Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1116/2023 06.11.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 oğlunun iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı fərdi yaşayış evinin həyət darvazasının üzərindən keçən qaz xəttinin standartlara uyğun olaraq hündürlüyə qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək ona məxsus fərdi yaşayış evinin həyət darvazasının üzərindən keçən qaz xəttinin standartlara uyğun olaraq hündürlüyə qaldırılması üçün “Azəriqaz” İstehsalat Birliyinin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, hal-hazırda ailəsi ilə birlikdə Saatlı şəhəri, A.Səhhət küçəsi ev 40-da yaşayır. Uzun müddətdir ki, o, həyət darvazasının üzərindən keçən qaz xəttinin hündürlük standartlarına uyğun şəkildə çəkilməsi üçün aidiyyəti üzrə “Azəriqaz” İB-yə və Salyan regional Qaz istismarı İdarəsinə müraciət edir. Müraciəti zamanı həyət darvazasının üzərindən keçən qaz xəttinin hündürlük standartı, çəkilişin qiymətinin hesablanması qaydaları haqqında məlumat almaq istəsə də, adları çəkilən qurumlardan ona hər dəfə qeyd edilən işlərin həyata keçirilməsi üçün “Azəriqaz” İB-yə maliyyə vəsaiti ayrılmadığını, həmin işləri onun öz vəsaiti hesabına xüsusi icazəsi (lisenziyası) olan tikinti təşkilatları tərəfindən həyata keçirilməli olduğunu bildirmişlər. Ona təklif olunan podratçı şirkətin nümayəndəsindən qiymətlərin hesablanması qaydasını tələb etmiş, onlar şifahi formada layihə İnstitutunun layihə və hesablamaları əsasında iş görəcəklərini qeyd edərək müvafiq məbləğin onun tərəfindən ödənməyəcəyi təqdirdə heç bir işin görülməyəcəyini bildirmişlər. Hesab edir ki, qaz xəttinin hündürlük standartlarına uyğunlaşdırılması “Azəriqaz” İstehsalat Birliyinin birbaşa vəzifəsidir. Həmi işi “Azəriqaz” İstehsalat Birliyi öz hesabına həyata keçirməlidir. Digər tərəfdən onun həmin işlər görmək üçün podratçı təşkilata ödəniş etməyə maddi imkanı da yoxdur. Ona görə də, göstərdiklərini nəzərə alaraq ona məxsus fərdi yaşayış evinin həyət darvazasının üzərindən keçən qaz xəttinin standartlara uyğun olaraq hündürlüyə qaldırılması üçün “Azəriqaz” İstehsalat Birliyinin üzərinə öhdəlik qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X2 izahatında göstərdi ki,İddiaçı ona məxsus fərdi yaşayış evinin həyət darvazasının üzərindən keçən qaz xəttinin standartlara uyğun olaraq hündürlüyə qaldırılması üçün aidiyyəti üzrə rəsmi qaydada bir neçə dəfə “Azəriqaz” İstehsalat Birliyinə və Salyan regional Qaz İstismarı İdarəsinə müraciət etmişdir. Bildirir ki, istismarda olan qaz xətlərinin üzərində vətəndaşların sifarişi ilə hər hansı dəyişiklik aparılarsa bu işlər vətəndaşların öz vəsaiti hesabına həyata keçirilir və bu kimi işlərin görülməsi məqsədilə “Azəriqaz” İstehsalat Birliyinə maliyyə vəsaiti ayrılmadığı üçün istehlakçı qeyd olunan işi öz vəsaiti hesabına xüsusi icazəsi(lisenziyası) olan podratçı təşkilatla müqavilə bağlamalı və ödəniş əsasında həmin podratçı təşkilat qeyd olunan işi görməlidir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, aşağıda qeyd olunan qanunvericilik normalarına əsasən belə hesab edir ki, iddia əsasız olduğundan təmin edilməməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Qanunun 6-3-cü maddəsinin; 2-ci bəndinə görə müayinə aktında istehlakçının qaz qurğularına və qaz xətlərinə texniki xidmətin qaz paylayıcısı tərəfindən həyata keçirilməsi nəzərdə tutulduqda, o, bu Qanunun 6-2-ci maddəsinin 1-ci hissəsinə əsasən müayinə aktını tərtib etdikdən sonra 2 (iki) iş günü müddətində istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) texniki xidmətin göstərilməsi ilə bağlı müqaviləni sifarişli poçt göndərişi və ya istehlakçının razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir (göndərməlidir). İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) müqavilə şərtləri ilə razı olduqda 3 (üç) iş günü müddətində müqaviləni imzalayaraq qaz paylayıcısına onun təqdim edildiyi (göndərildiyi) üsulla təqdim edir, razılaşmadıqda isə həmin müddətdə seçdiyi ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti barədə məlumatı bu Qanunun 6-3-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulan qaydada qaz paylayıcısına təqdim etməlidir. Tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət bu Qanunun 6-3-cü maddəsinin 7-ci hissəsinə uyğun olaraq yaşayış evlərinə münasibətdə istehlakçının seçdiyi ixtisaslaşmış podratçı, digər tikinti obyektlərinə münasibətdə isə bu Qanunun 6-3-cü maddəsinin 6-cı hissəsinə uyğun olaraq ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən həyata keçirilir. 3-cü bəndinə görə müayinə aktında texniki xidmətin ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulduqda, istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) müayinə aktının tərtib edilməsindən sonra 3 (üç) iş günü müddətində ixtisaslaşmış podratçı ilə bağladığı müqavilənin bir nüsxəsini və ya xidmət işlərinin müvafiq ixtisaslı işçi heyəti tərəfindən yerinə yetiriləcəyi barədə məlumatı onun təqdim edildiyi (göndərildiyi) üsulla qaz paylayıcısına təqdim etməlidir (göndərməlidir). 4-cü bəndinə görə bu Qanunun 6-2-ci maddəsinin 1-ci hissəsinə uyğun keçirilən müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların tərtib edilmiş müayinə aktında göstərilmiş müddətdə, lakin bir aydan çox olmayan müddətdə aradan qaldırılması üçün istehlakçı qaz paylayıcısını və ya ixtisaslaşmış podratçını bunun üçün istifadə olunacaq mal-materialla təmin etməyə və ya onların, habelə görülmüş işin dəyərini ödəməyə borcludur. Texniki xidmət zamanı görülən işlərin siyahısı və onların dəyəri qaz paylayıcısı və ya ixtisaslaşmış podratçı tərəfindən təsdiq edilir və qaz paylayıcının və ya ixtisaslaşmış podratçının (olduğu halda) internet saytında yerləşdirilir, həmçinin bu Qanunun 6-3-cü maddəsinin 2-ci və 3-cü hissələrində nəzərdə tutulan müqaviləyə əlavə edilir, istifadə olunan mal-materialın dəyəri istehlakçı tərəfindən ödənilmək şərtilə qaz paylayıcı və ya ixtisaslaşmış podratçı tərəfindən təqdim edildikdə həmin mal-materialın dəyəri istehlakçı ilə qaz paylayıcısı və ya ixtisaslaşmış podratçı arasında razılaşma yolu ilə müəyyən edilir. Texniki xidmət zamanı istifadə olunan, o cümlədən qaz paylayıcı və ya ixtisaslaşmış podratçı tərəfindən təqdim edilən və dəyəri istehlakçı tərəfindən ödənilən mal-materialın, habelə görülən işlərin dəyəri texniki xidmət aktında qeyd edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Reyestrə daxil edilmiş texniki xidmət aktlarının təhlili əsasında görülmüş işlərin dəyərinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş bazar qiymətinə uyğunluğuna mütəmadi nəzarət edir, habelə əvvəlki ildə tərtib edilmiş texniki xidmət aktlarına əsasən onların orta qiymətini müəyyən edir və rəsmi internet saytında yerləşdirir. Qaz paylayıcısı və ya ixtisaslaşmış podratçılarla istehlakçılar arasında münasibətlər, eləcə də texniki xidmətin göstərilməsinə görə xidmət haqqının məbləği onlar arasında bağlanmış müqavilə ilə tənzimlənir. 5-ci bəndinə görə qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya istehlakçının müvafiq ixtisaslı işçi heyəti texniki xidmətin həyata keçirilməsindən dərhal sonra onun nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada aktı (qaz paylayıcısı və istehlakçının müvafiq ixtisaslı işçi heyəti 2 (iki), ixtisaslaşdırılmış podratçı isə 3 (üç) nüsxədə) istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və qaz paylayıcısı aktın 1 (bir) nüsxəsini, ixtisaslaşmış podratçı isə aktın 2 (iki) nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Texniki xidmət ixtisaslaşmış podratçı və ya istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən göstərildikdə, istehlakçı texniki xidmətin göstərilməsinə dair aktın bir nüsxəsini 1 (bir) iş günü müddətində qaz paylayıcısına təqdim etməlidir. 7-ci bəndinə görə istehlakçılar yaşayış evlərinin tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə saxlanılmasını və müayinə keçirilərkən aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün texniki xidmətin ixtisaslaşmış podratçı tərəfindən həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, istismarda olan qaz xətlərinin üzərində vətəndaşların sifarişi ilə hər hansı dəyişiklik aparılması vətəndaşların öz vəsaiti hesabına həyata keçirilməli olduğundan və bu kimi işlərin görülməsi məqsədilə “Azəriqaz” İstehsalat Birliyinə maliyyə vəsaiti ayrılmadığından istehlakçılar qeyd olunan işi öz vəsaitləri hesabına xüsusi icazəsi (lisenziyası) olan podratçı təşkilatla müqavilə bağlayıb görməlidir. Qanunvericilikdə bu tip işlərin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulmamışdır. Odur ki, belə olan halda iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, şərh olunanlara əsasən İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı fərdi yaşayış evinin həyət darvazasının üzərindən keçən qaz xəttinin standartlara uyğun olaraq hündürlüyə qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı fərdi yaşayış evinin həyət darvazasının üzərindən keçən qaz xəttinin standartlara uyğun olaraq hündürlüyə qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-1116/2023 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 06 noyabr 2023-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 oğlunun iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı fərdi yaşayış evinin həyət darvazasının üzərindən keçən qaz xəttinin standartlara uyğun olaraq hündürlüyə qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı fərdi yaşayış evinin həyət darvazasının üzərindən keçən qaz xəttinin standartlara uyğun olaraq hündürlüyə qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-1116/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1116/2023
06.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver