Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1418/2024 23.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçılar İddiaçı1, X1, İddiaçı2, İddiaçı4 Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, X1, İddiaçı2, İddiaçı4 qızının Cavabdeh qarşı qarşı ümumi birgə mülkiyyətə verilmiş torpaq sahəsindən payın ayrılması tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İddiaçılar İddiaçı1, X2, İddiaçı2, İddiaçı4 Cavabdeh qarşı birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Saatlı rayon Aqrar İslahat komissiyasının 27 iyul 1999-cu il tarixli 03 nömrəli qərarı ilə onların və cavabdehin ümumi birgə mülkiyyətinə verilmiş 0.20 ha torpaq sahəsindən payların adüşən hissəsinin naturadfa ayrılaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, X2, İddiaçı2, İddiaçı4 birgə ərizə verərək, iddiaya düzəliş edib, onların və cavabdehin ümumi birgə mülkiyyətinə verilmiş 0.20 ha torpaq sahəsindən payların ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlərr. Məhkəmə baxışı zamanı İddiaçı1 iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən onların və cavabdehin ümumi birgə mülkiyyətinə 0.20 hektar həyətyanı torpaq sahəsi verilərək bu barədə onlara Torpağın mülkiyyətə verilməsinə dair JN-177A, KOD:90803018 nömrəli şəhadətnamə verilmişdir. Onlar cavabdehin təqsiri üzündən ümumi birgə mülkiyyətlərinə verilmiş 0.20 hektar həyətyanı torpaq sahəsinin paylarına düşən hissəsindən istədikləri kimi istifadə edə bilmirlər. Ona görə ki, payları ayrılmamışdır. Onlar qeyd edilən tələb ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinin Saatlı rayon şöbəsinə müraciət etdikdə oradan onlara bildirdilər ki, torpaq mülkiyyətçiləri arasında mübahisə olduğu üçün məhkəməyə müraciət etməlidir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşlar. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı digər iddiaçılar X2, İddiaçı2, İddiaçı4 İddiaçı1 izahatına uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, Saatlı RAİK-nın 27 iyul 1999-cu il tarixli, 03 nömrəli qərarı ilə onun və iddiaçıların mülkiyyətinə Saatlı rayonu, Dədə Qorqud kəndində 0.20 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə JN-177A seriyalı, kod sayı 90803018 olan torpağın mülkiyyətə verilməsinə dair torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Hazırda dövlət aktında göstərilən torpaq sahəsindən payların ayrılmasına razıdır. Ona görə də, bu halın nəzərə alınmasını məhkəmədən xahiş etdi. İşmateriallarında olan JN-177A, KOD 90803018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktınının surətindən görünür ki, Saatlı rayon Aqrar İslahat komissiyasının 27 iyul 1999-cu il tarixli 03 nömrəli qərarı əsasən Cavabdeh, İddiaçı1, X1, İddiaçı2, İddiaçı4 ümumi birgə mülkiyyətlərinə 0.20 ha torpaq sahəsi verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci və 157.2-ci maddələrinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 223.3-cü maddəsinə görə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə görə ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Saatlı rayon Aqrar İslahat komissiyasının 27 iyul 1999-cu il tarixli 03 saylı qərarı ilə JN-177A, KOD 90803018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Cavabdeh, İddiaçı1, X1, İddiaçı2, İddiaçı4 ümumi birgə mülkiyyətlərinə 0.20 ha torpaq sahəsi verilmişdir. Hal-hazırda həmin torpaq sahəsinin iddiaçılar İddiaçı1, X1, İddiaçı2, İddiaçı4 istifadəsindədir. Lakin Cavabdeh birgə mülkiyyətdə olan topaq sahəsində payların bölünməsinə razılığını almaq mümkün olmadığından, səlahiyyətli dövlət orqanı payları bölə bilmir. Ona görə də, iddiaçılar paylarına düşən torpaq sahəsinin ayrılması tələbi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə nəticəyə gəlir ki, iddia təmin edilməli, Saatlı rayon Aqrar İslahat komissiyasının 27 iyul 1999-cu il tarixli 03 nömrəli qərarı ilə JN-177A, KOD 90803018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Cavabdeh, İddiaçı1, X1, İddiaçı2, İddiaçı4 ümumi birgə mülkiyyətlərinə verilmiş 0.20 ha torpaq sahəsi bölünməli, iddiaçılar İddiaçı1, X1, İddiaçı2, İddiaçı4 və Cavabdeh hər birinin payı (0.20 ha:5(“Dövlət Aktı üzrə olan şəxslərin sayı)= 0.4 ha (hər bir nəfərə düşən pay)) 0.4 ha müəyyənləşdirilməli, paylarına düşən hissədə mülkiyyət hüquqları tanınmalı və bu barədə müvafiq dövlət orqanında qeydiyyat aparılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Saatlı rayon Aqrar İslahat komissiyasının 27 iyul 1999-cu il tarixli 03 saylı qərarı ilə JN-177A, KOD 90803018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Cavabdeh, İddiaçı1, X1, İddiaçı2, İddiaçı4 ümumi birgə mülkiyyətlərinə verilmiş 0.20 ha torpaq sahəsi bölünsün. İddiaçılar İddiaçı1, X1, İddiaçı2, İddiaçı4 və Cavabdeh hər birinin payı (0.20 ha:5(“Dövlət Aktı üzrə olan şəxslərin sayı)=0.4 ha (hər bir nəfərə düşən pay)) 0.4 ha müəyyənləşdirilsin və paylarına düşən hissədə mülkiyyət hüquqları tanınsın. Qətnamə müvafiq dövlət orqanında qeydin aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-1418/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1418/2024
23.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver