Məhkəmə qərarları › İş №2(055)-1182/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1182/2025

17.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1182/2025 17.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X16 iştirakı ilə, İddiaçı cavabdeh X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Şamil qızına, X4, Cavabdeh7, Əlişzadə (Allahverdiyeva) Kəmalə Şamil qızına, Cavabdeh9 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İddiaçı nümayəndəsi Nümayəndə cavabdehlər X6 Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Şamil qızına, X4, Cavabdeh7, Əlişzadə (Allahverdiyeva) Kəmalə Şamil qızına, Cavabdeh9 qarşı iddia ərizəsi ilə müraciət edərək, Saatlı rayon Aqrar İslahat komissiyasının 03 dekabr 1998-ci il tarixli 12 nömrəli qərarı ilə İddiaçı və cavabdehlərin ümumi birgə mülkiyyətinə verilmiş 7.85 ha torpaq sahəsindən payların (dövlət aktı üzrə hər bir mülkiyyətçiyə 0,6038 hektar torpaq sahəsi) müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 dekabr 1998-ci il tarixli 12 nömrəli qərarına əsasən İddiaçı və cavabdehlərin ümumi birgə mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 7.85 hektar torpaq sahəsi verilmişdir. Bu barədə torpaq mülkiyyətçilərinə JN 339, KOD 90800048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. İddiaçı cavabdehlərin təqsiri üzündən ümumi birgə mülkiyyətə verilmiş 7,85 hektar torpaq sahəsinin öz payına düşən hissəsindən istifadə və həmin torpaq sahəsinə dair sərəncam verə bilmir. İddiaçı bu barədə cavabdehlərlə razılaşmaq istəsə də bu mümkün olmamışdır. Hazırda qeyd etdiyim səbəbdən iddiaçının hüquqları pozulur. Bundan başqa qeyd edim ki, torpaq mülkiyyətçilərindən X2, X14 və X11 vəfat etmişdir. Tərəflərin arasında torpaq sahəsindən payların müəyyən edilməsi ilə bağlı hər hansı razılıq olmadığından mübahisəli məsələnin məhkəmədə həll edilməsi üçün iddiaçı məhkəməyə müraciət etməli olub. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı, cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Şamil qızı, X8, Cavabdeh7, Əlişzadə (Allahverdiyeva) Kəmalə Şamil qızı, Cavabdeh9 heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmirlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iddiaçının və cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan JN-339, KOD 90800048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktınının surətindən görünür ki, Saatlı rayon Aqrar İslahat komissiyasının 03 dekabr 1998-ci il tarixli 12 nömrəli qərarı əsasən X1, X12, X7, İddiaçı, X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Şamil qızının, X3, Cavabdeh7, Əlişzadə (Allahverdiyeva) Kəmalə Şamil qızının, Cavabdeh9 ümumi birgə mülkiyyətlərinə 7.85 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan araışlardan görünür ki, X2 xx.xx.2016-cı ildə, X14 xx.xx.2024-cü ildə, X11 xx.xx.2016-cı ildə vəfat etmişlər. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci və 157.2-ci maddələrinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 223.3-cü maddəsinə görə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə görə ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Saatlı rayon Aqrar İslahat komissiyasının 03 dekabr 1998-ci il tarixli 12 nömrəli qərarı ilə JN-339, KOD 90800048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən X1, X12, X7, İddiaçı, X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Şamil qızının, X3, Cavabdeh7, Əlişzadə (Allahverdiyeva) Kəmalə Şamil qızının, Cavabdeh9 ümumi birgə mülkiyyətlərinə 7.85 ha torpaq sahəsi verilmişdir. Hal-hazırda həmin torpaq İddiaçı həmin torpaq sahəsindən istifadə edə və sərəncam verə bilmir. Cavabdehlərdən birgə mülkiyyətdə olan topaq sahəsində payların bölünməsinə razılığını almaq mümkün olmadığından, səlahiyyətli dövlət orqanı payları bölə bilmir. Ona görə də, iddiaçı payına düşən torpaq sahəsinin ayrılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə nəticəyə gəlir ki, iddia təmin edilməli, Saatlı rayon Aqrar İslahat komissiyasının 03 dekabr 1998-ci il tarixli 12 nömrəli qərarı ilə JN-339, KOD 90800048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən X1, X12, X7, İddiaçı, X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Şamil qızının, X3, Cavabdeh7, Əlişzadə (Allahverdiyeva) Kəmalə Şamil qızının, Cavabdeh9 ümumi birgə mülkiyyətlərinə verilmiş 7.85 ha torpaq sahəsi bölünməli, İddiaçı 1/13 hissədə payı müəyyənləşdirilməli, iddiaçının payına düşən hissədə mülkiyyət hüququ tanınmalı və bu barədə müvafiq dövlət orqanında qeydiyyat aparılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Saatlı rayon Aqrar İslahat komissiyasının 03 dekabr 1998-ci il tarixli 12 nömrəli qərarı ilə JN-339, KOD 90800048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən X1, X12, X7, İddiaçı, X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Şamil qızının, X3, Cavabdeh7, Əlişzadə (Allahverdiyeva) Kəmalə Şamil qızının, Cavabdeh9 ümumi birgə mülkiyyətlərinə verilmiş 7.85 ha torpaq sahəsi bölünsün. Həmin torpaq sahəsində İddiaçı 1/13 hissədə payı müəyyənləşdirilsin, iddiaçının payına düşən hissədə mülkiyyət hüququ tanınsın. Qətnamə müvafiq dövlət orqanında qeydin aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar