Məhkəmə qərarları › İş №2(055)-1238/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1238/2023

12.10.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1238/2023 12.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Ərizəçi 5 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək Saatlı Rayon İcra Hakimiyyəti başçısının Qıraqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 3272,48 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi 5 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, vergi ödəyicisi olan hüquqi şəxs Saatlı Rayon İcra Hakimiyyəti başçısının Qıraqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 07 sentyabr 2023-cü il tarixə İşsizlikdən Sığorta Fonduna 0 manat, Dövlət Sosial Müdafiə Fonduna 3272,48 manat, İcbari Tibbi Sığorta Fonduna 0 manat, dövlət büdcəsinə 0 manat olmaqla, ümumilikdə 3272,48 manat məbləğində vergi borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən Saatlı Rayon İcra Hakimiyyəti başçısının Qıraqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin rəhbəri Maraqlı şəxsdur və o, Saatlı rayonunun Qıraqlı kəndində yaşayır. Qeyd olunanları nəzərə alaraq Saatlı Rayon İcra Hakimiyyəti başçısının Qıraqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Dövlət Sosial Müdafiə Fonduna olan 3272,48 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxslər 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi və Maraqlı şəxs heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmirlər və məhkəmə onların iştirakı olmadan işə baxılmasını məqsədəmüvafiq hesab edir. İşdə olan və məhkəmə iclasında elan edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Maraqlı şəxs xx xxxx 1979-cu il tarixdə Saatlı rayonu Leninkənd kəndində anadan olmuşdur və Saatlı rayonu Qıraqlı kəndində qeydiyyatdadır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 19 iyul və 21 iyul 2023-cü il tarixli bildirişlərdən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsi tərəfindən Maraqlı şəxs bir neçə dəfə bildiriş ünvanlanaraq borcun ödənilməsi tələb edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıqdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsi tərəfindən Maraqlı şəxs xəbərdarlıq edilərək borcu 5 gün ərzində ödəmədiyi təqdirdə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında 23 oktyabr 2007-ci il tarixli müqavilədən görünür ki, Saatlı Rayon İcra Hakimiyyəti başçısının Qıraqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə 5 saylı Ərazi Vergilər İdarəsi arasında vergi bəyannamələrinin vergi ödəyicisi tərəfindən elektron sənəd formasında göndərilməsi, vergi orqanları tərəfindən onların qəbulu və bu barədə vergi ödəyicisinə elektron şəkildə bildirişin verilməsi ilə bağlı müqavilə imzalanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş hüquqi şəxs haqqında məlumatdan görünür ki, Saatlı Rayon İcra Hakimiyyəti başçısının Qıraqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin rəhbəri Maraqlı şəxsdur. Maraqlı şəxs Saatlı rayonu Qıraqlı kəndində yaşayır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon İcra Hakimiyyəti başçısının Qıraqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin şəxsi hesab vərəqəsindən görünür ki, Saatlı Rayon İcra Hakimiyyəti başçısının Qıraqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ödənilməmiş borcu vardır. Məhkəmə ərizəyə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Göründüyü kimi, Saatlı Rayon İcra Hakimiyyəti başçısının Qıraqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Dövlət Sosial Müdafiə Fonduna 3272,48 manat borcu olduğundan və Saatlı Rayon İcra Hakimiyyəti başçısının Qıraqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin rəhbəri Maraqlı şəxs Saatlı rayonunun Qıraqlı kəndində yaşadığından, ərizəçi 5 saylı Ərazi Vergilər İdarəsi Saatlı Rayon İcra Hakimiyyəti başçısının Qıraqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını və bu barədə qətnamə çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilərək Saatlı Rayon İcra Hakimiyyəti başçısının Qıraqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. Saatlı Rayon İcra Hakimiyyəti başçısının Qıraqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin rəhbəri, xx xxxx 1979-cu il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar