabdeh hadisə yerini tərk etdiyi müəyyən olunmuşdur. Bunun nəticəsi olarq DYP əməkdaşları tərəfindən cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. Həmin zərərin aradan qaldırılması üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1235 manat sığorta ödənişi həyata keçirilmişdir. Ona görə də, Cavabdeh 1235 manat sığorta ödənişinin, 32.35 manat manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat xidmət haqqının alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 həmçinin məhkəməyə ərizə ünvanlayaraq nümayəndəsi olduğu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə tələbinə dair mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortalı «Toyota Prius” markalı ** OH *** dövlət qeydiyyat nişanlı avtomobili sığortaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində 12 noyabr 2020-ci il tarixdən 12 noyabr 2021-ci il tarixədək PPA ********** saylı sığorta şəhadətnaməsi əsasında sığortalamışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Cavabdeh 10 noyabr 2021-ci il tarixdə «Toyota Prius” markalı ** OH *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, “Qurd Qapısıdairəsi” adlanan ərazidə idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 19 may 2022-ci il tarixli, sığorta aktından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında 12 noyabr 2020-ci il tarixdə PPA ********** saylı sığorta müqaviləsi bağlanmış və «Toyota Prius” markalı ** OH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 12 noyabr 2020-ci il tarixdən 12 noyabr 2021-ci il tarixədək sığorta şəhadətnaməsi əsasında sığortalamışdır. 10 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, “Qurd Qapısı dairəsi” adlanan ərazidə sığorta hadisəsi baş vermişdir. Dəymiş zərərin məbləği 1235 manat, yekun sığorta ödənişinin məbləği 1235 manat təşkil etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 25 noyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 10 noyabr 2021-ci il tarixdə Bakışəhəri, “Qurd Qapısı dairəsi” adlanan ərazidə Cavabdeh idarə etdiyi «Toyota Prius” markalı ** OH *** dövlət qeydiyyat nişanlı avtomobillə «Mercedes-Benz GL 550» markalı ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-ci maddələri ilə təqsirli bilinərək 100 manat cərimə olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş fiziki şəxs X6 tərəfindən verilmiş rəydən görünür ki, «Mercedes Benz GL 550» markalı ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1235 manat ziyan dəymişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş çıxarışdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 19 may 2022-ci il tarixli sığorta aktına əsasən PPA ********** saylı sığorta şəhadətnaməsi üzrə 1235 manat sığorta ödənişi ödənilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətinin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinə (reqres tələbi hüququ) əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İş materialları araşdırılarkən müəyyən olundu ki, avtonəliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi ilə «Toyota Prius” markalı ** OH *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti iddiaçı tərəfindən sığortalanmış, sığorta müqaviləsinin müddəti 12 noyabr 2020-ci il tarixdən 12 noyabr 2021-ci il tarixədək müəyyən edilmişdir. Sığorta müddətində (10 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, “Qurd Qapısı dairəsi” adlanan ərazidə) Cavabdeh həmin avtomobili idarə edərkən «Mercedes-Benz GL 550» markalı ** KH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. Yol nəqliyyat hadisəsinin Cavabdeh təqsiri üzündən baş verməsi Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin 25 noyabr 2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə təsdiq olunmuşdur. Dəymiş maddi ziyana görə 1235 manat sığorta məbləği "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyəta keçirilmişdir. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən iddiaçının (sığortaçının) mülki məsuliyyətin icbari sığortası üzrə subroqasiya hüququ yarandığından Cavabdeh 1235 manat məbləğində verilmiş sığorta ödənişini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə olan 08 dekabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 32.35 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqıödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 32.35 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək subroqasiya qaydasında Cavabdeh 1235 manat sığorta ödənişi, 32.35 manat ödənilmiş dövlət rüsumuvə 0.40 manat xidmət haqqı, cəmi 1267.75 manat pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1235 manat sığorta ödənişi, ödənilmiş 32.35 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı, cəmi 1267 (bir min iki yüz altmış yeddi) manat 75 (yetmiş beş) qəpik pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar