Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-17/2023 14.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, İddiaçı Sabirabad Regional X11 nümayəndəsi X1, Cavabdeh X24 nümayəndəsi X13 iştirakı ilə İddiaçı Sabirabad Regional X11 cavabdehlər X25 və "xxxx" X16 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması və əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Sabirabad Regional X17 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayonu Potubəyli kəndi ərazisində yerləşən, X20 X7 meşəbəyliyinin 2 saylı meşə dolayının 18-ci kvartalında X24 direktoru Cavabdeh1 tərəfindən zəbt olunmuş və Saatlı rayon Qaracalar kənd sakini X4 qeyri-qanuni icarəyə verilmiş ərazinin boşaldılması və əvvəlki vəziyyətinə qaytarılaraq Sabirabad Regional X17nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işin 12 sentyabr 2022-ci il tarixdə keçirilən hazırlıq iclasında iddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdeh X24 direktoru Cavabdeh1 əsl cavabdeh X27 ilə, cavabdeh X3 əsl cavabdeh "xxxx" X16 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz edilməsini və iddia ərizəsinin dəqiqləşdirilərək xahiş etdi hissəsində göstərilən torpaq sahəsinin 45 ha torpaq sahəsi kimi qeyd edilməsini xahiş etmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən cavabdeh X24 direktoru Cavabdeh1 əsl cavabdeh X27 ilə, cavabdeh X5 əsl cavabdeh "xxxx" X16 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz etmiş və iddia ərizəsində göstərilən Saatlı meşəbəyliyinin 2 saylı meşə dolayının 18-ci kvartalında yerləşən torpaq sahəsini 45 ha torpaq sahəsi kimi qəbul etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı Sabirabad Regional X11 nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayonu Potubəyli kəndi ərazisində yerləşən, X20 X7 meşəbəyliyinin 2 saylı meşə dolayının 18-ci kvartalında yerləşən 45 hektar torpaq sahəsini X18suz zəbt edərək onu "xxxx" X16 Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə vermişdir. Sabirabad Regional X11 əməkdaşları tərəfindən həmin sahədə yoxlama aparılarkən həmin 45 hektar torpaq sahəsinin 9 ha hissəsində pambıq, 8 ha hissəsində bostan bitkiləri, 13 ha hissəsində taxıl, 5 ha hissəsində yonca əkildiyi, 10 ha sahənin isə suvarma kanalları, əlaqələndirici yollar və kollarla əhatə olunduğu məlum olmuşdur. Həmin fakt əsasında Sabirabad Regional X11 əməkdaşlarının iştirakları ilə 13 may 2022-ci il tarixdə müvafiq akt tərtib edilərək ərazinin koordinatları, xəritədən çıxarış və fotoşəkillər akta əlavə edilmişdir. X27 tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adıçəkilən sahənin könüllü boşaldılması tələb edilsə də, dövlət meşə fonduna aid torpaq sahəsi hazırki vaxtadək boşaldılmamışdır. Ekspert rəyi ilə də razı deyil. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh X24 nümayəndəsi X19 iddianı qəbul etməyərək izahatında göstərdi ki, torpaqdan istifadə hüququna aid 002885 saylı dövlət aktı və AN 732673 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında X24 (əvvəlki adı Saatlı rayonu 109 nömrəli kənd orta texniki peşə məktəbi) istifadəsinə ümumilikdə 116 hektar torpaq sahəsi verilmişdir. 2021-ci il tarixli birgə istifadə haqqında müqavilə ilə həmin torpaq sahəsinin 32 hektar sahəsi 30 oktyabr 2021-ci il tarixdən 01 sentyabr 2022-ci il tarixədək "xxxx" X16 Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmişdir. İddiaçının mübahisələndirdiyi torpaq sahəsi meşə fonduna deyil, X25 məxsus ümumilikdə 116 hektar torpaq sahəsinə aiddir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" X16 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdeh "xxxx" X16 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 13 may 2022-ci il tarixli 002623 saylı aktdan və Sabirabad Regional X11 2 saylı meşə dolayının xəritəsindən çıxarışdan görünür ki, Saatlı meşəbəylinin 2 saylı meşə dolayının 18-ci kvartalına Sabirabad Regional X17 tərəfindən baxış keçirilmiş, baxış zamanı ərazinin 35 hektarında əkin olduğu aşkar edilmişdir. Meşə gözətçisinin verdiyi məlumata görə əkinlər Peşə liseyinin təlim və tədris məqsədi üçün nəzərdə tutulmuşdur. Peşə liseyinin direktoru Cavabdeh1 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlanılarkən o, Peşə lisyeinin təlim və tədris üçün əkdiyi ərazinin meşə fonduna məxsus olmadığını bildirmişdir. Əraziyə keçirilən təkrar baxış zamanı 45 hektar ərazinin əkin altında olan 35 hektarında 9 ha pambıq, 8 ha bostan, 13 ha taxıl, 5 ha yonca əkildiyi, 10 hektar isə meşə ağacları, suvarma kanalları, əlaqələndirici yollar və kollarla əhatə olunduğu məlum olmuş, özünü Saatlı rayonu Qaracalar kənd sakini kimi təqdim edən X10 əraziyə baxış keçirən zaman əraziyə gələrək X27 ilə 1 illik müqavilə əsasında 32 ha əkin əkdiyini bildirmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 2021-ci ilin oktyabr ayında imzalanmış birgə istifadə haqqında müqavilədən görünür ki, X24 direktoru Cavabdeh1 X25 məxsus Saatlı rayonu Potubəyli kənd vahidliyində yerləşən 32 hektar torpaq sahəsini 30 oktyabr 2021-ci il tarixdən 01 sentyabr 2022-ci il tarixədək "xxxx" X16 Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə vermiş, istifadəçi isə hektarı 300 manat olmaqla, ümumilikdə 9600 manat vəsaiti 2022-ci ilin 1-ci və 2-ci rübü ərzində istifadəyə verənin hesabına köçürməyi öhdəsinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş 002885 saylı torpaqdan istifadə hüququna aid dövlət aktının surətindən görünür ki, 1984-cü ildə Azərbaycan SSR Saatlı rayon X22 İcraiyyə Komitəsi tərəfindən Saatlı rayonu 109 nömrəli kənd orta texniki peşə məktəbinin istifadəsinə kənd təsərrüfatı istehsalı üçün pulsuz və müddətsiz olaraq 120 hektar torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında əslinə baxış keçirilərək elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin 732673 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, X24 istifadəsində Saatlı rayonu Potubəyli kəndi yaxınlığında yerləşən sənəd üzrə sahəsi 116 hektar, faktiki sahəsi 107,711 hektar olan torpaq sahəsi vardır. İşə əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin 15 fevral 2023cü il tarixli 3-21-3-38/2-344/23 saylı mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 may 2023-cü il tarixli, 10/2591 nömrəli rəyindən görünür ki, iddiaçı Sabirabad Regional X17 tərəfindən iddia edilən və cavabdehlərin faktiki istifadəsində olan mübahisəli torpaq sahəsi tərəfimizdən 37.0 ha müəyyən edildi. Müəyyən edilən 37.0 ha torpaq sahəsinin 35.0 hektarı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən tərtib edilmiş AN 732673 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində mülkiyyət növü- Dövlət, kateqoriyası- meşə fondu torpaqları kimi qeyd edilən və X24 istifadəsinə verilən 107,711 ha torpaq sahəsinin hüdudları daxilindədir. Müəyyən edilən 37.0 ha mübahisəli torpaq sahəsi Elektron Kadastr məlumat bazasında 28,58 hektarı Dövlət mülkiyyətində saxlanılan meşə fondu torpaqları kateqoriyasına aid torpaq sahəsi, 8,42 hektarı isə dövlət mülkiyyətində saxlanılan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid torpaq sahəsi kimi qeyd edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan materialları araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqlarının və X12 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı Sabirabad Regional X17 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayonu, Potubəyli kəndi ərazisində yerləşən, X20 X7 meşəbəyliyinin 2 saylı meşə dolayının 18-ci kvartalında yerləşən X27 tərəfindən zəbt olunmuş və "xxxx" X16 Məhdud Məsuliyyətli Cəmiyyətinə qeyri-qanuni icarəyə verilmiş 45 hektar torpaq sahəsinin boşaldılması və əvvəlki vəziyyətinə qaytarılaraq Sabirabad Regional X17nə təhvil verilməsi barədə məhkəmədə iddia qaldırmış, iş üzrə mübahisə yarandığı üçün Saatlı Rayon Məhkəməsinin 12 sentyabr 2022ci il tarixli 2(055)-866/2022 saylı qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, lakin ekspertiza rəyi alınması mümkün olmamış, sonuncu dəfə Saatlı Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(055)-17/2023 saylı qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin 15 fevral 2023-cü il tarixli 3- 21-3-38/2-344/23 saylı mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 may 2023-cü il tarixli, 10/2591 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı Sabirabad Regional X17 tərəfindən iddia edilən və cavabdehlərin faktiki istifadəsində olan mübahisəli torpaq sahəsi tərəfimizdən 37.0 ha müəyyən edildi. Müəyyən edilən 37.0 ha torpaq sahəsinin 35.0 hektarı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən tərtib edilmiş AN 732673 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində mülkiyyət növü- Dövlət, kateqoriyası- meşə fondu torpaqları kimi qeyd edilən və X24 istifadəsinə verilən 107,711 ha torpaq sahəsinin hüdudları daxilindədir. Beləliklə, məhkəmə hesab edir ki, 1984-cü ildə Azərbaycan SSR Saatlı rayon X22 İcraiyyə Komitəsi tərəfindən Saatlı rayonu 109 nömrəli kənd orta texniki peşə məktəbinin (indiki adı X27) istifadəsinə kənd təsərrüfatı istehsalı üçün pulsuz və müddətsiz olaraq 120 hektar torpaq sahəsi verilməsi barədə 002885 saylı torpaqdan istifadə hüququna aid dövlət aktı, X24 istifadəsində Saatlı rayonu Potubəyli kəndi yaxınlığında yerləşən sənəd üzrə sahəsi 116 hektar, faktiki sahəsi 107,711 hektar olan torpaq sahəsi olması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin 732673 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi və iddiaçı Sabirabad Regional X17 tərəfindən iddia edilən və cavabdehlərin faktiki istifadəsində olan mübahisəli torpaq sahəsinin 37.0 ha müəyyən edilməsi və müəyyən edilən 37.0 ha torpaq sahəsinin 35.0 hektarının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən tərtib edilmiş AN 732673 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində mülkiyyət növü- Dövlət, kateqoriyası- meşə fondu torpaqları kimi qeyd edilən və X24 istifadəsinə verilən 107,711 ha torpaq sahəsinin hüdudları daxilində olması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin 15 fevral 2023cü il tarixli 3-21-3-38/2-344/23 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 may 2023-cü il tarixli, 10/2591 nömrəli rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Buradan da görünür ki, iddiaçının mübahisələndirdiyi Saatlı rayonu Potubəyli kəndi ərazisində yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin 732673 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən cavabdeh X14i istifadəsində olan 107,711 ha torpaq sahəsinə daxil olduğundan və iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Sabirabad Regional X17nun cavabdehlər X25 və "xxxx" X16 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Saatlı rayonu Potubəyli kəndi ərazisində yerləşən, X20 X7 meşəbəyliyinin 2 saylı meşə dolayının 18-ci kvartalında yerləşən X27 tərəfindən zəbt olunmuş və Xəqani” X16 Məhdud Məsuliyyətli Cəmiyyətinə qeyri-qanuni icarəyə verilmiş 45 ha torpaq ərazinin boşaldılması və əvvəlki vəziyyətinə qaytarılaraq Sabirabad Regional X17nə təhvil verilməsi barədə iddia ərizəsi təmin edilməməlidir. İşə əlavə edilmiş 12 may 2023-cü il tarixli, 10/2591 nömrəli ekspertiza xərcinə dair bildirişdən görünür ki, məhkəmə tikinti-texniki ekspertizasının tədqiqinin dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmə tikintitexniki ekspertizasının tədqiqinin dəyəri olan 50 manat xərc iddia təmin edilmədiyi üçün iddiaçıya aid edilməlidir. Odur ki, iddiaçı Sabirabad Regional X9 ekspertiza xərcinə görə 50 manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qətetdi: İddiaçı Sabirabad Regional X11 cavabdehlər X25 və "xxxx" X16 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Saatlı rayonu Potubəyli kəndi ərazisində yerləşən, X20 X7 meşəbəyliyinin 2 saylı meşə dolayının 18-ci kvartalında yerləşən X27 tərəfindən zəbt olunmuş və Xəqani” X16 Məhdud Məsuliyyətli Cəmiyyətinə qeyri-qanuni icarəyə verilmiş 45 ha torpaq ərazinin boşaldılması və əvvəlki vəziyyətinə qaytarılaraq Sabirabad Regional X17nə təhvil verilməsi barədə iddia ərizəsi təmin edilməsin. İddiaçı Sabirabad Regional X9 ekspertiza xərcinə görə 50 (əlli) manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(055)-17/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-17/2023
14.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver