Məhkəmə qərarları › İş №2(055)-1376/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1376/2024

23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1376/2024 23.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçılar İddiaçı2 Sadiq qızının və İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı2 Sadiq qızının, İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestiri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi, Saatlı rayon notariat ofisi, Bakı şəhəri 35 saylı Notariatofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı2 Sadiq qızı, İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Saatlı rayon notariat ofisinə qarşı (Bakı şəhəri 35 saylı Notariatofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayonu, Əhmədbəyli kəndində yerləşən DƏDƏRX-nin Şirvan Sərazi idarəsi tərəfindən xx.xx.2022ci il tarixli **********39 reyestr nömərli, ********** qeydiyyat nömərli çıxarış əsasən mülkiyyətlərində olmuş 3.9381 ha torpaq sahəsinin Saatlı rayon notariat ofisində Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 22 sentyabr 2022-ci il tarixli, AN-İ № ******* nömərli alqı-satqı-müqaviləsinin etibarsız sayılması və cavabdeh Gözlǝov Rövşən Ələsgər oğlunun adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar məhkəməyə birgə ərizə təqdim edərək, Cavabdeh3 cavabdeh qismində işə cəlb olunmasını, Saatlı rayon notariat ofisinin cavabdeh qismində iştirakına xitam verilib üçüncü şəxs qismin işə cəlb edilməsini, eyni zamanda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestiri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin üçüncü şəxs qismin işə cəlb edilməsini xahiş etmişlər. Məhkəmə iddiaçıların ərizəsini əsaslı hesab edərək, Cavabdeh3 cavabdeh qismində işə cəlb olunması, Saatlı rayon notariat ofisinin cavabdeh qismində iştirakına xitam verilib üçüncü şəxs qismin işə cəlb edilməsini, eyni zamanda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestiri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin üçüncü şəxs qismin işə cəlb edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı2 Sadiq qızı iddianı müdafiə edərək izahatında göstərdi ki, alqı-satqısının etibarsız hesab edilməsini istədikləri Saatlı rayonu Əhmədbəyli kəndində yerləşən 5,83 ha torpaq sahəsinin 4 ha hissəsi ilə bağlı (3.9381 ha) DƏDƏRXnin Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********39 reyestr nömərli, ********** qeydiyyat nömərli çıxarış əsasında hüquqları dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsinin qalan hissəsi 1998-ci ildə dövlət aktı ilə mülkiyyətlərindədir. Qonşuları Cavabdeh1 5,83 ha torpaq sahəsinin 4 ha hissəsini, yəni 3.9381 ha hissəsini icrayəyə götürmək adı alıtnda Bakı şəhəri 35 saylı notariat ofisində onlardan aldığı etibarnamə əsasında məlumatları olmadan Cavabdeh2 satmışdır. Bu barədə məlumatları 01 iyul 2024-cü il tarixdə Daşınmaz Əmlakın dövlət reyestri xidmətinin Saatlı rayon şöbəsinə müracitlərindən sonra bu ilin oktyabr ayında alımışlar. Onu da bildirir ki, onlar cababdeh Cavabdeh1 torpaq satmamışlar və müqavilədə qeyd olunan 5400 manat pulu da almamışlar. Göstərilənlərə əsasən iddialarının təmin olunmasını xahiş etdi. Məhkəmə baxışı zamanı İddiaçı1, İddiaçı2 Sadiq qızı ilə eyni məzmunlu izahat verərək iddialarının təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı3, İddiaçı5 və İddiaçı4 İddiaçı2 Sadiq qızı ilə eyni məzmunlu izahat verərək iddialarının təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etməmişlər, üçüncü şəxslər isə nümayəndələrinin iştirakını təmin etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsaslanaraq cavabdehlərin və üçünçü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AR-İİ № 731633 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı4, İddiaçı3 adlarına olan bütün əmlakları idarə etməyi, eyni zamanda satmaq səlahiyyətini Cavabdeh1 etibar etmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AR-İİ № 731641 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı5, İddiaçı1 adlarına olan bütün əmlakları idarə etməyi, eyni zamanda satmaq səlahiyyətini Cavabdeh1 etibar etmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AR-İİ № 731635 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı2 Sadiq qızı adına olan bütün əmlakları idarə etməyi, eyni zamanda satmaq səlahiyyətini Cavabdeh3 etibar etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı2 Sadiq qızının əvəzinə Cavabdeh3, İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı4 əvəzinə Cavabdeh1 çıxış edərək Saatlı rayonu Əhmədbəyli kəndi ərazisində yerləşən 3.9381 ha torpaq sahəsini Cavabdeh2 5400 manat müqabilində satmışlar. Məhkəmə iddiaçları dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı4 Cavabdeh1, İddiaçı2 Sadiq qızı isə Cavabdeh3 adlarına olan bütün əmlakları idarə etməyi, eyni zamanda satmaq səlahiyyətini etibar etmişlər və bununla bağlı cavabdehlərə etibarnamə vermişlər. Həmin etibarnamə əsasında iddiaçıların adından çıxış edən Cavabdeh1 və İbadov X2 rayonu Əhmədbəyli kəndində yerləşən 3.9381 ha torpaq sahəsini Cavabdeh2 satmışlar. Hazırda iddiaçılar İddiaçı2 Sadiq qızı, İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı4 iddia ərizə isə məhkəməyə müraciət edərək alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasını və Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi xahiş edirlər. Məhkəmə ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublika Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəlləsinin 148.2-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Tərəflər arasındakı mübahisə torpağa dair iddiaçıların adından Cavabdeh1 və Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqavilənin etibarsızlığı, həmçinin sonuncunun torpağa dair çıxarışının ləğvi ilə bağlıdır. Odur ki, mübahisələndirilən müqavilənin etibarlı olub-olamaması ilə bağlı hüquqi əsasların araşdırılaraq qiymət verilməsinə zərurət vardır. Yuxarıda qeyd edilən müddəalarda əqdlərin etibarsızlığı anlayışı və əsasları göstərilmişdir. Qanunun etibarsız əqdlərə verdiyi anlayışdan görünür ki, etibarsızlıq üçün əsas şərt əqdin qanunda müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılması şərtidir. Əqdin etibarsızlığına səbəb olan şərtləri qanunvericiliyə əsasən, ümumi formada (şərti olaqraq) subyektə (əqdin tərəflərinə) bağlı olan, iradə ifadəsinə bağlı olan və əqdin forma və məzmununa bağlı olan şərtlərə ayırmaq olar. İş üzrə iddiaçılar etibarsızlığın əsası olaraq onlar tərəfindən torpaq sahəsinin Cavabdeh1 icarəyə vemələri, bununla bağlı sonuncuya etibarnamə vermələri, Cavabdeh1 isə həmin etibarnamədən istifadə edərək torpaq sahəsini başqa şəxsə satması əsas gətirərək hazırkı iş üzrə bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişlər. Mülki Məcəllənin tələblərinə əsasən müqavilənin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş hallar göstərilmişdir. Məhkəmə Məcəllənin etibarsızlıqla bağlı təsbit etdiyi dispozitiv şərtləri hazırkı mübahisəyə tətbiq edərək qeyd edir ki, yuxarıda qeyd edilən müddəalarda əqdlərin etibarsızlığı anlayışı və əsasları göstərilmişdir. Qanunun etibarsız əqdlərə verdiyi anlayışdan görünür ki, etibarsızlıq üçün əsas şərt əqdin qanunda müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılması şərtidir. Əqdin etibarsızlığına səbəb olan şərtləri qanunvericiliyə əsasən, ümumi formada (şərti olaqraq) subyektə (əqdin tərəflərinə) bağlı olan, iradə ifadəsinə bağlı olan və əqdin forma və məzmununa bağlı olan şərtlərə ayırmaq olar. İddiaçılar onlar tərəfindən cavabdehlərə verilmiş etibarnamədən istifadə edərək, yəni onların etibarından sui-istifadə edərək alqı-satqı müqaviləsinin bağlanmasına istinad edərək etibarsızlığını tələb etsələr də, məhkəmə araşdırması həmin müqavilənin etibarsızlığı ilə bağlı əsasların olması müəyyən edilməmişdir. Həmçinin, iddiaçı tərəf də həmin müqavilənin etibasızlığına dəlalət edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunan etibarnamələrdən görünür ki, iddiaçılar torpaq sahəsini satmaq barədə cavabdehlərə səlahiyyət vermişlər. Beləliklə, şərh edilənlərdən də göründüyü kimi, iddiaçılar torpaq sahəsini satmaq və digər səlahiyyətləri cavabdehlərə etibarnamə əsasında vermişlər, cabadehlər isə həmin etibarnamədən istifadə edərək iddiaçılara məxsus torpaq sahəsini onların adından çıxış edərək Cavabdeh2 satmışlar. Alqı-satqı müqaviləsinin əsasında da Cavabdeh2 öz adına çıxarış əldə etmişdir. Bu halda, məhkəmə belə qənaətə gəlir ki, iddiaçıların adınadan çıxış edərək Cavabdeh1 və Cavabdeh3 ilə Cavabdeh2 arasında torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilənin etibarsızlığına dair iddiaçıların irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiyi əqdin etibarsızlığı ilə bağlı müddəaların dispozisiya şərtlərinə uyğun gəlmədiyindən iddia xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh2 torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı2 Sadiq qızı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia rədd olunduğundan ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar