Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1256/2025 16.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X4 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********67, qeydiyyat tarixi 23 iyul 2021-ci il çıxarışa əsasən ümumi birgə mülkiyyətə verilmiş Saatlı rayon Mollavaizli kəndi ərazisində yerləşən 2,3548 hektar torpaq sahəsindən iddiaçıların paylarına düşən torpaq sahəsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə baxışı zamanı İddiaçı1 iddianı müdafiə edərək izahatında göstərdi ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********67, qeydiyyat tarixi 23 iyul 2021-ci il çıxarışa əsasən Saatlı rayon Mollavaizli kəndi ərazisində yerləşən 2,3548 hektar torpaq sahəsi onun, digər iddiaçılar İddiaçı3 və İddiaçı2, cavabdehlərin və hazırda vəfat etmiş X5 ümumi birgə mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə çıxarış üzrə 2,3548 hektar torpaq sahəsi verilmişdir. Nikahı pozulduqdan sonra Yaqubova soyadından imtina edərək Məmmədova soyadını qəbul etmişdir. Onunla cavabdehlər arasında mübahisə yarandığından mülkiyətində olan 2,3548 hektar torpaq sahəsindən istifadə edə bilmir. Belə ki, həmin torpaq sahəsinin “Bölgü Planı”nın təsdiq edilməsi üçün Saatlı Notariat ofisinə müraciət etmiş, lakin cavabdehlər notariat ofisinə gəlməkdən imtina etmişlər. Bu səbəbdən də pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Göstərdiklərini nəzərə alaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun və digər mülkiyyətçilərin ümumi birgə mülkiyyətində olan və Saatlı rayon Mollavaizli kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 2,3548 hektar torpaq sahəsindən iddiaçıların payına düşən torpaq sahəsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X8 məhkəməyə gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********67, qeydiyyat tarixi 23 iyul 2021-ci il olan çıxarışdan görünür ki, Saatlı rayonu Mollavaizli kəndində yerləşən 2,3548 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9, İddiaçı1, İddiaçı3, İddiaçı2, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X2 ümumi birgə mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X3 arasında bağlanmış rəsmi nikah qeydi ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 17 may 2012-ci ildə, 30 nömrəli qeyd aparılmışdır. Nikah pozulduqdan sonra kişiyə Yaqubov, qadına Məmmədova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X10 arasında rəsmi nikah qeydi bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 15 noyabr 2014-cü ildə, 637 nömrəli qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra kişiyə Məmmədov, qadına Məmmədova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon qeydiyyat şöbəsinin 28 dekabr 2025-ci il tarixli arayışından görünür ki, X9 13 may 2002-ci ildə ölmüşdür. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, işdə olan materialları araşdırıb belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci və 157.2-ci maddələrinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 223.3-cü maddəsinə görə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə görə ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. İş materiallarından da göründüyü Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********67, qeydiyyat tarixi 23 iyul 2021-ci il olan çıxarışa əsasən Saatlı rayon Mollavaizli kəndi ərazisində yerləşən 2,3548 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıların, cavabdehlərin və mərhum X5 ümumi birgə mülkiyyətinə verilmişdir. Ümumi birgə mülkiyətçilər öz aralarında torpağın bölgü planının notarial qaydada təsdiq edilməsi barədə razılığa gələ bilmədiklərindən iddiaçılar həmin torpaq sahəsindən paylarının ayrılmasını tələb edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********67, qeydiyyat tarixi 23 iyul 2021-ci il olan çıxarışa əsasən X9, İddiaçı1, İddiaçı3, İddiaçı2, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X8 və mərhum X5 ümumi birgə mülkiyyətində olan və Saatlı rayonu Mollavaizli kəndində yerləşən 2,3548 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçıların hər birinin payına düşən 0,2943 (2,3548:8=0,2943) hektar torpaq sahəsi ayrılaraq iddiaçılara verilməlidir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 31 iyul 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün İddiaçı1 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********67, qeydiyyat tarixi 23 iyul 2021-ci il olan çıxarışa əsasən X9, İddiaçı1, İddiaçı3, İddiaçı2, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X8 və mərhum X5 ümumi birgə mülkiyyətində olan və Saatlı rayonu Mollavaizli kəndində yerləşən 2,3548 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçıların hər birinin payına düşən 0,2943 (2,3548:8=0,2943) hektar torpaq sahəsi ayrılaraq iddiaçılara verilsin. Qətnamə müvafiq dövlət orqanında qeydin aparılması üçün əsasdır. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X1 müştətək qaydada alınaraq İddiaçı1 xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-1256/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1256/2025
16.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver