Məhkəmə qərarları › İş №2(055)-1557/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1557/2025

17.10.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1557/2025 17.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Maraqlı tərəf Maraqlı şəxs iştirakı ilə Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair mülki işə, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Ərizəçi 5 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək Saatlı rayon Fətəlikənd Bələdiyyəsinin sədri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi 5 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, vergi ödəyicisi olan hüquqi şəxs Saatlı rayon Fətəlikənd Bələdiyyəsi (VÖEN **********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 23 sentyabr 2025-ci il tarixə İcbari Tibbi Sığorta Fonduna 483.43 manat, Dövlət Sosial Müdafiə Fonduna 1888.46 manat, ümumilikdə 2371.89 manat borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Qeyd olunanları nəzərə alaraq dövlət büdcəsinə olan borcun ödənilməsini təmin etmək üçün Saatlı rayon Fətəlikənd Bələdiyyəsinin sədri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə ərizəçi 5 saylı Ərazi Vergilər İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq ərizəçinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçi 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı maraqlı tərəf Maraqlı şəxs izahatında göstərdi ki, o, əvvəllər, yəni 2023-2024-cü illərdə Saatlı rayon Fətəlikənd Bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 50-VİİQ nömrəli Qanununa əsasən Azadkənd, Fətəlikənd və Günəşli bələdiyyələrinin əhatə etdiyi Azadkənd, Fətəlikənd və Günəşli kəndlərində Azadkənd bələdiyyəsi yaradılmışdır. Hal-hazırda Fətəlikənd Bələdiyyəsi mövcud deyildir və vergi ödəyicisi deyildir. O, da artıq bələdiyyə sədri vəzifəsində də işləmir. Ona görə də, ərizənin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş hüquqi şəxs haqqında məlumatdan görünür ki, digər qeyri-kommersiya təşkilatı olan Saatlı rayon Fətəlikənd Bələdiyyəsinin sədri Maraqlı şəxsdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş şəxsi hesab vərəqəsindən və vergi borcunun ödənilməsinə dair 16 yanvar 2025-ci il tarixli bildirişlərdən görünür ki, Saatlı rayon Fətəlikənd Bələdiyyəsinin dövlət büdcəsinə ümumilikdə 2371.89 manat borcu vardır və həmin borcun ödənilməsi ondan tələb olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş 03 iyun 2025-ci il tarixli aktlardan görünür ki, “Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə komissiyaların yaradılması haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 yanvar 2025-ci il tarixli 13s nömrəli sərəncamının icrası ilə əlaqədar Saatlı rayon Fətəlikənd Bələdiyyəsinin debitor borcları, kredit borcları, bələdiyyəyə aid sənədlər Saatlı rayon Azadkənd Bələdiyyəsinə təhvil verilmişdir. Saatlı rayon Fətəlikənd Bələdiyyəsinin hər hansı bankda hesabı, xəzinədə pulu, mülkiyyətində əsas vəsaitləri, “Sabirabad” poçt hesabında pul vəsaitinin qalığı, materiallar və torpaq sahələri yoxdur. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs izahatını dinləyib, ərizəyə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 50-VİİQ nömrəli Qanununun 40-cı bəndinə əsasən Azadkənd, Fətəlikənd və Günəşli bələdiyyələrinin əhatə etdiyi Azadkənd, Fətəlikənd və Günəşli kəndlərində Azadkənd bələdiyyəsi yaradılmışdır. “Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə komissiyaların yaradılması haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 yanvar 2025-ci il tarixli 13s nömrəli sərəncamından görünür ki, bu sərəncam “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 50-VİİQ nömrəli Qanununun icrası məqsədilə müvafiq komissiyalar yaradılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi olmuş hüquqi şəxs Saatlı rayon Fətəlikənd Bələdiyyəsi (VÖEN **********) artıq mövcud deyildir və həmin qurumun hüquqi varisi Saatlı rayon Azadkənd Bələdiyyəsidir. Belə ki, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 50-VİİQ nömrəli Qanununun 40-cı bəndinə əsasən Azadkənd, Fətəlikənd və Günəşli bələdiyyələrinin əhatə etdiyi Azadkənd, Fətəlikənd və Günəşli kəndlərində Azadkənd bələdiyyəsi yaradılmışdır. “Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə komissiyaların yaradılması haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 yanvar 2025-ci il tarixli 13s nömrəli sərəncamının icrası ilə əlaqədar Saatlı rayon Fətəlikənd Bələdiyyəsinin debitor borcları, kredit borcları, bələdiyyəyə aid sənədlər Saatlı rayon Azadkənd Bələdiyyəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, 5 saylı Ərazi Vergilər İdarəsinin Saatlı rayon Fətəlikənd Bələdiyyəsinin sədri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: 5 saylı Ərazi Vergilər İdarəsinin Saatlı rayon Fətəlikənd Bələdiyyəsinin sədri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar